Əllər dualarla titrəməli

Haqq dostları övradu-əzkara (Quran oxuyub dua etməyə, Allahı anmağa) çox əhəmiyyət verirlər. Hər gün bir qədər Quran oxumağın və Ulu dərgaha dualarla yönəlişin Allahla münasibət baxımından mühüm olduğunu bildirirlər. “İnsan hər gün müəyyən qədər oxumalıdır” deyirlər. Ustad Həzrətlərinə yaxın bir adamdan bir neçə dəfə eşitmişəm, Məcmüatül-Əhzabı on beş gündə bir xətm edərmiş. Bu kitab üç cilddən ibarətdi, demək ki, beş gündən bir bir cildini oxuyub bitirirmiş. O qədər kitabın təlifi, təshihi, yoldaşları ilə görüşməsi, çəkdiyi əziyyətlər, həbsxanalar, təqiblər, həbslər, nəzarətlər, sürgünlər.. bütün bunlara baxmayaraq övradu-əzkarı layiqincə edirmiş.

“Duada mübaliğəyə və ifrata yol verilməməlidir” deyənlər var. Zənnimcə, ifrat məsələsini Übadə b. Samitin oğluna vəsiyyətini yanlış anlayaraq ortaya atırlar. O dua edərkən, məsələn, bəzilərimizin “Allahım! Mənə filan cür cənnət nəsib elə, ətəyində bu cür köşk olsun, yanında şırhaşır çaylar axsın…” dediyi kimi təfərrüata varır. Bunu görən Hz. Übadə: “Oğlum, mən Rəsulullahın (sallallahu əleyhi və əlləm) duada ifratdan çəkindirdiyini eşitdim” deyir. O, “ifrat”ı məsələnin keyfiyyətinə dair təfərrüatla məşğul olmaq kimi başa düşür. Yoxsa Cənabi-Allah “Ey iman gətirənlər! Allahı çox zikr edin, (çox anın, çox yad edin)!” (“Əhzab” surəsi, 33/41) buyurursa, demək ki, insan bütün günü dayanmadan “Sübhanallahi və bihamdihi sübhanallahil azim” desə, yenə də layiqincə dua etmiş olmaz. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu duanı səhər və axşam yüz dəfə etməyi tövsiyə buyurur. Ümmü Sələmə anamız da daşları və ya paxla dənələrini yanına qoyur, onlarla saya-saya hər gün yüz dəfə oxuyardı.

Duaları bölüşdürüb oxumaq lazımdır

Tanışlar, dostlar qrup şəklində dua oxuya bilərlər. Məsələn, Böyük Cövşəni bir neçə nəfər öz aralarında bölüşdürüb oxuya bilər. Bölüşdükdən sonra, hər kəsin payına düşən hissəsini oxuması zəruri olur. Yəni “Allahı anmaq, zikr etmək üçün mən hər gün filan qədər oxuyacam” deyən insan məsuliyyət daşıyır və bu məsuliyyəti yerinə yetirməsi zəruridir. İstəyən Böyük Cövşəni tək başına da oxuya bilər. Ancaq heyət şəklində oxunanda həmin virddən hasil olan ümumi savab heyətdəki hər kəsin əməl dəftərinə yazılır. Həqiqi şəxsi-mənəvi ortaya qoyulanda heyətə daxil olan hər kəs heyətin oxuduğu qədər oxumuş sayılır.

Xüsusən, Məcmuətül-Əhzabın çox faydalı olacağını düşünürəm, çünki olduqca əhatəlidir və bir çox övliyanın seçilmiş dualarını ehtiva edir. Dua etməyi sevən möminlər onu öz aralarında bölüşdürər, hər kəs fərqli vaxtlarda fərqli yerləri oxuyar. Məsələn, bir ay bu bölümü oxuyan, növbəti ay başqa bir yoldaşın oxuduğu bölümü oxuyar və s. və i. Beləcə hər kəs Məcmuətül-Əhzabı oxuyub bitirmiş olar. Duaların orijinal, yeni olması insana şövq verir. Məsələn, Şahı Geylaninin o ürək titrədən duasını belə otuz gün dalbadal oxuyan bir müddət sonra ilk oxunuşun həyəcanını hiss etməyə bilər. Ancaq ikinci ay başqa dualara keçər, duaya qarşı ülfət (adiləşmə) hissini aradan qaldırar və bir qədər sonra təkrar o bölümə qayıdarsa, yenə həmin duanı duyub hiss edə bilər.

Duam dualarına qarışsın, Allahım!

Bəzən ağlıma belə bir fikir gəlir: əslində insan bir kənara çəkilib heç kimə demədən təkbaşına dua oxumalıdır. Ancaq burada “Mən də kənara çəkilib təkbaşına dua oxuya bilərəm, heç kimə ehtiyacım yoxdur” kimi gizli bir eqoizm varmı, bilmirəm. Əgər varsa, bu, çox təhlükəlidir. Biri də “Kənara çəkilib təkbaşına dua oxuya bilərəm, amma yoldaşlarla dua etsəm, ümid edirəm ki, dualarımın qəbul olma ehtimalı daha da artar” deyə düşünə bilər. Bu düşüncə ilə duanın heç olmasa bir hissəsini, yarısını və ya dörddə birini yoldaşları ilə birlikdə oxuyar.

Bəzən, məsələn, eyni məsciddə namaz qılan insanlar “Gəlin sələfi-salehinin dualarını oxuyaq. Məsələn, bir gecə qalxaq, iki-üç saat çəksə də, 19 dəfə “Fəth” surəsini oxuyaq” deyə bilərlər. Amma gərək hər kəs bu ümumi duada könüllü iştirak etsin. Sıçrayıb qalxmalı yatağından.. hacət namazı qılmalı, “Böyük Cövşəni”, “Övradi-Qüdsiyyəni”, “Səkinəni”… oxumalı. Yoldaşları ilə on beş-iyirmi dəqiqə oxuyub bir kənara çəkilməli, yarım saat da orada təkbaşına oxumalı.

Bəli, təkbaşına oxuyanda “Bax, yoldaşlardan gizləndim, heç kim görmədən oxumaq daha ixlaslı olur” deyə fikirləşmək və ya “insanlar eşitsin, görsün” deyə səsini yüksəltmək – hər ikisi də şeytana qapı aça bilər. Ustad Həzrətləri ucadan oxumağı İmamı Qəzaliyə istinadən müsbət qarşılayır: “Əvvəllər yüksək səslə oxuyardım, amma “görəsən, riya qarışarmı” deyə əndişə də edirdim. Sonra gördüm ki, İmam Qəzali “Başqalarını xəbərdar və təşviq etmə niyyəti ilə oxumaq olar” deyir. Buna baxmayaq, nəzərə almalıyıq ki, qəlbimiz Ustadın qəlbi deyil. Cənnətə girənə qədər qəlbimizə hər şey gələ bilər. Çöl-bayırın dəliklərində ilan-çayan axtarmaq yerinə əlimizdəki fənəri öz qəlbimizə çevirməliyiksə, demək ki, daima diqqətli olmağa məcburuq.

Xülasə

  • Haqq dostları övradu-əzkara (Quran oxuyub dua etməyə, Allahı anmağa) çox əhəmiyyət verirlər. Hər gün bir qədər Quran oxumağın və Ulu dərgaha dualarla yönəlişin Allahla münasibət baxımından mühüm olduğunu bildirirlər.
  • Cənabi-Allahın nemətlərini deşünəndə, insan bütün günü dayanmadan “Sübhanallahi və bihamdihi sübhanallahil azim” desə, yenə də layiqincə dua etmiş olmaz.li>
  • Məcmuətül-Əhzab kimi dua kitablarını dua etməyi sevən möminlər onu öz aralarında bölüşdürərək xumalıdır. Elə bir bölgü aparılmalıdır ki, hər kəs fərqli vaxtlarda fərqli yerləri oxusun.

Səlat və salam etmək

Bəzi alimlər Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) adı çəkiləndə salavat gətirməyi vacib sayır.

Ömürdə bir dəfə salavat çəkməyin mütləq vacib olduğuna dair ixtilaf yoxdur, lakin bəzi alimlər Peyğəmbərimizin adı hər dəfə çəkiləndə “sallallahu əleyhi və səlləm” deməyi vacib sayırlar. Buna istinadən də “tahiyyat”dan sonra “Allahummə salli-Allahummə barik”i oxumağa da “vacib” sayırlar. Çünki tahiyyatda “Əşhədu əllə ilahə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluh” ifadəsi işlənir. Orada Peyğəmbərimizin adı keçdiyinə görə ardınca salavat oxunmalıdır. Biz varlığımızın qayəsini Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) varlığı ilə öyrənmişik. O varlığın çöhrəsinə işıq saçan nur mənbəyi, kainatın illeyi-qayəsidir. Kainat bağçasının solmaz gülü, ən qiymətli meyvəsi Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdir. Onun varlığı bir mənada kainatın məbdəsidir (başlanğıcı): təəyyünü-əvvəl çəyirdək kimi Onunla başlamışdır. O da peyğəmbərlik vəzifəsi ilə kainat ağacının meyvəsi olaraq sonda gəlmişdir. Nizaminin dediyi kimi, kainatın şeiri Onun üçün bəstələnmişdir. Hökmü qafiyə kimi o şeirin sonunda gəlmişdir. Elə isə hər şey Onunla bağlıdır. Bu nöqteyi-nəzərdən baxanda, Peyğəmbərimizə çox şey borcluyuq. Sırf buna görə, Onun adı hər dəfə çəkiləndə salavat gətirməyi vacib sayanlar olmuşdur. Ancaq heç kim Cənabi-Allahın adı hər dəfə çəkiləndə, “Allah” deyəndə “cəllə cəlaluh” söyləmək vacibdir” deməmişdir. Niyə? Çünki Allah-taalanın nemətlərinin altından qalxmaq mümkün deyildir. Üstümüzə yağdırdığı nemətlərə layiqincə şükür etmək qeyri-mümkündür. Məsələn, altmış dəqiqəlik bir saatı düşünək. Əvvəlcə dəqiqələrə, sonra saniyələrə, sonra salisələrə… sonra da aşirələrə bölək. Aşirələrdə də Cənabi-Allahın lütfü, neməti var. Əgər dayanmadan varlıq, həyat, lətifeyi-Rəbbaniyə, hiss, şüur, iradə… kimi nemətlərini düşünsək, hər birinə təşəkkür etmək istəsək, dayanmadan “əlhamdulillah, əlhamdulillah, əlhamdulillah..” desək, yenə də çatdıra bilmərik. Çünki bu “əlhamdulillah”ı aşirəyə sığışdıra bilmərik. Halbuki biz o aşirədə də varıq. Nə ilə varıq? Allahın nemətləri ilə, bizi insan kimi yaratması ilə, imana sövq etməsi ilə, şüurumuzu açması ilə varıq.

Sözün cövhəri

Mən bütün işini bir tərəfə atıb, insanların can atdığı şeyləri ayağının ucu ilə bir kənara itələyən, İnsanlığın İftixarının bəyanı ilə dininə, dəyanətinə bağlılığına görə dəli sanılan 5-10 insan istəyirəm. Özünü düşünməyən, vəzifə, məqam, şan, şərəf, şöhrət, pul, ailə, uşaq dərdinə düşməyən 5-10 insan. Nə olar, Allahım! Sənin xəzinələrin genişdir. İstəyənə istədiyini ver, mənə də 5-10 insan. Nə olar, Allahım..

Həftənin duası

Ey yoxluğu varlığı ilə bəzəyən Aləmlərin Rəbbi Allahımız! Sənə sonsuz həmd və şükür, həbibin və son elçin Həzrəti Məhəmmədə (sallallahu əleyhi və səlləm), ailə üzvlərinə və yoldaşlarına da varlığın zərrələri qədər səlat və salam edirik. Ey qüdrəti sonsuz olduğu kimi, rəhməti də sonsuz olan yeganə Rəbbimiz! Bu aciz bəndələrini nemətlərindən məhrum etməklə cəzalandırma.. bizi də o nemətlərə kor və nankor olmaqdan qoru. Amin…

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message