Biz Əfəndimizə (s.ə.s.) borcluyuq

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » Biz Əfəndimizə (s.ə.s.) borcluyuq

Hər dəfə Peyğəmbər Əfəndimizə (əleyhissalatu vəsəlləm) səlat və salam gətirmək Ona olan vəfamızın gərəyidir. Çünki Onu hər dəfə səlat və salamlarla anmaq həm onun peyğəmbərliyinə təbrik, həm gətirdiyi əbədi səadət müjdəsinə təşəkkür, həm də gətirdiyi fərmanlara taət və beyəti yeniləmə mənasına gəlir.

Bəli, Allah Rəsuluna (s.ə.s.) səlat və salam gətirməklə əhdü-peymanımızı yeniləmiş, Ona bizi də ümmətinə daxil etsin deyə müraciət etmiş oluruq. “Səni andıq, Səni düşündük; Allah-təalaya Sənin qədrini ucaltsın deyə dua etdik,” – demiş və “Dahilək, ya Rəsulullah – Bizi də nurlu halqana qəbul et, ey Allahın Elçisi!..” istəyimizi təkrar edərək Onun əngin şəfqət və şəfaətinə sığınmış oluruq. Bu səbəbdən səlat və salama Əfəndimizdən çox biz möhtacıq. Ona müraciət etməklə mövcudiyyətini, böyüklüyünü qəbul etmiş və kiçikliyimizi, heçliyimizi elan etmiş; acizliyimiz və fəqirliyimizlə birlikdə şiddətli və çox böyük bir günün (hesab günü) əndişəsi ilə Rəsuli-Əkrəmə sığınmış, ehtiyaclarımızı və halımızı ərz etmiş oluruq.

Bildiyiniz kimi “səlat” təbrik, dua, istiğfar, rəhmət kimi mənalara gəlir. “Səlat” sözünün cəmi “salavat”dır. Qurani-Kərimdə belə buyurulur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!” (“Əhzab” surəsi, 33/56). Bu ayə əsasında Peyğəmbərimizə səlat və salam gətirərək Ona hörmət, sevgi duymaq hər müsəlmanın vəzifəsidir. Hər müsəlman, heç olmasa: “Allahummə səlli alə Muhamməd – Allahım, rəhmət və bərəkətin Əfəndimiz Həzrəti Məhəmmədə olsun” deyərək səlat gətirmək məcburiyyətindədir.

Rəsuli-Əkrəm Əfəndimiz: “Yanında adım çəkiləndə mənə səlat gətirməyənin burnu sürtülsün, həqarətə məruz qalsın,” – buyurmuşdur. Bununla birlikdə Peyğəmbərimizin (s.ə.s.) adı hər dəfə çəkiləndə və ya xatırlananda səlat gətirmə barəsində bəzi alimlər: “Bir yerdə Hz. Peyğəmbərin (s.ə.s.) adı nə qədər çəkilir-çəkilsin, bir dəfə səlat gətirmək kifayətdir,” – deyir. Alimlərin əksəriyyəti isə: “Əfəndimizin (s.ə.s.) mübarək adı hər çəkiləndə səlat və salam gətirilməlidir,” demişdir. Bəzi alimlər “insanın ömründə bir dəfə səlat və salam gətirməsi vacibdir” deyir, İmam Şafi kimi alimlər isə adı hər çəkiləndə səlat və salamla Onu mədh etməyi məsləhət bilir.

Necə ki, hədis elmi ilə məşğul olanlar hədisləri rəvayət edərkən Onun (s.ə.s.) adı nə qədər çəkilir çəkilsin hər dəfə: “Sallallahu əleyhi və səlləm” deyərək vəfa və hörmətini bildirmişlər. Hətta bəzi yerlərdə azanda Rəsulullahın (s.ə.s.) ismi-şərifi anıldığı zaman: “Əşhədu ənnə Muhammədən Rəsulullah” deyildiyi üçün azandan sonra da səlat və salam oxunur. Ərzurum da bu yerlərdən biridir. Orada da azandan sonra “Əs-Sələtu vəs-sələmu əleykə ya Rəsulullah, əs-Sələtu vəs-sələmu əleykə ya Həbiballah, əs-Sələtu vəs-sələmu əleykə ya Xatəmən-nəbiyyinə” deyə səlat oxuyarlar. Əslində, azan içində belə bir səlat və salam yoxdur, lakin bunu bir vəfa borcu olaraq deyirlər.

Onun yolundan başqa yol yoxdur

Bəli, səlat və salam məsələsinə bir vəfa borcu kimi baxmaq lazımdır. Biz Əfəndimizə borcluyuq. Allah bizə hər an bu borcu ödəmə şüurunu verməklə mükəlləf etməmişdir. Həyatın hər anında Onu (s.ə.s.) xatırlamaq, Ona fasiləsiz səlat və salam gətirmək məcburiyyətində qoymamışdır. Lakin biz onsuz da Onun (s.ə.s.) gətirdiyi dinin hökmlərinə riayət etməklə bir cəhətdən Ona (s.ə.s.) borclu olduğumuzu dayanmadan, fasiləsiz dilə gətirmiş oluruq.

Gündə beş dəfə minarələrdən yüksəldiyi kimi, könüllərimizdən də yüksələn azanı düşünün.. hər namaza gedişdə:

“Göy nura qərq olar yüz min minarədən,
Qanad çalınca ruhu-rəvani-Muhammədi;
Ərvah cümlətən görər “Allahu Əkbər”i,
Əks edincə ərşə lisani-Muhammədi”

Yəhya Kamal

misraların həqiqətini səsləndirir, əvvəlcə azanla vəfamızı elan edirik. Zati-Üluhiyyətlə yanaşı Əfəndimizin (s.ə.s.) o gözəl adını də anırıq. “Lə iləhə illəllah”ın “Muhammədin Rəsulullah”dan ayrıla bilməyəcəyini, şəhadətin ancaq ikisini birlikdə deyilməsi ilə tamamlanacağını göstəririk. Ustad Həzrətlərinin “Məktubat” əsərində də ifadə etdiyi kimi, “Kəlmeyi-şəhadətdə iki kəlam bir-birindən ayrıla bilməz, onlar bir-birini təzəmmün və isbat edir, biri olmadan digəri olmaz” deyir. Bəli, madam, Peyğəmbərimiz (əleyhissalatu vəssəlləm) Xatəmul-Ənbiyadır, bütün peyğəmbərlərin varisidir. Əlbəttə, O, bütün vüslət yollarının başındadır. Onun yolundan başqa həqiqət və nicat yolu ola bilməz. Bütün əhli-mərifət və əhli-təhqiq imamları Sədi-Şirazi kimi: “Ey Sədi! Muhammədi (sallallahu əleyhi və səlləm) örnək almadan qurtuluş və pak yolu tapmaq qeyri-mümkündür deyirlər.

Gözümüz, könülümüz Səninlə aydınlandı…

Bəzi kitabların rəvayətinə görə, azanı eşidən birinci “Əşhədu ənnə Muhammədən Rəsulullah” oxunanda: “Sallallahu əleykə ya Rəsulullah – Allah Sənə səlat etsin, ey Allahın Peyğəmbəri!” – deyir. İkinci dəfə “Əşhədu ənnə Muhammədən Rəsulullah” oxunanda da “Qarrət ayni bikə, ya Rəsulullah – Gözüm Səninlə işıqlansın, aydınlansın ey Allahın Peyğəmbəri!” – deyir. Bunu deyəndə də baş barmağının uclarını öpərək gözlərinə çəkir ki, bu da “müstəhəb”dir. Gözüm səninlə aydınlandı… necə də gözəl sözdür. Dilimizdə “gözaydınlığı” sözü çox işlədilir.. Uşağı olana, oğlu əsgərdən gələnə, övladını evləndirənə “Gözünüz aydın olsun” deyirik! “Qarrət ayni bikə, ya Rəsulullah” sözünün mənası da məhz bu mənadadır. Sanki, onun adı çəkiləndə yeni bir viladətə, yeni bir vüslətə və başqa bir şəbi-arusa şahid olur və: “Ya Rəsulullah, Səninlə gözümüz aydın oldu” deyirik. Sən gəldin hər şey zülmətdən qurtuldu, hər varlıq işığa qərq oldu. Sən gəldin gözümüzün içi işıqlandı, qəlbimiz güldü, dünya işıqlandı, üqbaya gedən yollar işıqlandı. Sən gəldin getdiyimiz yollar nurlandı, addım atacağımız, ayaq basacağımız yerlər işıqlandı.

Azan bitəndə də azan duası ilə vəfa borcumuzu ödəməyə çalışır, Əfəndimizə (s.ə.s.) bir növ səlat və salam gətirir və Onun (s.ə.s.) Məqami-Mahmuda nail olması üçün dua edirik. Sonra iqamə gətirilir, burada da bir daha nami-cəlili-Muhammədini zikr edirik.

Bəli, şüurlu və ya şüursuz, keyfiyyəti nə olur-olsun bu vəfa borcumuzu və şükran hissimizi azanla, iqamə ilə, namazla, təşəhhüd və təhiyyətlə.. ifadə edirik. Kaş ki, şəkər-şərbəti dilimizlə daddığımız kimi, bu sözləri də dərk edə və ruhən mənimsəyə, hər kəlməni tam dada bilək.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message