Səriyyələrin məqsədi

Səriyyələrin məqsədi

Müsəlmanlar düşmənin qabağına çıxmağa, haqq-hesab çəkməyə həmişə, hər vəziyyətdə hazır idilər. Müşriklər də var gücləri ilə onları döyüşməyə məcbur edirdilər. Vəhy gələli on üç il olmuş, on dördüncü ilə girmişdi. İşıqdan narahat olan insanlar onu söndürüb cahanı zülmətə qərq etmək üçün hər yerdə İslama hücum çəkir, fürsət tapdıqca müsəlmanları bir-bir tutub canına qıyırdılar.

Bu gün “Bolqar qətliamı”, “Moskva qətliamı”, “Hind qətliamı” deyirik və heç olmazsa bu zülmləri qınayanlar var.. o dövrdə müsəlmanlara çəkdirilən zülmü heç qınayan da yox idi.. kimsə səsini çıxarmırdı. Qüreyş nə edir-etsin məqbul sayılırdı, ən amansız vəhşiliyi belə təbii qəbul edilirdi. Çünki qüreyşlilər Məkkənin ağası idi.. nə istəsələr edə bilərdilər. Onların bu despotizmini yıxmaq da yenə Peyğəmbərimizin çiyninə düşürdü. Ona görə də səriyyələr hazırlayıb hər tərəfə göndərirdi. Süvari dəstə və çevik birliklərin təşkilində bir-sıra məqsədi vardı:

a. Müsəlmanların varlığını/gücünü hiss etdirmək

Ətraf bölgələrdə müsəlmanların varlığını hiss etdirərək müşrik­lə­rin onları Məkkədən çıxarmaqla İslamın nurunu söndürə bilmə­diklərini göstərməyə çalışırdı.

يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللّٰهِ بِأَفْوَاهِهِمْ وَاللّٰهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
“Onlar Allahın nurunu (İslam dinini) öz ağızları ilə söndürmək istəyirlər. Ancaq bilmirlər ki, Allah isə öz nurunu (dinini) tamam­layır.” (“Saf” surəsi, 61/8)

Səhranın o qaranlıq vəhşəti və cəhaləti içində belə, Allahın nurunu söndürə bilməyəcəklərini onlara bu üsulla göstərmək istəyirdi.

b. Qüvvətin Haqqa aid olduğunu göstərmək

Həm də isbat edirdi ki, hökm yalnız Məkkə müşriklərinə və qüreyşlilərə aid deyil.. haqqı təmsil edənlərin də bir hissəsi, bir payı var və gün gələcək qüvvət əlindəki bütün silahlarla Haqqa təslim olacaq. Məhz o gün yer üzündə yalnız və yalnız haqq hakim olacaq və məhz o zaman hüququn üstünlüyü bütün çılpaqlığı ilə gün üzünə çıxacaq.

Allah Rəsulu qüreyşlilərin haqlı olmadığını, lakin əllərində güc olduğuna görə bəzən və müvəqqəti olaraq haqqa üstün gəldiyini bilirdi. Bu səbəbdən də Allah Rəsulu haqqın gücünü göstərməyi zəruri sayır, hazırladığı səriyyələrlə bunu ətrafa elan edirdi. Yəni Əbu Süfyanların, Əbu Cəhillərin, Ütbələrin, Şeybələrin, İbn Əbu Muaytların, Vəlidlərin heç kimdə haqqı olmadığını, əksinə onların insanlığın haqqını qəsb etmiş istismarçılar olduğunu əməli şəkildə ortaya qoyurdu.

c. İrşada zəmin hazırlamaq

Bu səriyyələrlə irşad yolunun üstündəki maneələri aradan qaldırmağı planlaşdırırdı. Bəli, O, bu dəstələrlə səhraya nəzarət edəcək, İslam mürşidlərinin, mübəlliğlərinin kənd-kənd, şəhər-şəhər gəzməsini təmin edəcək, yolların təhlükəsizliyinə zəmanət verəcək, mürşidlərin İslamı rahat yaymasına əlverişli şərait hazırlayacaqdı.

Allah Rəsulu bu məqsədlə dayanmadan ətrafa dəstələr göndərirdi. Hicrətdən sonra, Bədirdə düşmənlə haqq-hesab çəkənədək ətraf ərazilərə düz on yeddi dəfə ildırımsürətli birliklər yollamışdı. O, bir neçə aylıq məsafədə yerləşən bölgələrə, hətta Məkkə yaxınlarına qədər on yeddi dəfə sürətli səriyyələr göndərərək düşmənin gözünə mələk kimi, ruhani varlıqlar kimi görünmüş və onların canına vəlvələ salmışdı. Onları tamamilə iflic edərək yavaş-yavaş Bədrə çəkmişdi.

ç. Əmin-amanlıq gətirmək

O günlərdə çöl soyğunçularla dolu idi. Güc kimdəydisə, özünü haqlı sayırdı, məzlumunsa haqqı yoxdu, insan kimi yaşamaq haqqı.. kim qüvvətli isə, daima zəifi əzirdi. Belə vəziyyətdə Peyğəmbərimizin məqsədi vardı: hər yerdə hərbi dəstələr gəzəcəkdi, amma heç kimə “gözün üstə qaşın var” deməyəcək, kiminsə malına əl uzatmayacaq, ismətinə, namusuna kəm gözlə baxmayacaqdı, bəli, silahlı insanlar camaatın qapısının qabağından keçəcək, asayişin keşiyində duracaq, amma kimsənin burnunu qanatmayacaq, hər kəsə göstərəcəkdilər ki, səhrada quldurluqdan başqa şeylər də olurmuş. Bunu da ancaq ta başdan soyğunçuluqla mübarizə aparan Həzrət Məhəmməd Mustafa (s.a.s.) edə bilər.

Bu vaxt hər kəs yaxşıca eşidəcək, anlayacaq və biləcəkdi ki, səhra təkcə Məkkə müşriklərinin deyildir. Onda Həzrət Məhəmmədin (s.a.s.) də bir haqqı var.. və bu haqq gündən-günə nurun yayıldığı kimi yayılacaq, hər evdə, hər ailədə, hər vicdanda, hər ağılda özünü hiss etdirəcəkdi və etdirdi də…

Səriyyə: Peyğəmbərimizin (s.a.s.) düşmən üzərinə və ya kəşfiyyat məqsədilə göndərdiyi və şəxsən iştirak etmədiyi süvari dəstələr.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message