Peyğəmbərin hərbi dühası və fərqli taktikaları

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » İnsanlığın iftixarı Həzrət Məhəmməd-2 » Peyğəmbərin hərbi dühası və fərqli taktikaları

Peyğəmbərin hərbi dühası və fərqli taktikaları

Allah Rəsulu mahir bir hərbçi kimi daima fərqli taktikalar tətbiq etmişdi. Bir kərə işlətdiyi taktikanı bir daha tətbiq etmirdi. Ona görə də düşmənlər hər dəfə çaş-baş qalırdılar. Hal-hazırda çox istifadə edilən, lakin o zamanlarda çox bilinməyən “kərru-fərr” üsulu (hücum etmə, zərbə endirib geri çəkilmə, düşmənə gözlənilməz basqınlar etmə) qüreyşliləri əməlli-başlı karıxdırmışdı.

Allah Rəsulu Bədir döyüşündə düşmənlərin qabağına bu cür çıxmışdı. Həqiqətən də, böyük ordu ilə, atlarla, dəvələrlə, bol silah-sursatla gələn və nə ilə qarşılaşacağını bilməyən müşriklər elə döyüşün başlanğıcında çaş-baş düşmüşdülər. Müsəlmanların isə bizim təsbitimizə görə, orduda cəmi iki və ya üç baş atı vardı. Və hər kəsə bir nizə və bir neçə ox ancaq çatırdı. Çünki onlar Bədirə başqa niyyətlə gəlmişdilər. Bununla yanaşı, düşmən o günədək görmədiyi taktika ilə qarşılaşanda çaxnaşmaya düşdü.. və artıq Allahın hökmünü səbəblər tamamlayırdı: Allaha şəkk gətirməyin cəzası qara bulud kimi başlarının üstünü almışdı.

Başqa bir taktika… Düşmənlə üz-üzə dayanıb arxayın-arxayın camaatla namaz qılırdı. Düşmən də bu fürsəti fövtə verməməyi düşünürdü. Ancaq hadisələrin gedişatı heç də onların umduğu kimi deyildi. Çünki Allah-Təala cəbhədə qılınacaq namazı Rəsuluna belə təlim etmişdi:

وَإِذَا كُنْتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ الصَّلاَةَ فَلْتَقُمْ طَآئِفَةٌ مِنْهُمْ مَعَكَ وَلْيَأْخُذُوا أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا فَلْيَكُونُوا مِنْ وَرَائِكُمْ وَلْتَأْتِ طَائِفَةٌ أُخْرَى لَمْ يُصَلُّوا فَلْيُصَلُّوا مَعَكَ وَلْيَأْخُذُوا حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ
“(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə silahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın!” (“Nisa” surəsi, 4/102)

Düşmən onları uzaqdan müşahidə edir; qılınclarını, qalxanlarını, sadaqlarını yerə qoymadan namaz qıldığını görür. Hücum etməyi düşünəndə bir də baxırlar ki, namazın içində belə taktika var. Sipərdəkilər namaza, namazdakılar sipərə gedir…[4]

Allah Rəsulu Rəbbinin əmri ilə namazda belə hücum, müdafiə və düşmənin içinə qorxu salma planlarını həyata keçirirdi.

a. Kitmanilik: sezilmədən hərəkət

Hitler hərb sənətində: “Sezilmədən hərəkət sirrini mən kəşf etdim” dedi. Halbuki böyüklərin dediyi kimi, “kitmanilik” ilk dəfə Həzrət Məhəmməd (s.a.s) tərəfindən irəli sürülmüş və bəşəriyyət kitmanilik metodunu Onun sayəsində öyrənmişdir. Nə hücum, nə də müdafiədə Onun məqsəd və strategiyasını bilmək mümkün deyildi. Yolun bir hissəsini qət etmədən, filan yerə gedirəm deməzdi.[2] Məkkə fəthində müqəddəs şəhərə bir mənzil qalanadək nə müşriklər, nə də öz ordusu hədəfi dəqiq bilmirdi. On min yerdə düz on min tonqal çatanda Qüreyşin ürəyini qorxu bürümüşdü. Ancaq artıq çarə yox idi. Müsəlmanlar qapının eşiyində (kandarında) idilər, nə edəcəkdilər?![3]

b. Xəbərləşmə

Rəsulullah o günəcən rast gəlinməmiş bir xəbər şəbəkəsi qurmuşdu; hadisələr dərhal mərkəzə çatdırılır və vaxtlı-vaxtında lazımi tədbirlər görülürdü. Allah Rəsuluna aid xəbərlərin düşmənə çatdığına dair tarixi mənbələr heç bir şey yazmır. Xatib ibn Əbu Bəltəa bir ara kiçik bir yanlışlıq edərək Onun Məkkəyə doğru hərəkətini məkkəlilərə xəbər vermək istəmişdi, amma göndərdiyi məktub yolda ələ keçmişdi. Təbii ki, ona da bir şey deməmişdilər.. məsələni həll edəndən sonra niyə deməliydi ki! Xatib ibn Əbu Bəltəa zəifliyini göstərmişdi.. o, Bədir döyüşünün qazilərindəndi. Amma zəiflik etmişdi… O qüsursuz Rəsul (s.a.s.) da onu bağışlamışdı.[4]

Bəli, Allah Rəsulu güclü xəbər şəbəkəsi qurmuşdu. Eyni zamanda rəqiblərin Ondan sirr qoparmasına da imkan vermirdi. “Sezilmədən hərəkət” metoduna dair kim nə deyir-desin, 14 əsr əvvəl hər şeyi Ona təlim edən Zat bunu da öyrətmiş və bəşəriyyət “sezilmədən hərəkət” üsulunu Həzrət Məhəmməd Mustafa (s.a.s.) sayəsində görmüşdür.

Peyğəmbərimiz bir dəvənin var gücü ilə qaçıb 48 saata yetişdiyi bir mənzilə daha qısa müddətdə xəbər çatdıra bilirdi. Təsəvvür edin: Rəsulullah Mədinədə dayanır, orduları isə ta Suriya civarında döyüşürdü. Bu uzaq məsafəni dayanmadan hərəkət etmək şərtilə 10 gün qət etmək olardı. Amma Peyğəmbərimizin qasidləri bu məsafəni 8 günə keçirdilər.

Bəli, bu cür mükəmməl və ağlasığmaz xəbər şəbəkəsi qurmuşdu. Niyə də qurmasın?! Allah (cəllə cəlaluhu) Ona yol göstərirdi, O da Rəbbinin göstərdiyi yolla irəliləyirdi. İlk çapar bir mənzillik məsafə qət edib xəbəri ikinci çapara verir. O da bir mənzil irəlidə gözləyən üçüncü çapara çatdırırdı. Üçüncü çapar dördüncüyə, o da beşinciyə, beləliklə xəbər ən dinc miniklərlə, ən dinc çaparlarla, ən qısa zamanda lazımi yerlərə çatdırılırdı. Yoxsa Məkkədə dayanıb Fizandan necə xəbər alacaqdı?..

O dövrün imkanları çərçivəsində Rəsulullahın möhtəşəm fətanəti ilə verdiyi rəngarəng qərarlar qəlblərə hüzur və fərəh gətirir, risaləti bir daha elan və etiraf etdirir.

Bütün bunlarla yanaşı, O, yaxşı bir hərbçi olaraq, sülh lazım gələndə dərhal ona yönəlirdi. Yuxarıda qısaca toxunduğumuz bu məsələni bu əlavə ilə tamamlamaq istərdik:

Quran Ona belə buyururdu: “Əgər onlar sülhə (barışığa) meyil etsələr, sən də sülhə meyil et və Allaha bel bağla” (“Ənfal” surəsi, 8/61). Yəni səbəbləri yerinə yetir, amma Allaha (cəllə cəlaluhu) təvəkküldə də qüsura yol vermə!

Səbəbləri yerinə yetirmədən təvəkkül etmək tənbəlliyin, şüursuzluğun, dərrakəsizliyin ifadəsi, səbəblərə riayətdən sonra təvəkkül etmək isə təslimiyyətin, itaətin, Allaha (cəllə cəlaluhu) bağlılığın, fitrətə və kainata aid prinsipləri, qanunları bilməyin və onlara riayət etməyin göstəricisidir.

c. Təbliğdə dövrlər

Bir dövrdə Allah Ona belə əmr edirdi:

اُدْعُ إِلَى سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
“(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” (“Nəhl” surəsi, 16/125)

Kimin zəlalətdə, kimin hidayətdə olduğunu Allah (cəllə cəlaluhu) çox yaxşı bilir. Sən yalnız vəzifəni yerinə yetir və geri qalanına qarışma! Bu ayə bir mənada Onu və ümmətini güc toplamağa, mənən qüvvətlənməyə dəvət edirdi. Ardınca başqa bir dövr gəldi və Peyğəmbərimiz (cəllə cəlaluhu) yeni gələn əmrlərin işığında İslamı açıq-aşkar və qəti üslubla təbliğ etməyə başladı. Allah-Təala buyururdu:

وَأَنْذِرْ عَشِيرَتَكَ اْلأَقْرَبِينَ
“Əvvəlcə ən yaxın qohumlarına xəbərdarlıq et” (“Şuəra” surəsi, 26/214)

فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ
“Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!” (“Hicr” surəsi, 15/94)

[1] Buxari,”Səlatül-xavf” 1-3; Müslim, “Səlat ul-müsafirin” 305-312.
[2] Buxari, “Cihad”, 103.
[3] Buxari, “Məğazi”, 48; İbn Sad, “Ət-təbəqatul-kübra”, 2/135.
[4] Buxari, “Məğazi”, 46; Müslim, “Fədailüs-səhabə”, 161.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message