Könüllərin sevgilisi

O, sevən və sevilən bir lider idi. Hər kəs özünü Ona ən sevimli sanırdı. Yenə hər fərd özünü Onu ən çox sevən insan hesab edərdi.

Sevirdi.. vəfatına yaxın məsciddə neçə dəfə səhabələrinə baxmış və onları bir-bir süzərək hıçqıra-hıçqıra ağlamışdı. Hərçənd bir müddət sonra əshabı ilə birlikdə olacağını yaxşı bilirdi, ancaq ayrılıq da acısız olmur – yaxında bu fani dünya ilə, səhabələri ilə vidalaşacaqdı. Rəfiqi-Əlaya – Uca Dosta yüksəlmə vaxtı gəlmişdi və səma əhli səbirsizliklə təşrifini gözləyirdi. Ancaq bir vəfa timsalı Rəsulullah səhabələrindən ayrılacaq deyə göz yaşı tökürdü.[1]

Səhabələrini çox istəyir və məhrəmləri kimi qoruyurdu. “Səhabələrimə xoşagəlməz söz söyləməkdən çəkinin!”,[2] “Mənim səhabələrim göydəki ulduzlar kimidir, hansına tabe olsanız, hidayəti taparsınız.”[3] Və başqa nə qədər sözü bu sevginin dəlili idi.

Əshabı da Onu sevirdi, həm də dəlicəsinə… Onu sevmək imanın kamalına dəlil deyilmi? Ən kamil imana sahib olan səhabə də Onu ən mükəmməl səviyyədə sevirdi.[4]

Edam əsnasında Hübeybdən soruşurlar: “Bu anda sənin yerinə Onun edam edilməsini istəyərdin?” “Bəli!” desə, canını qurtaracaqdı. Amma o, bir səhabədir və səhabə adına yaraşan cavabı verir: “Xeyr, vallah. Nəinki Onun mənim yerimə edamına, mənim qurtuluşumun əvəzində Onun ayağına bir tikanın batmasına belə razı olmaram!”[5]

Sad ibn Rəbi (r.a.) aldığı yaralardan şəhidlik şərbətini içmək­dədir. Son anlarında dodağından bu sözlər tökülür: “Allah Rəsu­luna salamımı söyləyin. And içirəm ki, Uhud dağının arxasından Cənnətin qoxusunu alıram. Qövmümə də deyin, onlardan bircə nəfəri də sağ qaldığı müddətdə Rəsulullaha bir şey olsa, Allah (cəllə cəlaluhu) qarşısında bunun hesabını verə bilməzlər, bunu yaxşı bilsinlər!”[6]

Sümeyrə (r.anha) döyüş meydanında أَيْنَ رَسُولُ اللّٰهِ “Rəsulullah haradadır?” deyə dəli kimi Onu axtarırdı. Onu görəndə atının tərkində əri və iki oğlunun cənazəsi ola-ola: “Bundan sonra bütün müsibətlər mənə çox yüngül gəlir, çünki Sən sağsan, ya Rəsulallah!” – deyir.[7]

Nəsibə (r. anha) əlində qılınc Allah Rəsulunu müdafiə edəndə gözü heç kimi görmürdü. Peyğəmbərimiz ona oğlunu göstərib: “Oğluna kömək elə!” – deyəndən sonra oğlu olduğunu xatırlayır, dərhal qaçıb yarasını sarıyır, ardınca da övladının kürəyinə vurub: “Haydı oğlum, Rəsulullahı qoru!” – deyirdi.[8]

Həzrət Əbu Bəkir (r.a.) Allah Rəsulunu müdafiə edərkən amansızcasına döyülmüş, neçə gün özünə gəlməmişdi. Anası başının üstündə dayanıb gözlərini açacağı anı gözləmişdi. O da özünə gələr-gəlməz: “Rəsulullaha nə oldu?”– deyə soruşmuşdu. Anası qaşıqla şorba içirmək istəyəndə də qaşığı kənara itələmiş və: “Mənə Rəsulullahdan bir xəbər gətirmədikcə ağzıma bir tikə də qoymayacam!”[9] – deyə and içmişdi.

Yüzlərcə belə misallar göstərir ki, Allah Rəsulu səhabələri və bütün ümməti tərəfindən dəlicəsinə sevilirdi.

Məhz bu sevginin nəticəsidir ki, əshabına çox güvənir, etibar edirdi. Onun qapısında növbətçi, Onun qapısında gözətçi yox idi[10]. Çünki hər kəs Ona, O da hər kəsə inanır, etibar edirdi.

[1] Bəzzar, “Müsnəd”, 5/395.
[2] Buxari, “Fədailul-əshab” 5; Müslim, “Fədailüs-səhabə”, 221-222.
[3] Deyləmi, “Müsnəd”, 4/160.
[4] Buxari, “İman” 8; Müslim, “İman” 69-70.
[5] İbn Kəsir, “Əl-bidayə vən-nihayə”, 4/66.
[6] İbn Kəsir, “Əl-bidayə vən-nihayə”, 4/39.
[7] İbn Hişam, “Əs-siratün-nəbəviyyə”, 4/50.
[8] İbn Sad, “Ət-təbəqətül-kübra”, 8/414-415.
[9] İbn Kəsir, “Əl-bidayə vən-nihayə”, 3/30.
[10] Buxari, “Cənaiz”, 32; Müslim, “Cənaiz” 15.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message