Dünyada imtahan sirri

Cənabi-Haqq bizim bu dünyada nə edəcəyimizi bilir. Əmrlərinə uyub-uymayacağımızı da bilir. İmtahana nə ehtiyac görür ki, bizi dünyaya göndərir?

Bəli, Allah nə edəcəyimizi bilir, buna baxmayaraq imtahana çəkmək üçün dünyaya göndərir, ta çiynimizə yüklədiyi mükəlləfiyyətlərlə istedad və qabiliyyətlərimizi inkişaf etdirək. Bəli, O (c.c.) bizi yaradarkən eynilə mədənlər kimi yaratmışdır (Buhârî, “Menâkıb” 41; Müslim, “Birr” 160). Mis mədəni, kömür mədəni, dəmir mədəni, qızıl mədəni, gümüş mədəni kimi.

Bunu hər şeyi var edib inkişaf etdirən Rəbbimiz olaraq etmişdir. Necə ki, bir sənətkarın memarlıq və bədiilik qabiliyyəti, məharəti olur. Və o, sənət əsərləri ilə görünüb bilinməyi arzulayır. Eynilə bunun kimi, Cənabi-Haqqın da bir çox isimləri və bunların təcəllisi olan sənət əsərləri var. O (c.c.), bu növbənöv sənət əsərlərini insanların nəzərinə təqdim etmək üçün bu məşhəri, sərgini açaraq gizli gözəlliklərini izhar etmişdir.

Daha aydın desək, kömür mədənində Onun (c.c.) isimləri necə təcəlli edir; dəmirdə, qızılda, gümüşdə necə özünü büruzə verir; sonra insanın müdaxiləsi ilə saf qızılda, saf gümüşdə, emal edilmiş dəmirdə necə təcəlli edir. Və O, bir addım atmaqla kömürün almaz olmasında -özünü necə nümayiş etdirəcəyini nəzərimizə təqdim etmək üçün müxtəlif dərəcə və qədəmələrdə- isimlərinin cilvələrini nümayiş etdirir və beləcə Onu (c.c.) tam tanıya bilməyimizə, tam fikir əldə etməyimizə şərait yaradır. Bəli, hər şeyi edən Odur. Üstəlik hər şeydən minlərlə meyvə verdirərək…

Nəticədə Onun bu fəaliyyəti ilə insanlar təmizlənir, saflaşır və Cənnətə layiq hala gəlir. Yəni mədənlər qızıl olur, almaz olur, gümüş olur. Bu barədə Əfəndimiz (s.ə.s.) bir hədisi-şərifdə belə buyurur: “İnsanlar eynilə mədən kimidir. Cahiliyyədə xeyirli olanı İslamiyyətdə də xeyirlidir.” (Buhârî, Menâkıb 41; Müslim, Birr 160) Yəni Cahiliyyə dövründə izzətli, şərəfli Ömər (r.a.) İslamiyyətdə də, təmkinli, vüqarlı, ciddi, əzəmətli və əziz Ömər (r.a.)… Birində, olduqca sərt və istədiyini etdirən, o birində təvazö qanadları yerlərdə və insanların ayaqları altında, lakin kafirlərə, facirlərə qarşı əzmkar, nəhəng bir Ömər (r.a.)!.. Cahiliyyə dövründə mədən olaraq necə idisə, İslamiyyətdə də elə.. Buna görə, cürətli, canlı, hərəkətli insanları görəndə istəyirik ki, müsəlman olsunlar… Çünki cahiliyyədə əziz olan, İslamiyyətdə də əziz olacaq.

İslam insanı-bu mədəni götürür. Yoğurur, kamilləşdirir, saf qızıl halına gətirir. Səhabə belə saf qızıla dönmüşdü. Sonralar dəyər və əyarı düşməyə başladı. 22 əyar və yavaş-yavaş 21, 20, 18, 17, 15… İyirminci əsrdə müsəlmanlar arasında 1 əyara qədər düşənlər də oldu. Bəli, iyirminci əsr şlakı, züyufu bu qədər çoxalmış bir əsrdir!..

Deməli, biz dünyada imtahana çəkilirik ki, təsəffi edək, saflaşaq… Allah (c.c.) hansı yolla saflaşacağımızı bilir və bizi imtahana çəkir. Haşa, O (c.c.) bilmədiyi şeyi bizdən öyrənmək üçün bizi sınağa çəkmir. Yəni O (c.c.), bizi bizimlə sınayır. Daha doğrusu, biz öz-özümüzlə imtahan edilirik.

Bəli, biz cəhd və səy göstərdiyimiz, saflaşma, təmizlənmə yolunda olduğumuz; dəmir mədəni isək dəmir olma, qızıl mədəni isək qızıl olma sevdasına tutulub, bu yola girdiyimiz müddətdə.. bəli, belə bir səyimiz olduğu müddətdə Rəbbimizin əzəldən bildiyinin ortaya çıxmasına vəsilə olacağıq. Və biz bunlarla öz-özümüzü sınağa çəkib Onun (c.c.) uca dərgahına bu halımızla çıxacağıq. Quranın ifadə etdiyi kimi: “O gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.” (Nur, 24/24) Sən də bunu bilirsənsə, öz-özünlə imtahana çəkildiyini anlayacaqsan. Allah (c.c.) sənin durumunu -haşa- öyrənmək üçün imtahana çəkmir. Əksinə səni sənə göstərir və səni səninlə də sınayır.

Hər şeyin ən doğrusunu O (c.c.) bilir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message