Evlənməyin şərtləri

Fəthullah Gülən: Evlənməyin şərtləri

Din izdivac məsələsinə təxmin etdiyimizdən daha böyük əhə­miyyət verir. Buna paralel olaraq İslam fiqhçiləri[1] də nikahı vacib bir məsələ kimi araşdırmış, təhlilini aparmış, bu mövzuya cildlərlə kitab həsr etmiş və olduqca həssas yanaşmışlar. Həmçinin izdivac və ya nikah məsələsini fərz, vacib, sünnət, haram, məkruh kateqoriyalarına ayırmış və bir az da fərdlərin şəxsi vəziyyətləri ilə əlaqələndirmişlər. Bu, o deməkdir ki, hər kəs gəlişigözəl, necə gəldi ailə qura bilməz. Elə adam var ki, evlənməsi vacib, eləsi var ki evlənməsi məkruhdur.

Ona görə də, bunları qətiyyən nəzərə almadan, sırf cismani is­tək­lə nikah kəsdirən bir insanın cəmiyyətə faydalı ailə olması və ya xe­yirli övlad yetişdirməsi sual doğurur.

İslamda Hənəfi və Maliki məzhəbinin hüquq alimləri bu məsələdə bir-birilərinə yaxın sayılırlar, fərqli fikirlər təfərrüat məsələlərinə aiddir. Bu böyük İslam hüququ alimlərinin əsərlərinə baxanda nikahla əlaqədar aşağıdakı təsnifatla qarşılaşırıq.[2]

a) Fərz olan evlilik

Zina eləmə və haram əməl işləmə təhlükəsi ilə üzləşən bir adam mehr ödəməyə[3] gücü çatırsa və ailənin zəruri ehtiyaclarını təmin etməyə imkanı varsa, hətta bəzilərinə görə oruc da tuta bilmirsə, onun evlənməsi fərzdir.

Yəni haram əməl işləməmək üçün evlənmək əsasdır və haramla üz-üzə qalan insan bircə yola baş vurmalıdır ki, o da ailə qurmaqdır. Qeyri-təbii yollarla izdivacdan qaçmaq fitrətlə mübarizə aparmaq deməkdir və belə bir mübarizəyə əl atan bir insanın məğlub olması da qaçılmazdır.

b) Vacib olan evlilik

Mehr ödəməyə, ailənin dolanışığını təmin etməyə gücü çatan və haram işləməkdən uzaq olsa da, sırf ehtiyatən ailə qurmaq istəyən bir şəxsə evlənmək vacibdir. Bu izah bəzi fiqhçilərə aiddir, bütün alimlərin ortaq görüşü və ictihadı deyildir.

c) Sünnət olan evlilik

Hər hansı bir təhlükə yoxdursa, evlənməyə də arzu və istək vardırsa, belə bir şəxsin ailə qurması sünnətdir.

ç) Haram olan evlilik

Bir şəxs ailə qurmaqla haram əməllər işləyəcəksə, evini dolandırmaq üçün qeyri-qanuni (haram, qeyri-məşru) qazanc yollarına girəcək, vəzifəsindən sui-istifadə edib haqsız yerə pul qazanacaq, oğurluq, rüşvət… kimi haramlara, əməllərə əl atacaqsa, onun ailə qurması haram, və ya ən azı məkruhdur. Bir şəxs ailə qurandan sonra həyat yoldaşına zülm edəcəksə, onun evlənməsini də haram və ya mək­ruh sayanlar var.

d) Məkruh olan evlilik

Bəzi alimlərə görə, bir insanın ailə quracağı təqdirdə harama girməsi, zülm və əziyyət verməsi mütləq deyil, ehtimal daxilindədirsə, onun evlənməsi məkruhdur.

e) Mübah[4] olan evlilik

Qazancını halal yolla əldə edən, zina eləmə ehtimalı olmayan, mehrə və ailənin dolanışığını təmin etməyə gücü çatan təmkinli və tədbirli bir insanın izdivacı məmduh[5] və ya mübahdır. Evlənə bilər, evlənməyə də.

İmam Şafeiyə (r.a.) görə “Nikah öz-özlüyündə bir müamilə, yəni mübah bir işdir. Lakin haramdan qaçmaq məqsədi ilə bağlanırsa, vacib olur”. Əslində, burada Şafei məzhəbi ilə Hənəfilərin görüşləri bir-birinə yaxınlaşmış olur. İmam Əhməd ibn Hənbəl də dolanışığını təmin edə bilsin, bilməsin, mehr verə bilsin, verə bilməsin, – zinaya girmə təhlükəsi olan hər kəs üçün ailə qurmağın fərz olduğunu deyir. Araşdırsaq əslində bu görüşlər mahiyyətcə bir-birindən çox da uzaq olmadığını görərik.

Bu xüsusları çatdırmaqla dinin nikahda hansı şərtləri qoyduğunu, ailə qurmağın bəsit və hissi bir məsələ olmadığını göstərməyə çalışdıq. Əgər bu mühüm məsələ möhkəm bünövrəyə oturdulmaz və məntiqi, hissi boşluqlara yol verilərsə, nikahların nəticəsi məhkəmə qapıları, dul və sahibsiz qadınlar, ortada qalmış uşaqlar olar. Din bütün bunların qarşısına lap başdan sədd qoyur, bu cür mənfi hallara aparıb çıxaracaq izdivacı haram, məkruh kimi kateqoriyalara daxil edərək tənzimləyir və hiss ağırlıqlı bir məsələdə ağıl, məntiq və mühakimə yolunu ön plana çəkir.

Bizim burada məqsədimiz nikahın ciddi bir əqd olduğunu, nikah nəticəsində cəmiyyətin ən mühüm ünsürü olan ailənin təşəkkül tap­dığını xüsusi vurğulamaqdır. Ona görə də nikaha sırf cismani is­təklərlə bağlı bəsit bir iş kimi deyil, bütün millətə səadət gətirən dini, milli və cahanşümul bir məsələ kimi baxmaq lazımdır. Nikahın fərdin cismani və nəfsani hisləri ilə bağlı yönünə gəlincə, bu sadəcə ən böyük qayənin hasil olması üçün Allahın (c.c.) insana lütf etdiyi bir mükafat və bəxşişdir. Bunu, belə demək mümkünsə, bir avans kimi qiymətləndirməli və bəşər nəslini davam etdirmək, milli istiqbalı ucaldacaq yüksək xarakterli insanlar yetişdirmək kimi mühüm xidmətlərin müqabilində qabaqcadan verilmiş bir mükafat hesab etməliyik.

Qeyd edək ki, İslam dini bu məsələyə böyük əhəmiyyət verir. O dərəcədə ki, fərdlər izdivac məsələsində hər şey ən incə de­talla­rınadək düşünməli, min ölçüb bir biçməli və heç bir səhvə yol ver­mə­mək üçün olduqca həssas davranmalıdırlar… Həssas davranma­lı­dırlar ki, ailə onun dağılmasına yol açan səbəblər üzərində qu­­rulmasın.

ə) Dəlillər

1. Həsən bir hədisi-şərifdə Rəsuli-Əkrən (sallallahu aleyhi və səlləm) buyurur: “Evlənin, çoxalın, mən qiyamət günü sizin çoxluğunuzla iftixar edəcəyəm.” [6]

2. Başqa bir hədisi-şərifdə isə: “Vəlud, yəni doğurğan qadınlarla evlənin”, – buyurur.[7]

3. Mövzu ilə əlaqədar bir ayədə isə buyurulur: “(Ey möminlər!) Subaylarınızı əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizlə evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəməti ilə) genişdir, (hər şeyi) biləndir!” (“Nur” surəsi, 24/32).

Ailə qurmağa, yəni mehr verməyə və ailənin dolanışığını qazanmağa gücü çatmayan şəxslər isə Allah-Təalanın fəzli və neməti ilə imkan əldə edənədək səbirlə, iffətlə yaşamalı və harama girməməlidir.

Bu son hökm və onun yorumları zahirən digər dəlillərə zidd görünsə də, əsas prinsip etibarilə eyni həqiqətləri əks etdirir.

Belə ki, “Evlənin, çoxalın, mən qiyamət günü sizin çoxluğunuzla iftixar edəcəyəm” hədisi-şərifinin – məzmunu qalmaq şərtilə – əks mənası bu məqamı xatırladır: Ailə qurmaqda məqsəd Rəsulullahın fəxr etdiyi bir nəsil yetişdirmək deyilsə, bu cür izdivacın, və ya “çoxalma”nın heç bir mənası yoxdur. Bəli, sözsüz ki, Rəsuli-Ək­rəmin (sallallahu aleyhi və səlləm) terrorizm, ya da səfalət bataqlığına batmış, alnı səcdəsiz, vicdanı paslı, gözü qanlı bir nəsillə fəxr etməsi mümkün deyildir. O, Allahı razı edən, ilahi rızanı qazanmaq eşqi ilə alışıb yanan, dini-mübini[8] yaşayan və yaşadan bir nəslin çoxalmasını istəyir. Qurani-Kərimin nurəfşan bəyanları bu fikrin ən güclü dəlilidir: “(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savabına görə daha xeyirli, ümid bağlamağa daha layiqlidir!” (“Kəhf” surəsi, 18/46). Bəli, bir yolda ki əməllər axirət mehvərlidir, orada həm Rəbdən razılıq, həm də Rəbbin xoşnudluğu vardır.

Yuxarıda əksini tapan fikirlərdən belə bir nəticə çıxır: ailə qurmaqda əsas məqsəd Allahı və Rəsulunu məmnun edən bir nəsil yetişdirməkdir. Bu səbəbdən də dindar, xalqını sevən, ailəsinə möh­kəm tellərlə bağlı, övlad tərbiyəsinə həssas yanaşan insanlar bəzi zərərli düşüncələrə fikir vermədən, yoluna və üsuluna uyğun şəkildə uşaq sahibi olmaqda qətiyyən tərəddüd etməməlidirlər. Çünki belə bir nəslin çoxalması ümməti-Məhəmmədin üzünü güldürəcək.

Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) gənclərə etdiyi bu tövsiyə də olduqca mühümdür: “Ey gənclər! Kimin evlənməyə imkanı varsa, ailə qursun. Evlənə bilməyənlər isə oruc tutsun. Çünki oruc (insanı) haramdan qoruyan qalxandır.” [9]

Əvvəla oruc ümumi mənada bir pəhriz funksiyası yerinə yetirir. Mədə ilə birlikdə digər bəşəri duyğuları da nəzarət altına alıb Allahın əmr etdiyi istiqamətdə işləməsini asanlaşdırır.

İkincisi, evlilik ciddi bir məsələdir. Adi bir iş deyildir ki, insan düşünüb-daşınmadan dərhal qərar verib ailə qurmaq istəsin. Ağıl və məntiq süzgəcindən keçməmiş tələm-tələsik qərarlarla qurulan ailələrdə ailədaxili münaqişələrə çox rast gəlinir. Məhz bu cür ailələrdə böyüyən uşaqlar düzgün tərbiyə görmür, analı-atalı olsa da, yetim kimi böyüyür, bəzən də valideynlərinə, hətta cəmiyyətə düşmən kəsilir, hissiz, duyğusuz yetişirlər.

Əksər Qərb ölkələrində vəziyyət belədir. Bəli, bu ölkələrdə ailəyə vacib bir məsələ kimi baxmırlar, ailə qurarkən lazımi prinsiplərə əməl eləməyi zəruri saymırlar. Bu qədər həyati əhəmiyyətli hadisəni yemək, içmək, ayaqyoluna getmək kimi bəzi fiziki ehtiyacların təminatı ilə eyniləşdirir, onun məqsəd çərçivəsini daraldır və tamamilə mənasızlaşdırırlar. Bugünkü Avropa dünənki Romanın ətrafında dolaşdığı uçurumların kənarında gəzməkdə və addım-addım ölümə yaxınlaşmaqdadır. Çünki ailə nizamı pozulmuş, fərdləri dəyərlərdən qopmuş heç bir millət varlığını uzun müddət davam etdirə bilməmişdir.

Kilsə bu problem barəsində nə düşünür, sosioloqlar nə deyirlər, pedaqoqlar nə fikirləşirlər, orasını bilmirəm. Bildiyim bir şey varsa, o da bu hissizlik, bu məntiqsizliklə şikəst və xəstə düşən bir cəmiyyətin uzunömürlü olmasının qeyri-mümkünlüyüdür.

Mərhum Kutub[10] mövzu ilə əlaqədar bir müşahidəsini belə dilə gətirir: “Mən Amerikada amerikalıların dini həyatını araşdıranda maraqlı hadisələrə rast gəldim. Bir dəfə qadın-kişi qarışıq kilsəyə girdilər, ibadət etdilər. Duadan sonra keşiş onları rəqs edib əylənmək və başqa işlərlə məşğul olmaq üçün digər salona keçirdi və işıqları söndürdü. Onların əylənməsi keşişin kefini əməlli-başlı durultmuşdu. Bəli, keşiş onları kilsəyə gətirdiyinə görə sevinirdi.”

Halbuki kilsəyə gəlmək məqsəd olmadığı kimi, məscidə getmək, hətta Kəbəni təvaf etmək[11] də məqsəd deyildir. Məqsəd Allahı məm­nun etmək və Onun buyurduğu yolda olmaqdır.

Bir həkim yoldaşım ixtisası ilə əlaqədar Amerikaya getmişdi. Oradan qayıdıb gələndə təəssüratlarını danışdı:

"Amerikada bütün böyük şəhər mərkəzlərində, izdihamlı küçə və prospektlərdə yerləşən kilsələrə gedənlərin böyük əksəriyyəti yaşlı, beli bükülmüş, oturduğu yerdə yatan adamlardır. “Yoxsa Amerika gəncliyi tamam məhv olub?!” deyə düşündüm.

Sonra da Nyu-Yorkdan kənarda yerləşən bir kilsəyə getdim. Kilsə bir təpənin başında tikilmişdi. Oraya çatanda gənclərin kilsəyə axın etdiyini, qadın-kişi hər kəsin oraya gəldiyini gördüm. Kilsədə keşiş nəfəsini dərmədən nəsihət etsə də, kimsə qulaq asmırdı. Hər kəs öz kefində idi. Keşiş: “Kilsəyə gəlmələri özü böyük qazancdır”, ‒ deyə düşünüb onların hər cür hərəkətinə göz yumurdu. Kimi heroin, kimi morfi qəbul edir, kimi də başqa-başqa işlərlə məşğul olurdu.”

Bilmirəm, bu şəkildə kilsəyə getməyin bir faydası varmı? Bəli, kilsəyə getmək bir insanı ruhaniləşdirmir, onun insani duyğularını hərəkətə gətirmir və insan kimi yaşamağa sövq etmirsə, demək, oraya getməyin bir mənası və qayəsi də yoxdur.

[1] Fiqhçi, fəqih – İslam hüququ mütəxəssisi, alimi.
[2] Züheyli, “İslam fiqhi ensiklopediyası”, 9/28-31.
[3] Mehr ödəmək –Nikahda kişinin qadına verdiyi və qadının haqqı olan qızıl, gümüş və ya hər hansı bir dəyərli şey.
[4] Mübah – (“İbahə”dən) İcra edilməsində savab və günah olmayan şey. Fiqhi olaraq: İcra edilməsi və ya edilməməsi dinə görə mümkün hesab edilən şey (Yemək, içmək, yatmaq kimi).
[5] Məmduh – Bəyənilmiş. Mədh olunmuş. Öyülmüş. Fiqhi: Peyğəmbərimizin (s.a.s.) sevdiyi hərəkət, iş.
[6] Əbdürrəzzaq, “Müsənnəf”, 6/173; Acluni, “Kəşfül-xəfa”, 1/318-319.
[7] Əbu Davud, “Nikah”, 3; Nəsayi, “Nikah”, 11.
[8]  Haqqı batildən, yaxşını pisdən ayıran, haqq və həqiqəti açıq aşkar izah edən İslam dini.
[9] Buxari, “Nikah”, 2; Müslim, “Nikah”, 1,3; “Siyam”, 43; İbn Macə, “Nikah”, 1.
[10] Professor Seyid Kutub (1906, Misir, – 29 avqust 1966). Misirli yazar, müfəssir və mütəfəkkirdir. “Fi zilalil-Quran” adlı məşhur təfsirin müəllifidir.
[11] Kəbəni təvaf etmək – Bir şeyin ətrafında dolanmaq. Həcc və ya ümrə üçün Məkkəyə gedənlər ibadət məqsədi ilə Kəbə evinin başına yeddi dəfə dolanır, dualar oxuyurlar.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message