Ailə tərbiyəsi

Fəthullah Gülən: Ailə tərbiyəsi

Əvvəlki hissədə bəzi mühüm məqamlara toxunmuş, oxucuları bu məsələlər ətrafında ciddi düşünməyə və ortaq məxrəcə gəlməyə ça­ğırmışdıq. Hər kəs üçün əhəmiyyətli olan bu vacib məsələlərə: “Ümumi vəziyyət haqqında qənaətiniz nədir? Ətrafınızda cərəyan edən hadisələri necə qiymətləndirirsiniz? Qəbul etmədiyiniz qeyri-əxlaqi davranışlara münasibətiniz nə cürdür? Əxlaqi problemlərin həlli barədə nə düşünürsünüz?” kimi suallarla diqqətinizi cəlb etməyə çalışmışdıq.

Dünyanın mövcud vəziyyətindən məmnun deyiliksə, bəzi xoşagəlməz hadisələr bir xəncər kimi içimizi dəlirsə, bu şəraiti hazırlayan, sonra da bütün bunlara nəzarəti öz əlinə alan adamlardan narazıyıqsa, o zaman həll yolu kimi hansı təkliflərimiz var? Bəli, bütün bunları bilmək bir zərurətdir.

Möminlər namaz qılmamağı və namaza ciddi yanaşmamağı, oruc tutmamağı və onu əziyyətli saymağı, küçələrdə avara-avara gəzib ona-buna söz atmağı (bəziləri bunu azadlıq hesab etsə də) əxlaqa zidd davranışlar sayırlar. Buna görə də biz Qurani-Kərimin işığı altında və onun prinsipləri çərçivəsində əxlaq, əxlaqsızlıq və tərbiyə haqqında danışmağa çalışacağıq.

Əxlaqın ən mühüm əsası inanc və əqidədir. Ancaq hər şey təkcə əqidədən ibarət də deyildir. Əgər əqidəni əməli həyat, yəni əməli fəaliyyət tamamlamırsa və insan inandığı dəyərlər istiqamətində bir yol tutmursa, o inanc bir qənaət, bir fikir olaraq qalır. Bu səbəbdən də fərdin istər şəxsi həyatında, istərsə də ailə və ictimai həyatında effektiv və istiqamətverici amil rolunu oynamır. İman bir işıq və güc mənbəyi, imansızlıq da bir zəiflikdir, bir boşluqdur. Həqiqi iman da öz gücünü əməllə ortaya qoyur. İmansız bir insanın mənsub olduğu cəmiyyətə fayda verdiyini görən olmamışdır, fayda verənlər də o qədər nadirdir ki, barmaqla saymaq olar. Məsələn, biri inanmır, amma iffətlidir. Başlıca meyarlarımız baxımından bu cür adamları fəzilətli hesab etmək olarmı, olmazmı, bunu bilmirəm. Çünki həqiqi fəzilətin bünövrəsində iman və mühasibə (özünü sorğu-suala çəkmə) hissi dayanmalıdır. Bəli, Allaha, axirətə, kitablara, həşrə və nəşrə (öldükdən sonra yenidən dirilişə), Cənnət və Cəhənnəmə iman həyatımızı nizama salan və onu mələklər səviyyəsində şəkilləndirən mühüm amillərdir.

Bu məsələlərə inanmaq və onların tələblərini yerinə yetirmək həyati əhəmiyyət daşıyır. Axirət məhkəmə salonu və sorğu-sual yeridir; burada bəxş edilən ömür nemətinin və ən mükəmməl biçimdə, insan kimi yaradılışın müqabilində Allaha edilən və ya edilməyən şükrün hesabını orada veririk. Dünyada yığın-yığın zalım, nankor, Allah-Təalanı tanımamaqda, Onun göz önünə sərdiyi sənət əsərlərini görməməkdə israr edən, hətta gözlərini “tıxayıb” bu qədər gözəlliyi görməməzliyə vuran, minlərlə rəng, səs, naxış, nizam və ahəngdən qafil olan bir xeyli kor, kar, qəlbsiz insan da vardır… Allah da həm belələri, həm də inananlar üçün həşrü-nəşri gerçəkləşdirəcək, cənnətini, cəhənnəmini hazırlayacaq, sorğu-sualdan sonra yaxşı, fəzilətli, qəlbən və ruhən kamal məqamlarına yönələn, mənəvi yüksəlişə müştaq olan bəndələrini – bu dünyada “insanlığın ən yüksək mərtəbəsin”ə ucalıb kamil və fazil insanlar olaraq yaşadıqları kimi, – axirətdə də fazil bəndələrə vəd edilmiş cənnətlərlə mükafatlandıracaqdır. Mömin məhz bunları düşünən və həyatını bu istiqamətdə tənzim edən bir insandır.

Beləliklə, əvvəla, həm fərddə, həm də cəmiyyətdə əqidə – inanc çox möhkəm olmalıdır ki, imanın gücü fərdin sapqın hislərin təsirinə düşüb yoldan azmasına imkan ver­mə­sin. Gah inanıb, gah da inanmayan fərdlərdən ibarət ailədə də, cəmiyyətdə də bir xeyir yoxdur. Belə bir cəmiyyətdə də, onlar­dan təşəkkül tapan millətdə də xeyir yoxdur. İlk növbədə insan qüv­vətli imana sahib olmalı və dünyanın sabahı olan axirətin bir gün gələcəyinə bütün varlığı ilə və qəti inanmalıdır ki, bununla Allaha yaxın, topluma da faydalı bir fərdə çevrilə bilsin.

Bəli, demək olar, hər bir fərd sağlam bir əqidəyə malik olmalıdır; necə ki, işləmədiyi təqdirdə ac qalacağına inanır və bundan qorxur, eləcə inancını əməllə ortaya qoymadığı zaman Allahın hüzurunda ağır bir sorğu-suala çəkiləcəyinə də şəksiz inanmalıdır. Məhz belə güclü imana sahib insan da inancından doğan “mərkəzdənqaçma qüvvəsi” ilə saleh əməllərə üz tutar və Allahın hüzuruna üzüağ çıxmaq üçün üz-gözünü yerə sürtər.

Belə fərdlərdən meydana gələn ailələri, ailənin müxtəlif yönlərini, ailədə gənclərin, yeniyetmələrin, kiçiklərin, daha kiçiklərin İslamın ali əxlaqı ilə yetişdirilməsinin xüsusiyyətlərini ayə və hədislərin işığı altında növbəti səhifələrdə izah edəcəyik.

Övlad və mal dünyanın bəzəyi, zinətidir.[1] Düzgün dəyərləndirilsə, axirətin də zadu-zahirəsidir.[2] Allah (c.c.) bunlar vasitəsilə insanlara sevinc və səadət bəxş edir. Onları gözə zinət, qəlbə qida edir. İnsan bu zinətləri gördükcə əməli həyatında dünya xoşbəxtliyini, ümidlərində də axirət səadətini hiss edir. Halbuki, əgər siz bu zinətləri əbədiləşdirməsəniz, xoşbəxt ola bilməzsiniz, olsanız da narahat yaşayarsınız… Bəli, övladınıza, nəvənizə, dünya həyatınıza, mal-mülkünüzə görə narahat ola bilərsiniz. Əksinə, bu fani şeyləri baqiləşdirsəniz, onlara Yaradanın rizası üçün baxsanız, Onun yolunda və Onun dilədiyi kimi istifadə etsəniz, hər son nöqtənin bir başlanğıc olduğunu görəcəksiniz. Dünya həyatının başa çatması ilə ömrünü başa vuran fani zinət, dəbdəbə, ehtişam o biri aləmdə ən mükəmməl şəklə bürünərək davam edəcəkdir.

[1] Bax: “Kəhf” surəsi, 18/46.
[2] Zadu-zahirə – axirət azuqəsi. Burada övladı düzgün tərbiyə etməyin axi­rətdə əbədi səadətlə nəticələnəcəyi nəzərdə tutulur.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message