Əsrimizdə insan dühası daha çox texnika və texnologiyanın inkişafı yönündə səfərbər olduğu üçün, istər-istəməz toplumlar mistik bir hava içində bu istiqamətə yönəlməyə başladı. Bəşəriyyət bir tərəfdən bu sürətli və iradəsiz gedişdə gələcəyin rəngarəng xəyalları ilə məst olub özünü itirərkən, digər tərəfdən də keçmişindən və özündən uzaqlaşdıqca uzaqlaşdı.

Üstəlik, bəşəriyyət əldə etdiyi müəyyən uğurların üzərinə gələcəkdəki planları da əlavə edincə, texnikanın onun yeni “tabu”suna çevrilməsi və gələcəyinin mehrabı olması şübhəsiz idi. Bəli, bu gün, fəza bir yumaq kimi onun önündə açıldıqca açılır, şaquli kəşflərlə məkanın dərinliklərində yeni dünyalar, yeni mədəniyyətlər axtarılır. İnkişaf etmiş “sivilizasiya”larla təmas hazırlıqları görülməyə başlandı ki, əgər bütün bunlar reallaşsa, bəşər övladı bu ölümlü dünyadan xilas olacaq və xəyalını qurduğu Cənnətə qovuşacaq(!)

Kim bilir, bəlkə də, indidən ulduzlararası səyahət agentlikləri qurulmağa başlanmışdır…

Renessansla xəyallara qapılan və o gündən bu günədək heç cür bu röyalardan qurtula bilməyən bəşər, yeni-yeni özünə gəlməyə çalışarkən, bu dəfə də bir taxta parçası ilə ətrafında dövrə vurduğu girdabı bir fəza fəvvarəsi sanaraq ona nəğmələr söyləməyə başladı:

İşıq sürətinə çatmalar; zamanın tərsinə işləməsi və “kosmos”un dərinliklərində bizə səadət və ölümsüzlük vəd edən rəngli dünyalar…

Əslində gələcəkdə olması gözlənilən, hətta olması şübhəsiz də olsa, bunlara görə bu qədər nikbinliyə nə ehtiyac, nə də gərək var. Çünki yer kürəsini ilk dəfə kəşfə başladığımız günlərdə də ətrafı belə gül-çiçək görür, qızıl yumurtlayan quşlar, yağış kimi yağan qüdrət halvasını, püryan olmuş bildirçinləri hekayə və romanlarımızın mövzusuna çevirirdik. Lakin bu şirin yuxular qısa müddət sonra əsəfli bir xəyal olub yerini kabuslara verdiyi.

Fəzanın vəd etdiyi səadətin bundan daha uzunömürlü və daha davamlı olacağına dair heç bir təminatımız yoxdur. Bəlkə də, müvəqqəti olaraq bir daha insanlığın coşmasına və yeni bir nikbin ab-havanın yaranmasına səbəb olacaq. Lakin qətiyyən bu mütəmadi davam etməyəcək. O da əvvəlki yalançı işıqlar kimi tədricən sönəcək və izi belə qalmayacaq.

Dünən əllərinin Yaradana açılmasını dünya nemətlərindən istifadəyə əndəl biləklərinə vurulmuş zəncir sayan Qərbli; qəlbi ilə münasibətini kəsdikdən sonra, əvvəlki xəyali zəncirin əvəzinə min halqalı, alovlu bir boyunduruğun ağırlığını bütün vicdanında hiss etməyə başladı.. başladı, amma inancını tamamilə itirib təşvişə düşdükdən sonra…

Dövrümüzdəki həyəcan və təlaşlar da eyni şirin xəyallar arxasında və təbii olaraq, eyni ümidlərin puç olması və eyni böhranların eşiyində cərəyan edir.

Əgər bu, bütün insanlığın taleyi ilə əlaqədar olmasa idi, sırf maraq hissini tətmin və ya müvəqqəti duyğuları dindirən bir təskinlik deyib bu son “tabu”ya da heç müdaxilə etməyəcəkdik. Lakin insanımızın yenə də bir təcrübəyə, yeni bir aldanışa taqəti qalmayıb.

Okeanlara açılma, qitələr kəşf etmə ona səadət gətirmədi, əksinə onu səfalətə saldı. Bu yolla, onun gələcəyin rəngarəng dünyalarından da əldə edəcəyi arrtıq bir şey olmayacağı qənaətindəyik. Kaş ki, ona vəd edəcəyimiz yeni dünyalar əvəzinə, ruhunu məhbəsdən qurtarıb ona vicdani yönünü göstərə bilsək; əşya ilə arasındakı yad münasibəti aradan qaldıraraq, kainatla bütünləşməsini təmin edə bilsə idik. Əfsuslar olsun, biz bunu etmədik! O isə daim dəyişən ətraf mühit qarşısında film seyr edən tamaşaçının səhnədə gedən hadisələrə olan yadlığı kimi, əşya və hadisələrə qarşı daim yad qaldı. Ondan mayasındakı ləduni gücü istifadə edib arı kimi min bir çiçəyə qonma və möcüzəvi məharəti ilə ürfan pətəkləri qurma umulduğu halda o, özünü aciz, rəhbərsiz, ətrafını da, qatı, soyuq və istifadəyə əlverişsiz vəsait yığını olaraq gördü və heç bir şey edə bilmədi.

Bəli, o, varlığının mayası, özü olan ruhunu, tarix deyib üzərinə türbə tikdiyi mədəniyyətini və bütün duyğu dünyasını naxış-naxış hörən dəyərlərini görə bilmədi, bilə bilmədi və tanıya bilmədi. İntibah şərabını içərkən də, fəza fəvvarəsinə qapılıb səmalarda dövr edərkən də…

Hal-hazırda insanımıza yeni bir baxış qazandırmaq və öz-özünü yeniləməsinə yol göstərmək kimi, əzəmətli bir məsələ ilə qarşı-qarşıyayıq.

Ona həqiqəti necə izah edəcəyik? Daxili aləmi ilə, xarici dünyası arasındakı qopuqluğu necə aradan qaldıracağıq? Keçmişi indiki zamanla, indiki zamanı gələcəklə uzlaşdırıb umduğumuz tərkibi əldə edə biləcəyikmi…?

Bütün bunlar mütləq görülməlidir. Çünki bunlarda insanımızın özünə qayıtması və gələcəyin ümidi, inamı var. Və bu uzlaşma nəticəsində əldə etdiyimiz tərkiblə, afaq (xarici aləm) ənfusun (daxili aləmin) əmrinə girəcək, kainat ruhun kitabına dönəcək, keçmiş gələcəyin bağ-baxçası olacaq; insan könlü bu müsbət və mənfi qanadlarla yüksəklərə ucalacaq və orada həqiqi səadət və ümidin saraylarını quracaq.

Gələcəyə qarşı gözübağlı qalmaq bir korluqsa, keçmişə qarşı laqeydlik də bir talesizlikdir. Bəli, yalnız keçmişin nəğmələri ilə ovunanlar gözü bağlı nəsibsizlər, keçmişin mirasını tamamilə rədd edənlər də bir qisim köksüzlərdir.

Hər iki anlayış da mənasız olmaqla yanaşı, kökünü inkar edən müstəğriblərin (qərbə pərəstiş edənlərin) vəziyyəti də tamamilə zərərlidir. Çünki əvvəlkiləri gündə iki dəfə doğru vaxtı göstərən dayanmış bir saata bənzətsək; sonrakılar, qətiyyən doğrunu bilməyən nizamsız bir saatı xatırladır. Və cəmiyyət üçün bunlar daha zərərli və daha aldadıcıdır.

Biz, millət olaraq, yaşadığımız əsrə iki qanadı da qırıq girdik. Cəmiyyətin bünövrəsini sarsan ogünki böhranlar bu əskikliyimizin bağrında boy atıb inkişaf etdi.

Daha sonra isə ictimai bünyənin çox hissəsi yalanlarla doldu…

Hal-hazırda, onu özünəxas cizgidə yenidən dirçəlişə hazırlaya bilmək bir insanlıq borcu və bir vəzifədir. Biz də bunu edəcəyik. Amma bu ölü bədəni necə qanadlandırıb uçuracağıq? Məsələnin ən ağır tərəfi də elə burasıdır… Bir-iki əsrlik müayinə və müalicələrimizdə daim yadların rəhbərliyinə tabe olduq. Yenə də eyni şeyi düşünürüksə, indiyə qədər Qərb qarşısında əlli dəfə məğlub edilən dünyamız, artıq Qərblinin uzanan əlində gül dəstəsi olmayacağına, məlhəm təqdim etməyəcəyinə tamamilə inanmış olmalıdır.

Bəli, əsrlərdən bəri göstərdiyi hər canlılıq əlamətinə qarşı Qərbin onun başına endirdiyi zərbələrlə, yerindən tərpənə bilməyəcək səviyyəyə gələn bu dünya, xəyanətinə inandığı bu həkimə bir daha müraciət etməməlidir..!

Qaldı ki, bu gün Qərb özü də, üst-üstə gələn böhranlardan qəddi bükük və əldən düşmüş haldadır. Xarici görünüşü nə qədər gözoxşayan və zinətli olur-olsun; qocalmış bir çinar kimi, çoxdan için-için çürüməyə başlamışdır. Onu hələ də möhtəşəm və dəbdəbəli görənlər və qüvvəti təmsil etdiyinə inananlar, bu gərilmiş və dəlik-deşik olmuş əsrlik ağacın içindən bixəbər tüfeylilərdir.

Buna görə də, təfəkkürdə müflis, ruhda zəlil və səfil Qərb, nə dərdimizi müəyyən edəcək, nə də edəcəyi müalicə ilə bizi ölüm döşəyindən qaldıra biləcək. Qaldı ki o, daim köhnə vərdişləri ilə ictimai məsələləri, iqtisadi və siyasi zəmində nəzərdən keçirmiş və heç cür bunun xaricinə çıxa bilməmişdir.

Elə isə, dərdlərimizi müayinə etmək üçün öz keçmişimiz, öz maarifimiz və öz dəyərlərimizin meydana gətirəcəyi öz “göy qübbəmiz”ə sığınmalıyıq. Dünyanın hər tərəfində fəvvarələr kimi fışqıran elm və mədəniyyətə aid gözəllikləri götürüb bağrımızda əritməli, həzm etməli sonra da insanımıza təqdim etməliyik.

Əksinə, həzm edilmədən və milliləşdirilmədən millətə verilənlər quşun balalarına yedirdiyi qusuntu kimi olacaq ki, bu da özümüzəxas səciyyə və təbiətin ifsad edilməsi deməkdir.

Mədəniyyət nə qədər cahanşümul mahiyyət qazansa da, qoynunda bəslədiyi millətin ruhunu təmsil etməlidir. Beləliklə də, onu hazır bir libas kimi görməkdən daha çox, tikilməmiş bir qumaş olaraq qəbul etməliyik. Hər millətin öz qamətinə görə kəsib biçəcəyi, lakin mütləq öz bünyəsinə uyğunlaşdıracağı bir qumaş…

Gələcəyin memarlarının bu xüsusu nəzərə alacağına ümid edirik.

Sızıntı, Yanvar 1981

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message