Tövbə insanın özünü yeniləməsi və daxili aləminin təmiratıdır. Yəni sapqın fikir və əməllərlə pozulan qəlb müvazinətini, yenidən nizama qoyma uğrunda insanın, Haqqdan Haqqa yönəlməsi, daha doğrusu, Onun qəzəbindən lütfünə, hesabından rəhmət və inayətinə sığınmasıdır tövbə!

Tövbəni, mənliyin günah duyğusu ilə hesablaşması, ondan qisas alması kimi də tərif etmək mümkündür. Yəni nəfsin həyatı laqeydliklə sövq və idarə etməsinə qarşı, mənlik və iradənin uca dağlar kimi günah qarşısına sədd çəkib ona yol verməməsidir tövbə.

Günah müvazinətsiz bir girdaba yuvarlanıb getmək isə; tövbə üsuluna görə bir həmlədə sıçrayıb oradan kənara çıxmaqdır. Digər bir ifadə ilə günah, vicdanın müvəqqəti diqqətsizliyindən ruhun aldığı yara isə; tövbə qəlbin daimi bir iztiraba düşməsi və çox ciddi şəkildə öz-özünü gözdən keçirməsi, beləcə, insani duyğuların yenidən canlılıq və güc qazanmasıdır.

Günah, insanda şeytanın hakimiyyəti və nəfsin təsiri ilə olduğuna görə, tövbə, şeytana qarşı duyğuların müdafiəsi və ruhdakı ahəngsizliyi, uyğunsuzluğu tənzimləmə səyi deməkdir.

Günah eroziyalarının ruhu aşındırmasına qarşılıq tövbə, könül zəminini, düşüncə və sözlərin ən gözəli “kəlmeyi-tayyibə” (pak, təmiz, gözəl sözlər) ilə yaşıllaşdırmaq və eroziyaların meydana gətirdiyi təxribatı önləməkdir. Gözlərin qaraldığı, qəlblərin çırpındığı o gün gəlib çatmadan, qəlbləri cuşa gətirən tövbə səyi necə də mübəccəldir.! Kaş ki tövbəni, hər günahın açdığı çatı qapayacaq səviyyədə ahu-nalələrlə etməyə müvəffəq ola bilsə idik.!

Bəli, tövbə belə bir qəhrəmancasına qayıdışın adıdır. Əksinə isə, hər söz yalan, hər əməl də aldatmacadır. Çünki günahla əldən gedənlər geri qaytarılmadıqdan və zamanın “günah xana”sındakı boşluq doldurulmadıqdan; hisdə ürpərti, ruhda iztirab, gözdə yaş hasil olmadıqdan sonra işlənən günahlara qarşı nədamət iddiasında olmaq əsassız və qəbuldan uzaqdır.

Günahlar növ-növ, tövbələri də başqa-başqadır. Milli vəhdətin zədələnməsi böyük bir günahdır. Buna görə, bu cürmü işləyən həm Haqq qatında, həm də xalq qarşısında ən böyük günahkar sayılır. Belə bir günahın tövbəsi də, ancaq, alt-üst olmuş içtimai heyəti əvvəlki səhhət və birliyinə qovuşdurmaqla mümkün olacaq; yoxsa, ictimai bünyə dəhşətli xəfəqanlar içində ahu-fəğan edərkən, onu bu hala gətirənlərin: “Nədim və peşman oldum,” -demələri sadəcə aldanma və aldatmacadır. Bəli, belə bir günahın tövbəsi, ancaq cəmiyyət içinə saçılmış bölücü, parçalayıcı düşüncələrdən dönüldüyünü millətin hər fərdinə elan etməklə mümkün olduğuna görə, sırf gizli nədamət və peşmançılıqla əfv ediləcəyini ummaq da bir aldanmışlıqdır. Və buna görə də, daxili mübarizələr sürəcək və cəmiyyətdə mövcud olan zəifliklərin, boşluqların, dağıntıların dəvəti ilə hazırladığı zəminə gələn xarici basqın və təzyiqlər də artdıqca artacaq. Çünki bir cəmiyyətin hüzur və nizamı, yəni İlahi inayətin onlarla birlikdə olması, ancaq və ancaq o cəmiyyətin fərd və qruplarının razılığa gəlib uzlaşmalarından, heç olmasa bir-biriləri ilə sülh bağlayıb ixtilafa düşməmələrindən aısılıdır. Əksinə, bir-birinə düşmən olmuş və dolayısilə ictimai üfüqü ixtilaflarla qaralmış bir millətin ümumi tövbə etməsi lazımdır. Belə bir tövbə də sevgidə, müsamihədə, əfvdə “Ruhullah”ın bağışlayıcılığına vəfalı bir həvari olmasına vabəstədir, yəni yolu və istiqaməti haqq olduqdan sonra, hər kəsə və hər düşüncəyə arxa olmaq, hər təşəbbüsü alqışlamaq və hər fədakarlığa baş əyməklə mümkündür. Mənə elə gəlir ki, əsrlərin yaralarını sarmaqda bundan yaxşı təcrübədən keçmiş bir dərman və daha obyektiv bir üsul tapmaq hal-hazırda qeyri-mümkündür.

Əfsuslar olsun ki, bütün bunlara baxmayaraq, bizlər, illərdən bəri çiyinlərimizi çökdürən yığın-yığın günahların altından sıyrılıb çıxmağı bir cüməaxşamı mərasiminə bağlayaraq, tövbə adına zəhmətsiz və ucuz yollar axtarırıq! Halbuki, fərdi günahlar üçün, belə kəsə yolla bir sıçrayış və nədamət kifayət olsa belə, cəmiyyətlə bağlı cürmlərdə daha real, daha köklü irkilməyə, silkələnməyə və özünü yeniləməyə ehtiyac vardır.

Ah bu zəhmətdən qaçışlar və hazıra nazırlar..!

Cəmiyyəti meydana gətirən hər müəssisə tövbə etməli və tövbəsi də onu məhv edən laqeydlik və xətaları dərk etmə və onları aradan qaldırmaqla olmalıdır.

İdarə heyəti öz cürm və günahlarını sezərək, onlara qarşı tam mövqeyini bildirməklə tövbə etməli, özünü yeniləməli və dirilməlidir. Yoxsa, əlli min dəfə nədamət mərasimləri ilə bir qarış qədər o yol gedə bilməz. Min nifrin belə bir dərdi dərman bilənlərə! Və min nifrin, dəfələrlə eyni şeylərlə aldananlara…!

Ədliyyə müəssisəsi, doğruluğu və düzgün qərarları ilə pərvazlanar və göylər səltənətinə namizəd olar. O, ədalətlə yaşayıb, onunla nəfəs aldığı müddətdə, hər saatı ilə dönər Haqqın qatında. Yanlış qərarlar qarşısında iztirab duyub boyun bükəndə də, bundan geri qalmaz. Ancaq, onun Haqqın üstünlüyünü heçə sayıb gücü hakim bildiyi, haqqı güclə boğdurduğu anları var ki, o, bu halı ilə bağışlanmaz və tövbəsizdir…

Maarif də belədir. Maarif, milli duyğu və düşüncənin həvarisi və qoruyucusu olduğu müddətcə, təqdirə layiq ən mübəccəl bir müəssisədir. Pozulmuş və zərərli ideologiyalara üz verdiyi müddətcə də, həramilərdən daha böyük hərami və günahkarlardan daha büyük günahkardır. Yad və təxribatçı düşüncələrə qarşı tam və ciddi mövqeyini bildirəcəyi ana qədər də bağışlana bilməz və tövbəsizdir…

Bütün siyasi qurumlar, qeyri-siyasi fərdlər və camaatlar; hətta mütəfəkkirlər, yazıçılar və mürşidlər nəfslərinə və toplumuna duyduğu sevgidən inhisara saplanmış və dolayısilə də özlərindən xaric haqq əhlinə düşmənçilik bəsləmişlərsə, böyük günah içindədirlər və bir-bir tövbə etmələri fərzlərdən böyük fərzdir.

Bəli, bütün fərd və müəssisələrin özlərini bir daha yoxlamaları və yaralanan millət gəmisində öz payına düşən xəta, günah və laqeydliyi görmələri, sonra da bunu düzəltmələri vacibdır. Yoxsa, bu günə qədər olduğu kimi, günahlara başqa yerdə namizəd axtarmağa və qarşı tərəfi qaralamağa davam etsələr –maazallah (Allah qorusun)- altından çıxa bilməyəcəyimiz badirələrin içinə girməyimiz və yer üzündən silinib getməyimiz qaçılmaz olar.

Bəli, bizlər ən böyük günahı hər kəsi günahkar və özümüzü günahsız görməklə işlədik. Bu anlayışdan xilas ola bilmədiyimiz müddətdə də, ictimai ab-hava gərginləşdikcə gərginləşdi və dalbadal gələn parçalanmalar çoxaldı. Buna görə də, bu millətin taleyi ilə maddi və mənəvi bağlı görünən hər ruh və özünü bu millətə həsr etmiş bütün fədakar könüllülər bir daha boynunu bükərək tövbə etməlidirlər.

Şan-şöhrət, rütbə, vəzifə sevdasına qapılmalarına; öz birlik və qruplarına olan sevgi ilə kor, kar olub inhisara batmalarına; min bir paradoksla nəsilləri qəlbsiz və ruhsuz qoymalarına; zorakılıq və hökm etməklə haqqı qüvvətdə görmələrinə; fikirlərinə zidd gələn düşüncələr ilahi ruhla bəslənmiş də olsa, ona qarşı müharibə elan etmələrinə; şəxsi mənfəətlərə ehtirasla bağlanmalarına; yalan, böhtan atmalarına; hədəfinə vara bilmək üçün hər fürsəti qanuni saymalarına və hər dövrə uyma meylində olmalarına.. bəli, bütün bunlara tövbə edib insanlıq adına son dəfə əhd və peymanlarını yeniləmə məcburiyyətindədirlər.

Necə də xoşbəxtdir, günahlarını dərk edib tövbəyə tələsənlər! Necə də xoşbəxtdir, nəfsinə qarşı sərt və mərhəmətsiz, başqalarına haqq əhli olan başqalarına qarşı müsamihəli və bağışlayıcı olanlar..!

Sızıntı, Oktyabr 1981

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message