Haqq rəhmətinin insan gözündə damlalara dönməsidir göz yaşları.

Dilin, duyğunun və könlün əl-ələ, üz-üzə birləşdiyi, iç-içə girdiyi anın çiçəklənməsi
üzərində jalədir göz yaşları…

Cənnət hurilərinin qulaqlarındakı sırğalar, göz damlalarının yanında torpaq qədər
dəyərsiz qalır..!

Heybət, qorxu, hörmət və sevgi kimi insanı təsirləndirən, könlünü alovlandıran
və ürəkdən səfil arzuları sıyırıb atan, ülvi hisslərin ruhu tamamilə sardığı anın
bəyanıdır göz yaşları..

Bulud-bulud yüksəlib, Haqq rəhmətinin ətəklərində dodaq gəzdirən, bu fani aləmin
əbədiyyətə məzhər firuzələridir göz yaşları…

Bu yalan ölkəsində, belə pərvazlanmalarla ərşə yüksəlib, nazlı- nazlı lahut aləminin
qapısını döymək başqa axı hansı faniyə müyəssər olmuşdur..?

Əsərində sirlərini izləmək, tapdıqca axtarışa həvəslənmək və Yunusun dili ilə:
"Dəryada mahi (balıq) ilə səhrada ahu ilə (ceyranla)" Onu "anmaq",
inləmək… Hər yerdə Onu sormaq və sonra çözülən hər düyün qarşısında buz kimi ərimək…
Sel olub çağlamaq, başını daşdan-daşa vurub ağlamaq… Eynilə Yunus kimi, Cəlaləddin
Rumi kimi, dövrün "Böyük Dərdli"si kimi yanmaq, qovrulmaq… Hansı səadət bundan
daha şirin, hansı həzz bundan daha səmimi ola bilər?

Ananın ağlaması səmimidir; riyasız, saf və durudur. Onun hər iniltisində minlərlə
neyin fəryadı gizlidir. Bala da ağlar. Həm də dünyaya gələr-gəlməz Ağ günə çıxacağına,
səadətə qovuşacağına, yaxud başına gələcəklərə, unudulacağına, bəlkə də, atalarının
günahına və cəmiyyətin korluğuna…

Ağ alınlı, ağ duvaqlı gəlinə ananın ən qiymətli hədiyyəsi ayrılıq göz yaşlarıdır.
Gəlin qız həyatının sonuna qədər o çox saf, inci kimi göz yaşlarını unuda bilməz.
Onları unutduğu gün ananı da unudar, atanı da…

Bir düşünün, gözü dolu bulud ana üzərimizə ağlamasa, necə olar halımız? Və ya
o da dənizlər kimi xəsis olsa idi; günəş vurmadan incəlməsə, buxarlanmasa və göylərə
uçmasa idi! Amma o elə deyil? Yaz deməz, qış deməz, bahar deməz, payız deməz daim
ağlar…

Nəbinin dili ilə Haqq-Təala, millət şərəfini, vətən namusunu qoruyan gözə bərabər
tutar ağlayan gözü. "Ağlamayan gözdən Sənə sığınıram", -deməmişdimi..? Eynilə şeytanın
hiylələrindən, xəsis duyğulardan Allaha sığındığı kimi…

Vəlilərin,övliyaların nəzərində göz yaşları Cənnət bulaqlarından daha qiymətlidir.
Çünki o damlalar "tamu"nu (cəhənnəmi, onun atəşini) söndürəcək bir iksir
sayılır Rəhməti Sonsuzun qatında…

Haqqın o saf nəbisi Adəm (ə.s.) səadət badəsini göz yaşları ilə doldurub içmədimi?..

Dərdli Nəbi, Tufan Peyğəmbəri (ə.s.) o qətrələrlə aləmi selə vermədimi? Yaradılış
sirlərinə ilk toxunan Allahın Xəlili (Hz. İbrahim) (ə.s.): "Hasbi, Hasbi"
deyərək göz yaşları ilə atəşi "bərdu-salam"a (sərin və təhlükəsiz)çevirmədimi?

O çox incələrdən incə, Haqq əsrarının (sirlər) mərkəzləşdiyi, Faraklit
(Əfəndimizin təhrif olunmamış İncildəki ismi, mənası “haqqı batildən ayıran)
müjdəçisi Ruhullahın (Hz. İsa (ə.s.)) işi həmişə ağlamaq deyildimi?

Həzrəti Davudun (ə.s.) göz yaşı ilə dolu fəryadı idi ki, insanın daxili aləminin
ən dərin bucağında lahuti ahəng və sızıltının adı olan Zəburu tilavət edərkən
(oxuyarkən)
, ən incə könül telləri üzərində yüzlərlə mizrabın ahı eşidilirdi…

Və son dayanacaqda, ən doğru yolun başında, böyük müəmmanın Kəşşafı, yaradılışın
özü əziz Ruh, kor düyün kimi bu sirri göz yaşları ilə açmadımı? Ta ana qucağında
min bir niyaz ilə: "Ümmətim, Ümmətim…" dediyi andan, basu-badəl mövtə (öldükdən
sonra dirilmə
) və onun fövqünə qədər həmişə eyni şey üçün inləmədimi?

Şair İqbal, bir ali məclisdə, ruhların hüzurunda Nəbilər Sultanına: "Ən mötəbər
hədiyyə" deyə bir bardaq şəhid qanı təqdim etmişdi. Mən o səmavi ali məclisə çağrılsa
idim, günahına ağlayanların göz yaşlarını aparardım.

"Ağla ey gözlərim, gülməzəm ayrı,
Dost elinə varub, gəlməzəm ayrı."

Qovuşmaq üçün ağlamaq və qovuşmuş olmaq üçün ağlamaq…

Bu, bir yetimin, bir ümidsizin ağlaması deyil… Bu ağlama,bu inilti bütün-bütün
bilməməkdən, özə, əslə, əsasa vara bilməməkdən və ya vüsalın sevincindən, hüzurun
heybətindən doğulan bir yanğıdır. Nəticədə rəhmətin təbəssümü olduğu üçün də şirindir.
Və yenə də bu ağlama-sızlama, tapıb bildiyini tapdırma və bildirmə yolunda olduğu
üçün də hüsransızdır (zərərsizdir).

"Sular kimi çağlasan, Eyyub kimi ağlasan,
Ciyərgahı dağlasan, əhvalını sormazmı?" (Anonim)

Anadolu insanı bu mənada ağladı. Qurduğu mədəniyyətin palçığını bu göz yaşları
ilə yoğurdu.

Göz yaşları ruh incəliyinin şahidləridir. İncə insan, üzünü göz yaşları ilə yuyan
insandır. İçi sızlamayanlar, kirpiyi islanmayanlar kəm taleli qafillərdir.
Bu incəlik bir həvari incəliyi də deyil. Şücaət və cəsarət göstəriləcəyi yerdə,
o birdən-birə tunclaşar, poladlaşar; aşılmaz və bükülməz hala gələr. Budur, ən böyük
dövlət xadimi Ömər, Peyğəmbər halqasında ən böyük dövlət xadimi.. şiddəti, qəzəbi
və nifrəti ilə birlikdə, bir qəlbisınığın yanında, bir "üzü yerdə olanın" qarşısında
uşaq kimi hıçqıra-hıçqıra ağlayır və ətrafını da ağladırdı.

O mənzumədə hələ nə qədər insan var ki, hayqırtısı aslanın canına vəlvələ salmış,
meşəni titrətmiş, döyüş meydanlarında bir nərə ilə min xaniman yerlə-yeksan
etmişdir. Lakin Haqqın hüzurunda, özünü hesaba çəkərkən o qədər incə bir hala bürünmüşdür
ki, ancaq Cənnət huriləri bu incəlikdən xəbərdar ola bilirdi.

Uzun illərdən bəri nə qədər həsrət qaldıq göz yaşlarına..! Onu, bu vətənin daşından,
torpağından, evindən, məbədindən soruşmaq lazımdır. Soruşmaq lazımdır bu dağlardan,
daşlardan və üzərində uçan quşlardan… Və bütün tarixdən soruşmaq lazımdır, bağrına
neçə damla göz yaşı düşdüyünü… Sonra məbədlərdəki sütunlara, geniş qübbələrə və
ətrafdakı divarlara da nə zamandan bəri hıçqırığa həsrət olduqlarını sual etməli…
Səccadələrdən də soruşmaq lazımdır neçə dəfə göz yaşları ilə islandıqlarını. Bu
qədər daxili aləminə biganə, bu qədər könülə,qəlbə yad,laqeyd ikinci bir dövr göstərilə
bilərmi…?

İndi sizlər,ey tarix boyunca ağlamağı unudanlar! Qəmsizlər, dərdsizlər və öz
ağlamalı hallarına gülənlər! Gəlin, bu çıxılmaz yolun başında dayanıb əsrlik qəmsizliyimizə,
dərdsizliyimizə son qoyub birlikdə ağlayaq! Cəhalətimizə ağlayaq! İtirdiklərimizdən
bixəbər olduğumuza ağlayaq! Qüsurdan heykəl olmuş mahiyyətimizə, duyğularımızın
ölməsinə və qafilləşən könlümüzə ağlayaq! Bu vəziyyətdə öləcəyimizə, öldüyümüz kimi
diriləcəyimizə, boyunduruqlu və əli-qolu bağlı halda böyük imtahanda, ən böyük mərasimdə
qrup-qrup keçəcək tarixin şanlı insanları arasında yer tapa bilməyəcəyimizə ağlayaq!
Budaqdan qopan bir yarpaq kimi,yalqız enişimizə, ayaqlar altında əzilməyimizə, rəhmətdən
məhrum qalmağımıza ağlayaq..!

Göylərə doğru göyərçinlər kimi qanad çırpaq və çox yüksəklərdə elə bir "ah" çəkək
ki, səsimiz göz yaşlarından meydana gələn buludları hərəkətə gətirsin. Sonra od-alovumuzu
söndürəcək o damlalar yağışlar kimi başımızdan aşağıya ensin və ərşə dirənən alovumuzu
söndürsün! Kin və nifrət alovunu.. bütün dünya və axirət odunu…

Allahım! Səndən diləyir və istəyirik: Gözlərimizə yaş ver və bizi ağlat! Mərhəmətin
üçün, Səndən uzaq olma həsrətini duya bilməməyimizə görə ağlat! Könlün çat-çat olmasına,
əğyar atəşinə yanmasına elə ağlat ki, sinələr kabab olsun; ondan bir-bir fəryad
çıxsın, mələyi və fələyi vəlvələyə salsın!!!

Məni də ağlat; gecə kimi qaranlıq ruhuma şəfqət et və ağlat! Ağlamalarıma belə
ağlamağım lazım olduğu üçün ağlat! Bükülmüş bu qəddimə, solğun rəngimə, burulmuş
boynuma və sınıq qəlbimə mərhəmət et və ağlat! Bu ən sakit anda, sızıltılara cavab
verdiyin dəqiqələrdə qapqara könülümlə deyil, Səndən başqasına səcdə etməyən başımla
Sənə dönür, titrəyən dodaqlarımla ağlatmağını diləyirəm.

Əfsuslar olsun ki: "Mərhəmət, mərhəmət",- deyəcəyim an bir pərdə kimi günahlarım
qarşıma çıxır və içimdə qalaq-qalaq ümüdsüzlük meydana gətirir. Allahım! Mənim uzaqlığıma
görə deyil, Sənin yaxınlığın hörmətinə ürəyimə riqqət ver və elə ağlat ki, özümü
itirim, yolunda ar və şərəfdən keçim, ta ki: "Bu dəlidir",- desinlər…

"Gedib boynumda zəncir ilə o Rövzəyi-Paka o qədər ağlayım ki, görənlər məni divanə
sansın." Bəlkə, düşən damlalardan biri eşqinə düşmüş olar; o damla mənim üçün ümmanlara
bərabərdir. Şəhid qanı qədər əziz göz yaşları içində nəfəsim kəsilərkən varlıq sirrini
mənə hiss etdir! Bu qərarsız könlümü doyur! Utancımdan üzümü gizlətməyə çalışım.
Həbibinə görünmək istəməyim. Uca Rəhbərimdən qaçım. Sonra bir ali divan qurulsun.
Mən zülfləri dağınıq, hıçqırıqları boğazında düyünlənmiş, üzüqara insanların getmədiyi
o divana çağrılım, "Lə tüəxiznə" qalxanı ilə hüzura qovuşum. Kirlərimə göz yumub:
"Bu da bizdəndir", – desinlər; dilənçiyə bir mülk bağışlasınlar! Çöl yolçusunu sevindirib
bir bulud və bir mehlə imdadıma yetişsinlər! Sevincimdən orada bükülüb qalım! Göz
yaşlarım içində boğulum…!

Sızıntı, Sentyabr 1979

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message