Fəthullah Güləndə aksiyon düşüncəsi

Fəthullah Gülən aksiyon ilə düşüncəni birlikdə dəyərləndirir, lakin çoxlarından fərqli olaraq aksiyona daha çox əhəmiyyət verir. Ona görə, “həqiqi var olmağın yolu aksiyondan və düşüncədən keçir, özünü və başqalarını dəyişdirə biləcək bir aksiyon və düşüncədən!”.

Gülən: “Həyatımızın ən vacib, ən zəruri hadisəsi aksiyondur. Davamlı aksiyon, davamlı düşüncə ilə bir qisim məsuliyyətləri çiynimizə alıb daim hərəkət etmək məcburiyyətindəyik. Əgər özümüz kimi hərəkət etməsək, başqalarının həmlə və aksiyon dalğalarının, düşüncə və plan girdablarının təsirinə düşər və onların hərəkət fəsillərini təmsil etmək məcburiyyətində qalarıq,” – deyir.

Onun bu düşüncəsi olduqca əhəmiyyətlidir, çünki bu gün İslama siyasət və ideologiya pəncərəsindən yanaşaraq fəaliyyətlərini bu təməl üzərində quranlar adətən reaksioner olmaqdan qurtula bilməmişlər. Mövcud gündəmi əsas qəbul edərək ona görə davranış müəyyən etmək məcburiyyətində qalmış, bununla da İslamı daim bu gündəmin arxasınca aparmışlar. Bu reaksionerliyin gətirdiyi məğlubiyyət və uğursuzluq hər dəfə fikirlərində dəyişiklik etməyə səbəb olduğu kimi, İslamın da yanlış anlaşılıb yanlış tanınmasına gətirib çıxarmışdır. Halbuki, Gülənin düşüncəsində aksiyon əsas olub, bu da “özümüz olaraq”, yəni yolunu təyin etmiş, düşüncəsini sağlam fikirlər, ideyalar üzərinə inşa etmiş, mövcud siyasətdən kənar, dini ideologiya səviyyəsinə salmadan hərəkət etmək deməkdir.

Gülən bir az da irəli gedir və aksiyonu yaradılışın məqsədini yerinə yetirmə hərəkatı olaraq görür. Bu mənada aksiyon ona görə, insanın həyatının bütünü kimidir, düşüncə də bir daxili aksiyon kimi bu həyatın başqa bir səviyyəsidir:

“Daha ideal bir yanaşma ilə aksiyon insanın ən səmimi və daxildən gələn qərarlarla bütün varlığı qucaqlaması, onu təhlil etməsi və onun içindəki koridorlardan sonsuza yönəlməsi, sonra da Sonsuzdan aldığı bir sirr və qüvvə ilə zəka və iradəsinin bütün gücünü səfərbər edib öz aləmini yaradılışla hədəflənən həqiqət məhvərinə yerləşdirməsidir. Düşüncəyə gəlincə, o da bir daxili aksiyondur. Sistemli və hədəfli düşüncə var olduğumuz müddətcə qarşımıza çıxan bütün müəmmaları yenə kainatdan soruşub hər şeyin cavabını ondan almaqdır… Düşüncə sayəsində insan ruhu aləmlə bütünləşir ki, bununla da davamlı olaraq daxilən dərinləşir… Düşüncə, insanın öz, daxili dərinliklərində metafizik təcrübələrə yer hazırlamaq üçün yenə öz içində boşalmasıdır. Bu, düşüncənin ilk pilləsidirsə, o nərdivanın son pilləsi də hərəkətli düşünməkdir”.

Gülən, insanın özünü tanıyıb kamilləşməsi və başqalarının da kamilləşməsi üçün bir fəaliyyət olaraq gördüyü aksiyonun bu funksiyanı yerinə yetirə bilməsi üçün onun İslam təməlli olmasının vacibliyini vurğulayır. Çünki İslam insanı maddənin və bədənin həyat səviyyəsindən qəlb və ruhun həyat səviyyəsinə yüksəldən yol olması etibarilə aksiyonu əsl məhvərinə oturdur. Demək olar ki, aksiyon bu mənada İslamı yaşamanın adıdır. Belə bir yönəlmə və daxildə özünü kamilləşdirmə insanın mahiyyətindəki istedadları inkişaf etdirdiyi kimi, varlıq və davamının da təminatı olmuşdur.

Gülən bütöv bir toplum planında din, elm, fəlsəfə, sənət qolları ilə hərəkət etməsi vacib olan aksiyonun nəsilləri hədəfsizlikdən qurtarıb sabahın fikir, hünər, mərifət və sənət sahibləri edəcəyinə inanır. Ona görə: “Bunun sayəsində bütün küçələr məktəb dəhlizləri kimi ürfan havası ilə dolacaq… həbsxanalar bir elm yuvası halına gələcək… yuvalar da bir cənnət guşəsi kimi nurlanacaq. Hər yerdə dinlə elm yan-yana, çiyin-çiyinə gəzəcək.. imanla ağıl əl-ələ verib hər yerə meyvələrini saçacaq… gələcək ümid, əməl və əzmin qoynunda, utopiyalardakından daha rəngli və daha zəngin olacaq… televiziyalar, radiolar, qəzetlər, jurnallar ətrafa feyz, bərəkət və işıq yayacaq… və bəzi tarixin kənarında qalanlardan başqa, hamı, hər könül sahibi Cənnətə bənzəyən bu baharda kövsər suyundan içib gəzintiyə çıxacaqdır… (Ruhumuzun Heykelini Dikerken, 52-59)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message