Böyük millət sevgisi…

Böyük millət sevgisi…

Türkiyədə olduğu kimi, Azərbaycanda da Fəthullah Gülənin adı çəkiləndə çox müxtəlif yanaşmalar, fərqli münasibətlər özünü göstərir. Onu dəyərli din xadimi, Türkiyəni candan sevən, bütün dünyada türk dilində məktəblərin yaradıcısı, işıqlı insan, xarizmatik şəxsiyyət kimi təqdir edənlər də olur, birmənalı qarşılamayanlar da, görməzə-bilməzə, tənqidi yanaşanlar da. Mənə elə gəlir ki, ikinci mövqedə dayananların münasibəti ilk növbədə məlumatsızlıqdan, tanımamaqdan doğur, ya da birtərəfli fikir yü­rütməkdən qaynaqlanır.

Neçə illərdi, Fəthullah Gülənin adıyla bağlı olan müxtəlif qurumların keçirdiyi tədbirlərdə iştirak edirəm. Gülən hərəkatına, camaatına aid edilən insanları izləyirəm. Heç vaxt bu insanlarda, münasibətlərində, davranışlarında kimisə incidəcək xətaya yol verdiklərinin şahidi olmamışam. Dünyanın 40 ölkəsindən gələn ziyalıların toplantılarında xoşgörü, dialoq, ailə, təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində keçirilən ən müxtəlif konfranslarda insanları birləşdirən, doğmalaşdıran körpülər atıldığına əminliyim yaranıb. Ankarada bir neçə dəfə türk dili olimpiadalarının final tədbirlərinə qatılmışam. Dünyanın müxtəlif ölkələrindəki türk məktəblərində təhsil alan əcnəbi uşaqların türkcə necə səlis danış­ma­sından, şeir yazıb mahnı oxumasından həyəcanlanmışam, gözlərim dolub, kövrəlmişəm…

Bu böyük işləri görmənin, görə bilmənin, bacarmanın arxasında böyük Ruh durduğuna əmin olmuşam. Sonsuz inam, zəhmət, fədakarlıq, millət qarşısında məsuliyyət hissi kimi keyfiyyətlər öz yerində… Amma bu Ruh olmasa, qısa zaman kəsiyində dünyanın onlarla ölkəsində türk dilində məktəblər qurmaq, xaricilərə türk dilini sevdirmək, inam yaratmaq olmazdı.

Bu Ruh, sevgi isə Allahın millətimizə verdiyi ilahi qismətdi. Fəthullah Gülənin böyüklüyü ondadı ki, o, dinimizin bətnində, mayasında olan Ruhu, Sevgini insanlara aşılaya bilib, öz fikirləri, çıxışları ilə insanların içərisində mürgüləyən gözəl keyfiyyətləri oyadıb. Üstəlik, türk millətinin parlaq gələcəyinin məhz mükəmməl, sağlam əsaslı təhsil üzərində qurula biləcəyini aydın dərk edərək, bu yöndə fədakarlıqla fəaliyyətə keçib. Eyni zamanda ona bütün varlığıyla inanan, düşüncəsinə sonsuz ehtiram bəsləyən, görkəmli mütəfəkkirin ardınca əzm və sədaqətlə yürüməyə hazır olan on­min­lərlə könüllüyə doğru yol göstərib.

Gülən haqqında çox kitab yazılıb. Azərbaycanda da dilimizə çevrilib çap olunanları var. “Fəthullah Gülənlə 11 gün” kitabı da bu qəbildən növbəti bir nəşrdi. Kitabın müəllifi Mehmet Gündəm “Milliyət” qəzetində çalışdığı dönəmdə qəzetin baş redaktoruna Fəthullah Gülənlə müsahibə almaq niyyətini bildirir. Qəzetin baş redaktoru Mehmet Y.Yılmaz əsl redaktora xas intuisiya, geniş düşüncə nümayiş etdirir. Cəmiyyətdə Fəthullah Gülənlə bağlı dolaşan bütün sualların cavablandırılmasını arzulayır. Mehmet Gündəmin qəzetçiliyə, öz sənətinə, gördüyü işin gərəkliyinə əmin­liyi nəticəsində maraqlı, dinamik, oxunaqlı bir müsahibə ortaya çıxır. M.Gündəm 11 gün Amerikada olur, F.Gülənlə söh­bətlər edir, müşahidələr aparır və nəhayət, müsahibə 22 gün boyunca “Milliyət” qəzetində dərc olunur. Böyük marağa səbəb olur. Bu kitab da həmin müsahibələrin toplusudu. “Milliyət”in oxucuları 22 gün ərzində Fəthullah Gülənin ən müxtəlif məsələlərə münasibəti, ən mürəkkəb suallara cavabları ilə tanış olurlar. Kitabın ərsəyə gəlməsində bu üç insanın zəhməti böyükdü. Mən də bu kitabı oxuduqca ilk növbədə Fəthullah Gülənlə bağlı bir çox mətləblər aydınlaşırdı, eyni zamanda Mehmet Gündəmin bir jurnalist kimi peşəkarlığına, Mehmet Y.Yılmazın redaktor kimi uzaqgörənliyinə ehtiramım yaranırdı. Ən əsas isə xarizmatik bir insanın, böyük işləri reallaşdıra bilmiş bir hərəkat rəhbərinin həyat yolu, düşüncələri fikirlərimi məşğul edirdi.

İlk növbədə Gülənin Türkiyə sevgisi, türk dilinə sevgisi məni heyrətləndirirdi. Bu sevgi isə kitabın hər vərəqində, hər sualın cavabında aydın görünür. Mehmet Gündəmin müşahidələrindən, qənaətlərindən bir məqam isə daha təsirlidir: “Bilirsiniz, Fəthullah Gülənin utopiyası nədi? Gülən Türkiyəni dünyanın bir parçası kimi görmür… Gülən Türkiyəni mərkəzə qoyur. Gülən dünyanı Türkiyənin bir parçası kimi görür”.

M.Gündəmin bu qənaətlərini oxuduqca türk dilində məktəblər ideyasının mahiyyətini, məğzini dərk edirsən. Dünyanın ən müx­təlif ölkələrində türk dilində öyrənən xarici uşaqlar göz önünə gəlir və Türkiyənin mərkəz olacağına inanırsan. Bu isə F.Gülənin öz sözləridi: “Sankt-Peterburqda məzuniyyət mərasimində bir rus şagirdə “Böyüyüb həyatda müəyyən bir mövqe tutanda ilk olaraq nə etmək istərdin?” sualını verdilər. Cavabını eşidəndə tele­vizor qarşısında hıçqıra-hıçqıra ağladım. Uşaq: “Türk millətinə kömək etməyi düşünürəm” – dedi.

Bu hərəkata qara yaxmaq istəyənlər barədə isə Gülən bunları deyir: “Bu hərəkatın dünyanın müxtəlif yerlərində fərqli dü­şüncələrə malik insanlar tərəfindən müsbət qəbul edilməsinə baxmayaraq, Türkiyədə bəzi adamların onun əleyhinə çıxmaqdan, sərt davranmaqdan əl çəkmədiyini görəndə, öz-özümə, bəlkə də, yüz dəfə belə demişəm: “Ya Rəbbi, türk xalqının adını, dilini, mədəniyyətini dünyaya tanıdan bu mühüm hərəkata əgər mənim şəxsimə görə antipatiya bəsləyirlərsə, mənim canımı al, amma bu hərəkata zərər vermə”. Bu sözlərin səmimiliyinə isə inanmamaq mümkün deyil. Bu sözlərin arxasındakı böyük Türkiyə sevgisini görməmək insafsızlıqdı.

Kitabda Gülənin islama baxışları, dini-mənəvi görüşləri, hərəkat üzvləri və siyasətdən uzaq, bütün partiyalardan eyni məsafədə dayanmaq niyyətləri və bunun səbəbləri, İran, Yaxın Şərq, Avropa, Amerika siyasətinə münasibəti əksini tapıb. Bütün bu fərqli mövzularda söhbətləri, sanballı cavabları həm də M.Gündəmin maraqlı müşahidələri müşayiət edir. Kitab çox maraqla oxunur. Düşünürəm ki, kitabı dilimizə çevirib dərc edənlər olduqca düzgün və faydalı bir iş görüblər. Ölkəmizdə də Gülən hərəkatına münasibətdə fərqli mövqedə olan insanlar var. Məncə, bu kitabı oxumaqla bir çox tərəddüdlü insanlar Gülən hərəkatının əsl mahiyyətini özləri üçün aydınlaşdıra bilərlər. Buna görə də kitabı dilimizə çevirməklə və nəşr etməklə xeyirxah bir iş görən bütün dostlarımıza təşəkkürümü bildirirəm.

Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet“in baş redaktoru

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message