04.01.1996 1995-ci ilin nəticələrinə görə Tolerantlıq mükafat
vermə mərasiminə qatıldı

“Qazetəcilər və Yazarlar Vəqfi” tərəfindən
müəyyən edilən 1995-ci ilin Tolerantlıq mükafatları, “Çırağan sarayı”nda
tərtib olunan bir mərasimlə sahiblərinə verildi.

16.01.1996 Sabancı sui-qəsdini və terror hadisələrini qiymətləndirdi

Sabancı sui-qəsdi ilə əlaqəli polisin çox sıx tədqiqat apardıqlarını xatırladan
Fəthullah Gülən, Sabancı sui-qəsdini (9 yanvar çərşənbə axşamı ) həyata
keçirənlərin bir daşla çox quş vurmağı hədəflədiyini vurğuladı. O belə davam
etdi: “Hadisənin səbəblərinə baxılırsa, çoxdur. Polis tədqiqat aparır. Haqqımız,
səlahiyyətimiz olmadan fikir bəyan etmək, tədqiqatı yayındırmaq ola bilər.
Lakin, zənnimcə, çox hədəflidir. Türkiyədə böyük bir iş adamını, sənayə
başçısını öldürməklə bir daşla çox quş vurmaq istədilər və zənnimcə, arzuladıqları
bir çox şeyi əldə etdilər.

20.01.1996 Polisə maddi yardım verdi

“Cumhuriyyət”
qəzeti və Hikmət Çətinqayadan məhkəmə yoluyla almağa haqq qazandığı 150
milyonluq təzminatı “Türk Polis Təşkilatını Gücləndirmə Vəqfi”nə bağışladı.

22.01.1996 Qasım Güləkin cənazə namazını qıldırdı

ABŞ-da müalicə alan, 91 yaşında həyata vida edən Qasım Gülək üçün mərasim
təşkil edildi. Amerikada vəfat edən köhnə CHP baş katibi Qasım Güləkin cənazə
namazını vəsiyyəti əsasında Fəthullah Gülən qıldırdı.

22.01.1996 Mərmərə Universiteti İlahiyyat fakültəsinin iftarına
qatıldı

Mərmərə Universiteti İlahiyyat fakültəsinin Bağlarbaşındakı
tələbə şəhərciyində verilən iftar yeməyində iştirak etdi və burada çıxış
etdi.

02.02.1996 Ankara “Hilton” Otelində iftar yeməyinə qatıldı

Fəthullah Gülənin fəxri sədr olduğu “Qazetəcilər və Yazarlar Vəqfi” Ankarada
ikinci iftar yeməyini “Hilton” otelində verdi.

26.03.1996 Aydın Menderesə keçmiş olsun ziyarətinə getdi

Fəthullah Gülən bir yol qəzasında iflic olan İstanbul Millət vəkili Aydın
Menderesi Bayındır tibb mərkəzindəki palatasında ziyarət etdi.

04.04.1996 Patrik Bartolomeos ilə görüşdü

Axır
vaxtlar kütləvi tolerantlıq mövzusunu ən çox dilə gətirən Fəthullah Gülən
və Fener Rum Patriyi Bartolomeos səmimi bir şərairtdə görüşüb Türkiyədə
müsəlman və qeyri-müsəlman icmalar arasında dialoqu başlatdılar.

18.04.1996 “TÜSİAV Vəqfi”ndən tolerantlıq mükafatı aldı

“Türk Sənayesi və İş Adamları Vəqfi (TÜSİAV)” tərəfindən ilk dəfə verilən
“İlin adamları” mükafatını almağa haqq qazanan şəxs və qurumlara mükafatlar, 
Ankara “Dedeman” Otelində təşkil olunan mərasimdə verildi.

01.07.1996 Aydın Menderesi ABŞ-da ziyarət etdi

Fəthullah Gülən, Amerikada müalicə alan Aydın Menderesi ziyarət etdi.

17.09.1996 Hanifə Ustaoğlunun cənazə namazını qıldırdı

Mehmet Ustaoğlunun həyat yoldaşı və Yaşar Tunagür xoca əfəndinin qaynanası
Hanifə Ustaoğlunun cənazəsi Topqapı qəbristanlığında basdırıldı. Günorta
namazından sonra Fatih məscidində Fəthullah Gülən tərəfindən qıldırılan
cənazə namazına çoxsaylı kütlə qatıldı.

19.09.1996 “Aktual Para” jurnalına təhsil haqqında müsahibə
verdi

Fəthullah Gülən təhsil haqqında “Aktual Para” jurnalına
müsahibə verdi.

24.09.1996 Məsud Yılmazla telefonda görüşü ilə əlaqəli mediaya
izahat verdi

“Milliyyət” və “Hürriyyət” qəzetində, “sürpriz dialoq”
və “Fethullah xoca ilə sürpriz görüş” başlıqlarıyla dərc olunan xəbərlərə
yazılı izahat verən Fəthullah Gülən Türkiyə siyasi həyatını təsir altına
almaq, hökümət və partiyalar haqda görüş bəyan etmək və spekulyasiya etmək
kimi bir davranış əsla sərgiləmədiyini bildirdi. Gülən, “Ölkəmizdə hər kəsin
öz səviyyəsində qəbul edilməsi əsasına istinad edən bir dialoq tərəfdarı
olaraq, Məsud Yılmaz bəylə dialoqum yeni deyil”,-dedi.

30.09.1996 “Qazetəcilər və Yazarlar Vəqfi”nin üçüncü ildönümündə
“Mutlu Yarınlar İçin El Ele” toplantısında çıxış etdi

”Qazetəcilər
və Yazarlar Vəqfi” nın təşkil etdiyi toplantıda bir çox qiymətli qonaqlar
iştirak edərkən, Fəthullah Gülən də çıxış etdi.

15.10.1996 Bolqarıstanın “Trud” qəzetinə müsahibə verdi

Fəthullah Gülən Bolqarıstanın “Trud”  qəzeti səhifələrində balkanlar
və Türkiyə ilə bağlı fikirlərini bölüşdürdü.

24.10.1996 “Asya finans”ın açılış mərasiminə qatıldı

Türkiyənin 6-cı Özəl maliyyə qurumu olan “Asya finans”ın açılışı 24 oktyabr
1996-cı ilin cümə axşamı günündə oldu. Açılışda Fəthullah Gülən və Baş Nazirin
müavini və Xarici İşlər Naziri Tansu Çillər də iştirak etdi. Tansu Çillər
açılışda olmanın məmnuniyyətini dilə gətirərək, “Ölkəmizə son dərəcə vacib
olan belə bir qurumun açılışına səbəb olduğu üçün, üfqündən dolayı dəyərli
Xoca əfəndini təbrik edirəm.”,-dedi.

03.11.1996 Bolqarıstanın “Varna” televiziasına müsahibə verdi

Bolqarıstanın qəzetlərindən sonra televiziyalar da Türkiyəyə gələrək Gülənlə
müsahibə aldılar. Ölkənin ən yüksək tirajlı “24 Saat” və “Trud” qəzetlərinin
“Yüzlərlə körpülər quran müəllim”-deyərək təriflər yağdırdığı Fəthullah
Gülən, “Varna”  televiziasından da təhsil və mədəniyyət sahəsində rəhbərlik
göstərdiyi təşəbbüslərlə bolqarlara tanıdıldı.

08.11.1996 Qəzetçilərə müxtəlif mövzularda görüşlərini açıqladı

Fəthullah Gülən 8 oktyabr 1996-cı ilin cümə gününün axşamı qəzetçilərə yemək
verdi və onların müxtəlif sahədəki suallarını cavablandırdı.

08.11.1996 “Fatih” Universitetinin açılışına qatıldı

İstanbul Bəylikdüzündəki mərkəz tələbə şəhərciyində yerləşən “Fatih” universiteti
08 oktyabr 1996-cı ildə prezident Süleyman Dəmirəl tərəfindən xidmətə verildi.
Açılışa Alparslan Türkəş, Rıza Akçalı və bir çox siyasətçi, elm xadimi və
iş adamı qatıldı. Fəthullah Gülən bütün dəvət olunanlara və prezidentə yaxından
qayğı göstərdi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message