İlk növbədə bunu xatırladaq ki, Fəthullah Gülən öz adının ilk sıralarda çəkilməsindən heç vaxt xoşlanmamışdır. O cümlədən hərəkata “Gülən Hərəkatı” adının verilməsinə də etirazını bildirmiş, “Könüllülər Hərəkatı” və ya “Adanmışlar Hərəkatı” adlarını təklif etmişdir.[1] Buna baxmayaraq elmi dairələrdə “Gülən Hərəkatı (Gülən Movement)” adı ön plana çıxdığına görə, ictimaiyyətdə daha çox bu ad yayılmışdır. Hərəkata mənsub insanlar bu fəaliyyətə “hizmət” adı verdiyinə görə, son vaxtlar Avropa alimləri arasında “Hizmət Hərəkatı” ifadəsi geniş yayılmağa başlamışdır.
İkincisi, Fəthullah Gülən vəz, söhbət və kitablarında dəfələrlə “-çı”, “-çi”, “-çu”, “-çü” şəkilçili sözləri xoşlamadığını bildirmiş, bu cür ifadələrin xalqı bölüb-parçaladığını demişdir.[2] Hərəkatın bir missiyası da ümumbəşəri sülhdür. Sırf bu missiyaya zidd olduğuna görə Hərəkat iftiraqa, bölünməyə səbəb olan ifadələri də təhlükəli sayır.
Hərəkata mənsubluq məsələsinə gəlincə, bu məsələdə, hərəkatın adından da göründüyü kimi, tamamilə könüllük prinsipi əsas götürülür. Heç bir rəsmi üzvlük proseduru olmadığı kimi, məcburiyyət də yoxdur. Hərəkatı araşdıran elm adamları hərəkata mənsub könüllüləri sosioloji baxımından “mənsub (member)” deyil, “iştirakçı (participant)” adlandırmağı daha məqsədəuyğun görmüşlər. Topluma və insanlığa faydalı olmaq istəyənlər könüllü şəkildə bir araya gəlib bəzi müştərək fəaliyyətləri icra edirlər. Onlardan bəziləri isə bütün ömrünü insanlığa həsr edir. Bu mövzuyla bağlı Fəthullah Gülən deyir: “Necə ki cümə namazını qılmaq üçün insanlar müxtəlif məscidlərdə bir araya gəlir, buna görə heç kim heç kimə təzyiq göstərmir, cümə namazını qılmaq niyyətində olanlar təbii şəkildə toplanıb birlik qururlar.”[3] Eynən bunun kimi, bu təşkilatlanmanı da ortaq bir məxrəc ətrafında məqsədyönlü hərəkət edən insanların bir araya gələrək meydana gətirdiyi bir hərəkat kimi xarakterizə etmiş və adını da “könüllülər hərəkatı” qoymuşdur.[4]
Məhz buna görə kim bu hərəkətda iştirak edir, kim etmir, bunu müəyyənləşdirmək olduqca çətindir. Çünki məsələn, insanlığa xidmt niyyətilə qurulan Kimsə Yoxmu Humanitar Yardım Dərnəyinin Somaliyə yardım kampaniyasına 5 lirə bağışlayan da insanlığa xidmət edir, daha çox fədakarlıq edərək geridə qalmış ölkələrin birində, çox çətin şəraitdə təhsilə dəstək verən də… Hər iki halda da, az və ya çox, maddi və ya mənəvi fədakarlıq göstərilmişdir. Bu sadə örnək tamamən könüllülük prinsipi əsasında fəaliyyət göstərən hərəkata giriş-çıxışın mahiyyətinə aydınlıq gətirir. Bu bir “xeyir karvanı” olduğuna görə, kiçik bir xeyirxahlıq belə bu hərəkata dəstək kimi qiymətləndirilməli və təqdir edilməlidir. Və bu dairənin qapısının eşiyində dayananla mərkəzində duran arasında fərqin olması təbii haldır var və bu fərq fədakarlıqla düz mütənasibdir.
Hərəkata mənsubluq mənasında heç bir konkret rəsmi üzvlük proseduru olmadığına və hərəkat tamamən könüllülük əsasında fəaliyyət göstərdiyinə görə, bu dairənin içi ilə çolünü ayıran xətt yoxdur. Varsa da bu xəttin heç bir maddi varlığı olmayıb ekvator xətti kimi, izafidir. Potensial olaraq bu dairənin qapısı hər kəsə açıqdır və o qədər genişdir ki, bütün insanlığı əhatə edə bilər. İstəyən də istədiyi vaxt heç bir maneə ilə üzləşmədən könüllülükdən imtina edə bilər.
Bir başqa məsələ də, Fəthullah Gülən sevənlərini tez-tez “hərəkata aid və mənsub olma sizi qürura və təkəbbürə sövq etməməlidir” deyə xəbərdarlıq edir. Bu aidiyyət hissinin fərdi eqoizm qədər təhlükəli olduğunü xatırladan Gülən “Xariqələr meydana gətirən bir millətin övladlarıyıq” kimi düşüncə və yanaşmanı da təhlükəli sayır və şiddətlə qarşı çıxır.[5]
[2] “Kırık Testi-1”, F. Gülən, 2004, İstanbul, GYV Yayınları, s.107.
[3] “Kırık Testi-1”, F. Gülən, 2004, İstanbul, GYV Yayınları, s.107-110.
[4] “Kırık Testi-1”, F. Gülən, 2004, İstanbul, GYV Yayınları, s.107-110.
[5] “İkindi Yağmurları”, F. Gülen, 2008, GYV Yayınları, s.328.








