Türkiyədaxili dialoq fəaliyyətləri necə əks-səda verdi?

Home » Azəricə (Azərbaycan dili) » Fəthullah Gülənin həyatı‎ » Fəthullah Gülən və Dialoq » Türkiyədaxili dialoq fəaliyyətləri necə əks-səda verdi?

Öncə Türkiyə daxilində cəmiyyətin bütün təbəqələrinə yayılan, daha sonra isə ölkə xaricinə yönələn dialoq fəaliyyətləri sağlam düşüncəli hər insan tərəfindən müsbət qarşılandı. Xüsusilə, Patrik Bartelemeos, Baş keşiş David Aseo, Papa İohann Pavel, Nyu-York kardinalı Con Okonnorla görüşlər böyük əks-səda doğurdu.

1980-ci il öncəsi ideoloji zehniyyətin, hər iki tərəfdən ölümlə nəticələnən münaqişələrin qisas hissini daşıyan, qəlbləri intiqam alovu ilə alışıb-yanan müəyyən qruplar, təbii ki, bu gedişatdan məmnun olmadılar. Lakin nəticə olaraq sağlam fikir qalib gəldi.

Sözü gedən dönəmdən təxminən 15 il sonra qələmə alınan belə bir kitabda o günlərə aid təhlillər arasında sağlam düşüncələrin necə səsləndiyini xatırlamaq yerinə düşər. Bunu nəzərə alaraq, bəzi siyasət, elm adamları və jurnalistlərin fikirlərindən verdiyimiz sitatlar suala cavab təşkil edir.

“Möhtərəm Fəthullah Gülən eyni zamanda türk xalq təsəvvüfündəki Allah və insan sevgisinə əsaslanan tolerantlı İslam anlayışının dəyərini də xatırladır. Despotik rejimlərlə idarə edilən bəzi geridə qalmış ölkələrin İslam anlayışına bənzəməkdənsə, milli xüsusiyyətlərimizi və dəyərlərimizi əks etdirən özümüzəxas bir İslam təfəkkürü formalaşdırmağın zəruriliyini, İslamın beynəlmiləlliyinin buna əngəl olmadığını çox gözəl ifadə edir”. Bülənt Ecevit

“Fəthullah Gülən Xoca Əfəndini oxuyarkən 300 illik tədrici tənəzzülün üfüqsüz və röyasız qoyduğu bir mədəniyyət coğrafiyasının yenidən təravətli, tərtəmiz, olduqca geniş və ümumdünya bir həyat həmləsinin ərəfəsində olduğunu duyuruq”. Ayşe Şasa

“Fəthullah Gülən Xoca Əfəndi bir şablonçu deyil. Əlindəki vəsaitdən yeni bir dəyər ortaya qoymağı bacarmışdır. Biliyi bir daş yığını olaraq görmür, bir piramida və ya bina ucaldan zehni fəaliyyət və proses kimi görür… Dinin əsas qaynağına qayıdaraq və ona əsaslanaraq dinə yeni bir baxış tərzi, üfüq gətirir”. Nevval Sevindi

“Gülən – Bartolomeos təması Cumhuriyyətin yaranmasından bu­ yana mülki İslami camaat rəhbəri ilə xristian dini lideri arasında keçirilən ilk görüşdür. Bu görüş çox əhəmiyyətlidir. Çünki bu görüş bütün müqəddəs kitablarda qeyd olunan zikr etdiyi və dinlər arasında tolerantlıq prinsipini vaz vəz edən İlahi bəyanın yüksəldilməsi mənasına gəlir”. Hadi Uluengin

“Yaxın dövrə qədər bir araya gəlməyi insanların xəyalından belə keçməyən elm, din, mədəniyyət və dövlət xadimlər əl tutdular, yan-yana oturdular, görüşdülər… Fəthullah Gülən ilə Bartolomeos qucaqlaşanda salon alqışlarla titrəyirdi. Hər iki tərəfin avam və fanatik təbəqəsinin bir-birinə “düşmən”, “pis kafir”, “barbar türk” deyə baxdığı bir dövrdə insanlar bir- birilərilə qucaqlaşırsa, bunda nəsə olmalı idi, cəmiyyət də artıq bir-birini sevməli, bir-birini anlayışla qarşılamalıydı… Müstəqillik, demokratiya, insana hörmət ancaq Qərbin mənimsədiyi prinsiplər deyil. Həqiqi müsəlman da bu prinsipləri müdafiə edir. Həqiqi müsəlman dialoq, tolerantlıq, digərinin inancına hörmət tərəfdarıdır”. Professor Niyazi Öktem

“Papanın Vatikanda Fəthullah Gülənlə görüşməsi Fəthullah Gülən Xoca Əfəndini “beynəlxalq təmsilçi” mövqeyinə gətirmişdir… Gülən-Papa görüşü Türkiyənin demokratikləşmə prosesi baxımından çox dəyərli “təhlükəsizlik qarantı”dır və yenə dolayısı ilə Türkiyənin stabil ölkə olması istiqamətində əhəmiyyətli bir töhfədir”. Cengiz Çandar

“Mümtaz din adamı Fəthullah Gülən islami təhlükə qorxusunun yaşandığı və “Mədəniyyətlərin toqquşması” nəzəriyyəsinin rəğbətlə qarşılandığı bir dövrdə, ölkəmizdə Xristian və Yəhudi din mənsubları ilə daha əvvəl başladığı tolerantlıq və dialoq axtarışını Papa görüşü ilə ən yüksək səviyyəyə çatdırdı. Türkiyə miqyasında deyil, dünya miqyasında bir görüş həyata keçirdi. Gülən camaatının varlığı Türkiyə üçün böyük şansdır”. Hadi Uluengin

“Fəthullah Gülənin dialoq axtarışını çox yüksək qiymətəndirirəm. Bunun beynəlxalq mahiyyətli olması İslam baxımından da çox önəm­li­dir. Fəthullah Gülən Xoca Əfəndinin “Xristian gəlib bizi missioner edər” qorxusu yoxdur. O, inanmış bir müsəlman olaraq dialoq qapılarını hər kəsin üzünə açır. Əgər özünü güclü hiss edirsənsə, düşüncənə, inancına etimad göstərirsənsə, səndən fərqli olanla quracağın hər dialoq zənginlik deməkdir. Belə fəaliyyət və cəhdlər cəmiyyətə mənəvi güc verdi, qütbləşmələri yumşaltdı. Bəziləri Papa görüşünün arxasında israrla “başqa məqsədlər” axtarırlar. Mən bu açıq-aşkar önəmli sosial gerçəklik və fenomenin belə qərəzli baxışla layiqincə qiymətləndirilməməsini əsla alqışlamıram. Heş kəsi istədiyimiz kimi mühakimə etməyə haqqımız yoxdur. Bir insanın bir fikri təsdiq etməməsi, heç kəsə onu qaralamaq haqqını vermir. Məncə, “Arxasından nə gələcək?” – deyə şübhə ilə baxmaq ortadakı gözəllikləri görməməkdən irəli gəlir.
İndi dialoqun gətirdiyi həqiqi sevgi və sülh şəraitini düşünmək lazımdır…”[1] Niyazi Öktem


[1]. Camcı, Selçuk; Ünal Kudret, Hoşgörü ve Diyalog İklimi, Merkür yay, İzmir 1998, s.292-319 (bu bölümdeki iktibasların hepsi bu kaynaktan alınmıştır)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message