Mütləq mənada “insan” və “sevgi” anlayışı dost və ya düşmən hər kəsi sevmək mənasını vermirmi?

Home » Azəricə (Azərbaycan dili) » Fəthullah Gülənin həyatı‎ » Fəthullah Gülən və Dialoq » Mütləq mənada “insan” və “sevgi” anlayışı dost və ya düşmən hər kəsi sevmək mənasını vermirmi?

Tarazlıq (müvazinət) İslamın ən əsas xüsusiyyətidir. Xoca Əfəndinin “insan” və “sevgi” deyərkən bu müvazinəti nəzərdən qaçırdığını hesab etmək olmaz. Belə ki, bir başqa münasibətlə dilə gətirdiyi fikirləri bunu sübut edir, bu, həm də sualın tam cavabını verir.

“İslamın bəşəri prin­siplər çərçivəsində sevgi mülahizəsi və düşüncəsi tarazlıq təşkil edir, zalım və təcavüzkarlar bu sevgidən məhrumdur. Belə ki, zülm edənə göstərilən sevgi və mərhəmət onu daha da təcavüzkar etməklə yanaşı, başqalarını da təcavüzkarlığa sövq edər. Buna görə bəşəri sevgini təhdid edən belə insanlara mərhəmət etmək olmaz. Çünki zalıma mərhəmət göstərmək, məzluma ən böyük mərhəmətsizlik etməkdir.”[1] Eyni istiqamətdə başqa yerdə Xoca
Əfəndi belə deyir: “Anarxiya və­ terrora müdaxilə edən, dövlətin birliyinə və suverenliyinə toxunan, ölkəni bölmək istəyən, ölkə əhalisinin varlıq və gələcəyinə qarşı­ təxribat törə­dən şəxslərə “mərhəmət edilməli” tərzində yanaşmalar insanlıq sevgisi­ ilə uzlaşmadığı kimi, məsumların gözyaşlarına seyrçi mövqe tutmaq de­məkdir”.[2]

Zalımı, qayda-qanun tanımayan insanları yola gətirmək, şübhəsiz ki, İslami bir vəzifədir. “Yaxşılığı əmr etmək, pislikdən çəkindirmək” bir prinsipdir və inanan insanların üzərinə Allahın qoyduğu məsuli­yyət­dir.[3] “Allahın əmr və qadağalarına zidd bir vəziyyətlə qarşılaşdıqda öncə əl, sonra dil ilə müdaxilə etmək, nəsihət etmək, bunlar mümkün olmadıqda qəlblə qarşı çıxmaq”[4] Peyğəmbərimizin (s.ə.s.) bəyanları ilə İslamda yerini tutan ayrı bir tətbiqatdır. Bu hədis də eyni həqiqətə işarə edir.
Peyğəmbərimiz (s.ə.s.) bir gün əshabına: “Zalım da olsa, məzlum da olsa, qardaşına yardım et,” – buyurur. Səhabələr təəccüblə soruşur: “Məzlumu başa düşdük, bəs zalıma necə kömək edəcəyik?” Rəsulullahın cavabı olduqca aydındır: “Onu zülmündən çəkindirməklə kömək edə bilərsiniz”.[5]

Xoca Əfəndiyə görə bütün bu vəzifələrin lazımınca yerinə yetirilmə­sində sevgi açar anlayışdır. Çünki “sərtliklə və qəzəblə heç bir məqsədə nail olunmadığı və olunmayacağı göz qarşısındadır; insanların kim olur-olsun, qapısını sevgi, hörmət və məhəbbətlə döydükdə dialoq yolları açılır və onlara təmsil etdiyiniz əsasları anlatmaq imkanı doğur.”[6] Yoxsa Hz. Musanın əsrin Fironuna dini təbliğ üçün gedərkən Allahdan aldığı “qavli-ləyyin (yumşaq üslub)” əmrini başqa necə izah edə bilərik? Yumşaq üslub bir dəyər kimi Allahın bəyanına görə Fironun qəlbinin yumşalmasına və düşünməsinə vəsilə ola bilərdi.[7]
Belə ki, yumşaq üslub yalnız yumşaq hala, yumşaq davranışa sahib insan qəlbinin məhsulu ola bilər.[8]


[1]. Gülen, Fethullah, a.ç.ə., s.51
[2]. Gülen, Fethullah, a.ç.ə., s.49
[3]. Ali-İmran, 3/104
[4]. Müslim, İman, 78; Tirmizi, Fiten, 11; Nesai, İman, 17
[5]. Buhari, Mezalim, 4; İkrah, 7; Tirmizi, Fiten, 68
[6]. Gülen, Fethullah, a.ç.ə., s.58
[7]. Taha, 20/44
[8]. Gülen, Fethullah, a.ç.ə., s.28

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message