Həkim nəzarətində alınan müsahibə

Həkim nəzarətində alınan müsahibə

Həkim nəzarətində alınan müsahibə

2004-cü ilin son günləri.

18 dekabr…

Axşam çağı Nyu Yorkda təyyarədən düşdüm. Havada iliyə işləyən sazaq vardı. Sabah bazar günüydü. Pensilvaniya və ya Nyu Cersi… Fəthullah Gülənlə görüşəcəyəm…

Qayıdış biletimin tarixi 30 dekabr…

Bir illik müsahibə xahişim, nəhayət, həyata keçəcək…

Nyu Yorkda keçirdiyim gecə qurtarmaq bilmir…

Əlimdə on üç səhifəyə sığan sualların siyahısı var. Xəyalımda suallar ora-bura uçuşur.

Ancaq Gülənlə görüşəcəyəm, suallarımı bir-bir soruşacağam deyə ürəyim rahatdır… Görəsən, məni nələr gözləyir, nə qədər vaxt ayıracaqlar…

Bu suallar ağır yük olub yüklənir çiynimə…

Üstəlik xeyli “cansıxıcı” sualım da var siyahıda…

Nyu Yorkda günəş doğdu…

Müsahibəni müşayiət edən şəkillərin fotoqrafı Arda Yavuz və iki həmkarımla erkəndən yola düşdük…

Müsahibəyə yolda başladım. Vaxtsız təcrid etdim özümü, erkən qopdum yoldaşlarımdan. Bütün diqqətimi cəmlədim suallara, bir də hələ almadığım cavablara.

Nadir hallarda bu qədər fikrimi cəmləyirəm…

İki saat yarımlıq yoldan sonra budur, Pensilvaniyadayıq.

Hava o qədər soyuqdu ki, indidən Nyu York üçün darıxmağa başladım. Bu bölgə dağ və meşələri ilə məşhurdur. Ərazidəki evlərin əksəriyyəti xüsusi mülkdür. Çoxu da iki-üç mərtəbəlidir. Göz oxşayır. 15-20 sot da həyətləri var.

Bu evlərdən çox da fərqlənməyən bir evə sarı gedirik. Mansardanı saymasaq, ev iki mərtəbəlidir. Bura şəxsi mülkdür.

Fəthullah Gülən burada qardaşı oğlanlarının evində qalır.

Özünün evi yoxdur.

“Bəsdir ətrafa göz qoyduq” deyib  içəri giririk.

Buradan qonaq evi kimi istifadə edirlər. Bizi qarşıladılar, bir salona apardılar. Ev çöldən təmtəraqlı görünsə də, içi çox sadədir. Gülənə bu qonaq evində bir otaq ayrılıb və qonaqlarını ümumiyyətlə bu otaqda qəbul edir.

Fəthullah Gülənlə bu salonda qarşılaşırıq.

Otağın qapısı salona açılır.

Səmimi təbəssümlə “Xoş gəldiniz, Mehmet bəy” deyir.

Bir az səndələyir…

Sonradan öyrəndim ki, şəkər xəstəliyi bəzən dizlərinə vurur.

Yəqin Türkiyədən, Türkiyədəki mübahisələrdən, stressdən uzaq yaşadığını, səhhətinə də çox diqqət etdiyini düşündüyümə görə onu belə görməyi gözləmirdim.

Mən şad-xürrəm ömür sürən, sağlam bir adamla qarşılaşacağımı düşünürdüm…

Gülənin yaşadığı məkana, səsinə, simasına hüznlü sürgünün dərin izləri hopub – budur ilk təəssüratlarım. Buraya çökən dərin səssizlik hər sözə-söhbətə sirayət edir.

Yenə bir sükutdan sonra “Necəsiniz?” deyə soruşuram.

Fəthullah Gülən halını bir şeiriylə dilə gətirir:

Hüznlü qürbət…

Yenə səssizlik çökür…

Bu dəfə sükutu pozan Gülən olur: “Axır vaxtlar ürəyim məni yaman incidir… Bir az dincəlim, bir-iki günə müsahibəyə başlayarıq. Sizə də əl verirsə, səhər 9-12 arası…”

Mən də bu əsnada müşahidələrimi qeydə alıram.

İlk günlər qısa çəkən söhbətimiz səfərimin yeddinci günü axarına düşür.

O yeddi gün ərzində, Allah bilir, neçə ssenari yazdım bey­nimdə.

Vaxtın uzanması məndə müşahidələrimi də oxuculara çatdırma fikrini oyatdı və qısa qeydlər götürdüm.

Müşahidələrimlə, Gülənin gündəlik həyatından aldığım qeyd­lərlə oxucuları, bir mənada, söhbət məclisimizə qonaq etdim…

Nələrdən danışdıq?

Fəthullah Güləni bir neçə gün o halda görəndə təşvişə düşmədim desəm, yalan olar. Xırda şeylər belə təzyiqini, şəkərini qaldırır, ürəyini incidirdi. Bütün bunlara şəxsən şahid oldum.

“Səni kölgə kimi izləyən bir həkimin nəzarətində yaşamaq yaman çətindir” deyə düşündüm.

Suallarımın əksəriyyəti cansıxıcı idi, amma verməliydim. Elə sual olurdu ki, verəndə üzülürdüm, amma soruşmalıydım…

İlk günkü söhbətlərdə iki dəfə təzyiq dərmanı qəbul etdi. Kölgə kimi onu izləyən həkim təzyiqini ölçdü, mənə də arada bir qaş-göz işarəsi eləməyi də unutmadı.

AB-Türkiyə əlaqələrindən başlayaraq üstü açılmamış cinayətlər haqda xəbərdarlıqlar, niyə Amerikanı seçməsi, burada görüşdüyü insanlar, Böyük Yaxın Şərq Layihəsi, Şimali Afrika və Yaşıl Nəsil nəzəriyyələri barədə düşüncələri, Amerikanın İraq siyasəti…

Dialoq və tolerantlıq fəaliyyətlərinin strateji addım olub-olmaması, bu fəaliyyətlərin missionerliklə əlaqələndirilməsi, Gülənin şəxsiyyəti, ona münasibət, keçmişdə “Turançı”, “Neo-Osmanlıçı”, “Millətçi”, “Dövlətpərəst”, indi də Amerika tərəfdarı, MKİ-nin xəfiyyəsi, Kardinal deyənlərə verdiyi cavabı…

“Könüllülər hərəkatı” adlandırdığı fəaliyyətlərin əsas məqsədi, xəyalını qurduğu Türkiyə, nə vaxt və necə qayıdacağı, “sağ qolu” olub-olmamasından, Nurəddin Verənin iddiaları, onun haqda ölüm əmri verib-verməməsi, necə dolanması, “dəyirmanın suyu”ndan, Şəmsəddin Günaltay və plagiatlıq iddiaları, “dövləti ələ keçirmək” məqsədinin olub-olmaması, İslamda dövlət anlayı­şı, “Üsul fərqli, məqsəd eynidir. Demokratik yollarla da olsa, məqsəd İslam Cümhuriyyətini qurmaqdır” iddiaları…

Terrorizm, kamikadze hücumları haqda fikirləri, cihad, radikal İslam cərəyanları, Xomeyni və İran inqilabına baxışı, qadın və hicab məsələsi, Ələvilərin dövlətdən tələbləri, Türkiyədən kimlərlə görüşməsi, rahiblik məktəbi və patriarxlıqla bağlı mübahisələr…

Orta Asyaya getməməsinin səbəbi, Yaxın Şərqdə deyil, məhz Orta Asiyada məktəb fəaliyyətlərinə təşviqinin xəta olub-ol­maması, bu məktəblərin missiyası, prezidentli respublika sistemini dəstəkləməsi, hərbçilər, Türkiyə Silahlı Qüvvələri və daxili işlər orqanlarında təşkilatlanma iddiaları, kəşfiyyatının olub-olmaması, Türkiyə həsrəti…

Kimi neçə-neçə mövzudan danışdıq…

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message