419-cu nəğmə: “Qurban, həcc və insanlıqdan məhrum insanlar”

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » "Herkül nəğmə" » 419-cu nəğmə: “Qurban, həcc və insanlıqdan məhrum insanlar”

419-cu nəğmə: “Qurban, həcc və insanlıqdan məhrum insanlar”

  • Qurban da zəkat kimi, sədəqə kimi bir şeydir. Elə insanlar var ki, qurban ona vacibdir. Yəni bir nəfərə bir qurban kəsmək vacibdir. Bu insan istəsə 10 qurban da kəsə bilər. Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) yaşı qədər qurban kəsmişdir. Hazırda da, Allahın izni və inayəti ilə bunu eləməyə çalışanlar var. Elə adamlar var ki, bəlkə də bütün ailə üzvləri adına qurban kəsməyə mükəlləf deyil, amma kəsir. Bəzən adam başına iki, bəzən üç qurban kəsir. Sizin qardaşlarınızdan da bəlkə on qurban kəsən var. Məncə hazırda məsələyə bu cür yanaşmaq; müqərrəb, əbrar, sadiq, muxlislər kimi yanaşmaq lazımdır.
  • Dünyada yenə kasıbla varlı arasında böyük uçurumlar var. Myanmarı düşünün. Bu yaxınlara qədər yurd-yuvasından didərgin edildilər. Məbədləri, evləri dağıdıldı. Hazırda da bir qədər çətinlik var. Demək olar ki, tamamən ölkədən sürgün ediliblər. Mən nə Vedalarda, nə Upanişatlarda (Budizm) belə bir zülmə rəvac verən ifadələr görməmişəm. Ancaq bəziləri… siyasət, idarə, hakimiyyətin təbiəti belədir. Burada tarazlığı qorumaq çox çətindir. Orada müxtəlif növ cinayətlər törədilir, amma təbii qarşılayırlar.
  • Belə insanlara biganə qalmaq “Müsəlmanların dərdinə şərik olmayan onlardan deyil” hədisinə qarşı saymamazlıqdır. Bu o deməkdir ki, belə insan müsəlman deyil. O baxımdan məncə, Mynamardan Suriyədə zülmə məruz qalanlara… varsa Misirdə, Yeməndə, İraqda zülmə məruz qalanlara əl uzatmaq bir mömin vəzifəsidir. Bəlkə də, bu işi get-gedə artırmaq lazımdır. Bunun əhəmiyyətini, buna şiddətli dərəcədə ehtiyac olduğunu çatdırmaq lazımdır. Bu, eyni zamanda möminliyin bir əlamətidir… Zülmə məruz qalan möminlərin dərdinə, iztirabına, ələminə şərik olmağın bir əlamətidir. … əgər şərik olmursunuzsa, demək onlardan deyilsiniz…
  • Namazdan xəbəri olmayana belə, məncə ilk öncə namazın ruhundakı hikmətləri və faydaları öyrətmək lazımdır. Gündə beş dəfə Allaha əhd-peyman edirsiniz. Gündə beş dəfə qəlbi hüzur içində məbədə gələn, imamın arxasına keçib cərgəyə duran, əmrə müntəzir bir surətdə ibadət edən bir insanın gündəlik həyatında da, bir mənada bunun təsirini görmək mümkündür. “İndicə Allahın hüzurunda idim, necə yalan danışım? Necə siyasi, üstəlik də Makkiavellin kimi siyasi oyunbazlıq edim? Necə kiməsə kələk gəlim? Necə kiməsə ləqəb qoşum, axı Qurani-Kərim: “Bir-birinizə ləqəb qoşmayın” deyir. Necə intiqam hissi ilə hərəkət edim? Necə kimlərinsə axırına çıxmaq üçün səfərbərlik elan edim?…” Gündə beş dəfə inanaraq Allahın hüzuruna çıxır, iki qat olub rükuya gedirsən sonra da əhd-peymanını pozursan, əhdindən dönərək dönüklər kimi həyatını ləkələyirsən. İctimai həyatını, şəxsi həyatını, ailəvi həyatını, siyasi həyatını, iqtisadi həyatını ləkələyirsən. Namazın belə bir təsiri var… Demək ki, insan gündə beş vaxt məscidə gələrək özünü fikri-mənəvi-ruhi cəhətdən yeniləməlidir. İnsalığımızı, müsəlmanlığımızı ancaq belə qoruya bilərik. Əks halda Allah insana bu mükəlləfiyyəti çiyinlərinə yükləməzdi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message