Afrika İttifaqında “Hizmət Hərəkatı”na həsr olunmuş konfrans keçirilib

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Afrika İttifaqında “Hizmət Hərəkatı”na həsr olunmuş konfrans keçirilib

Afrika İttifaqında Hizmət Hərəkatına həsr olunmuş konfrans keçirilib

Aİ-nin Efiopiyanın paytaxtı Əddis-Əbəbədə yerləşən mərkəzi binasında təşkil edilən dialoq simpoziumunda “Hizmət Hərəkatı”nın dünya sülhünə verdiyi töhfələrdən danışılıb. Bu il ikinci dəfə keçirilən simpoziuma qırx ölkədən çox sayda yüksək vəzifəli şəxslər iştirak edib.

Efiopiyanın paytaxtı Əddis-Əbədədə yerləşən Aİ-nin mərkəzi binasında keçirilən dialoq simpoziumunda 2500 nəfər iştirak edib. Böyük maraqla qarşılanan simpoziumda çıxış edən Efiopiya Dinlərarası Şurasının Baş Katibi Pastor Z.Dequ: “Bu il ikinci dəfə keçirilən Afrika Dialoq Forumunda iştirak etmək mənim üçün böyük şərəfdir. Çox sayda beynəlxalq müşahidəçi və media nümayəndələrinin də iştirakı bu toplantının bizim üçün nə qədər əhəmiyyətli olduğunu sübut edir. Əlamətdar hadisədir ki, tədbir biz – afrikalıların birliyinə böyük ümid bəslədiyimiz Afrika İttifaqının 50-ci ildönümü ilə üst-üstə düşür”, – dedi. “Hizmət Hərəkatı” haqqında məlumat verən “Jurnalistlər və Yazarlar Vəqfi (GYV)”nin Baş Katibi professor Hüseyin Hurmalı isə çıxışında deyib: ““Hizmət” hörmətli Fəthullah Gülənin təşviqi ilə müəyyən dəyərlər ətrafında meydana gələn, məqsədi xeyirxahlıq, təhsil və dialoq olan könüllü ictimai hərəkatdır”.

Simpoziuma möhtərəm Fəthullah Gülən Xocaəfəndi bir məktub göndərərək sülh və əmin-amanlıq naminə görülən işləri və iştirakçıların göstərdiyi səyləri təqdir etdiyini bildirib. Simpoziumun yekununda eyni məzmunda növbəti konfransın Abantda keçirilməsi qərara alınıb.

Loyola Universitetinin əməkdaşı professor Marşa Hermensen (Marcia Hermansen) çıxışında müasir dialoq nümunələri və qarşılıqlı anlayış mədəniyyətinin təməllərindən danışıb. Marşa: ““Hizmət Hərəkatı” “birgə yaşama və dialoq” mədəniyyətinin ən mükəmməl nümünəsidir ”, – deyib. Tolerantlıqdan daha çox sosial inteqrasiya və sülh haqqında söhbət açan Duke Universitetinin professoru Abdullah T.Antəpli isə: “Dünyada sosial inteqrasiya və sülhün bərqərar olması istiqamətində görülən işlər ciddi dəstəklənməlidir. “Hizmət Hərəkatı” buna ən gözəl nümunədir”, – deyib.

Afrika qitəsinin dini və mədəni zənginliyini nəzərə çatdıran Efiopiya Daxili İşlər Naziri Şifero Məryəm (Shiferaw Mariam) də Türk məktəblərinin təşəbbüsü ilə keçirilən bu tədbirdə müxtəlif din və mədəniyyətə mənsub insanların Afrika İttifaqı mərkəz binasında bir araya gəlməsini təqdir etdiyini söyləyib. Ölkədə açılan məktəbləri gəzib gördüyünü və təhsil sistemini çox bəyəndiyini vurğulayan Məryəm: “Fərqli kültürləri birləşdirən bu məktəblərdə birgə yaşama mədəniyyəti aşılanır”, – deyib.

Fəthullah Gülənin simpoziuma göndərdiyi məktubun məzmunu aşağıdakı şəkildədir: “Hazırda dünyanın həmişəkindən daha çox qarşılıqlı anlayış, dialoq, sülh, barış, yardımlaşma və həmrəyliyə ehtiyacı var. Nəqliyyat və informasiya vasitələrinin yüksək inkişafının bir nəticəsi olan qloballlaşma da qarşılıqlı anlayış, dialoq, sülh, yardımlaşma və həmrəyliyi həm daha zəruri hala gətirir, həm də həyata keçməsi üçün bizə böyük imkanlar təqdim edir. Ancaq çox təəssüf ki, bir yanda mənfəət, digər yanda etnik ünsürlər, bir başqa yanda mənafe ətrafında formalaşan siyasət, bir başqa tərəfdə ideolji qütbləşmələr və ən acınacaqlısı dinlərin yanlış anlaşılıb yanlış tətbiq edilməsi nəticəsində bütün insanlığın qardaşlıq beşiyi sayılan yer kürəsi müharibə və qarşıdurmalar meydanına çevrilmişdir.

Xüsusilə, zorakılığı, qan tökülməsini və təxribatçılığı qətiyyətlə pisləyən İslamiyyətin bəzi qruplar tərəfindən səhv anlaşılıb yanlış məqsəd üçün istifadə edilməsi isə daha da acınacaqlı bir hadisədir. Qloballaşma tanış olub qaynayıb qarışaq və yardımlaşaq deyə fərqli qövm və qəbilələr şəklində yaradılan biz insanların önünə yeni imkanlar qoyur. Elə isə fərdlər və cəmiyyətlər, ölkələr və millətlər olaraq şəxsən öz varlığımızı qoruyub saxlamaq üçün bir-birimizi anlamaq, tanımaq, daim dialoqda olmaq və dünyanı sülh diyarına çevirmək istiqamətində bu imkanlardan yararlanmaq hər halda hamımızın vəzifəsidir”.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message