İndoneziya Konfransında Şirin Xatirə: “Mən Xocadan İcazəliyəm”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » İndoneziya Konfransında Şirin Xatirə: “Mən Xocadan İcazəliyəm”

Türkiyə mediasında geniş yer almasa da, İndoneziyada keçirilən “Gülən Konfransı” unudulmaz xatirələri və elmi təcrübələri ilə hələ də yaddaşlardadır. İndi danışacağım bu hadisə isə o unudulmaz xatirələrdən yalnız biridir. Türkiyə, Amerika, Avstraliya, Yaponiya, Cənubi Koreya, Hindistan, Malayziya və İndoneziyadan gələn ziyalılar konfrans iştirakçılarına beynəlxalq tədbirin həyəcanını yaşatdığı kimi, müasir insanın bir çox problemlərinin həllinin neçə illər əvvəl məscid kürsülərindən səsləndirilməsinə və bu səsin hazırda Universitetlərdə və konfranslarda müzakirə edilməsinə şahid oldular.

Yapon milləti nizam-intizamda nümunəvi xalqdır. İndi isə onlar heyran olduqları “nümunələri özündən olan könüllülər fəaliyyətinin” xidmət qəhrəmanları ilə birlikdə olmağa çalışırlar.

Prof. Sasaki də məhz bu ziyalılardan biridir. Yaponiyada Orta Şərq üzrə mütəxəssis olan bu geniş-ürəkli insan M. Fəthullah Gülən Xocaəfəndinin “Sonsuz Nur” adlı əsəri ilə qarşılaşandan sonra, bu gözəl əsərin Yapon dilinə tərcüməsinin zəruri olduğunu görür və işləri çox olsa da, kitabı qısa vaxtda tərcümə edib Yapon xalqının istifadəsinə verir. Kitabın tərcüməsi onu Xocaəfəndiyə daha da yaxınlaşdırır. Və İlahi inayət ürəyinə od düşən bu insana bir çoxlarının qəlbində sevgi çırağı yandıran insanı (Xocaəfəndini) görməyi nəsib edir.

İndoneziyada onlarla alimin arasında istiqanlılığı ilə hər kəsin diqqətini çəkən prof. Sasakinin uzun illərdən bəri tərgidə bilmədiyi siqaret vərdişi vardı. Konfransda bir fürsət tapan kimi eşiyə çıxan və kimsənin olmadığı yerdə siqaretini çəkən Sasaki yemək süfrəsini qoyub çölə çıxanda hər kəsin diqqətinə səbəb olur. Bunu anlayan Sasaki bir iki dəqiqədən sonra utancaq təbəssümlə: “Mən Xocadan icazəliyəm” deyib nəzakətlə təkrar çölə çıxırdı.

Sasakinin təkrarladığı “Mən Xocadan icazəliyəm” cümləsi konfransa gələn bütün qonaqların diqqətini çəkir. Sən demə, bu cümlənin bir də xatirəsi var imiş. Xocaəfəndinin ziyarətində Sasakinin gözü onun mübarək əllərindəki gözəl təsbehə sataşır və “İstəsəm, mənə verərmi, görəsən?” deyə içindən keçirir. Bu vaxt Xocaəfəndi əlindəki təsbehi və səccadəsini ona uzadır. Buna çaş-baş qalan Sasaki nə edəcəyini bilmir, əlbəttə, hədiyyəyə görə də çox sevinir.

Otağına çəkilən Sasaki özünə yer tapa bilmir, var-gəl edir, çünki gələndə ona burada siqaret çəkməyin qadağan olduğunu demişdilər. Bir tərəfdə tərgidə bilmədiyi siqaret, digər tərəfdən qonaq olduğu məkanın qaydalarına riayət etmə prinsipi ona çətin dəqiqələr yaşadır. Bir qədər sonra qapısı döyülür və nurani bir gənc əlində külqabı ilə içəri girir “Bunu Xocaəfəndi sizə göndərdi” deyib nəzakətlə otaqdan çıxır. Xocaəfəndinin bu nəzakətli hərəkəti hədiyyənin təsirindən hələ çıxa bilməyən Sasakinin ona olan sevgisini daha da artırır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message