Fəthullah Gülən Xocaəfəndinin indiyə qədər yayımlanmamış söhbətləri www.fgulen.com internet saytında yayımlanmağa başlayır.

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Fəthullah Gülən Xocaəfəndinin indiyə qədər yayımlanmamış söhbətləri www.fgulen.com internet saytında yayımlanmağa başlayır.

Fəthullah Gülən Xocaəfəndinin indiyə qədər yayımlanmamış söhbətləri www.fgulen.com internet saytında yayımlanmağa başlayır. Müəyyən mövzular nəzərə alınaraq seçilən söhbətlərə Gülənin kitablarından sitatlar da əlavə ediləcək. Söhbətlər hər həftə çərşənbə və cümə günləri görüntülü və səsli şəkildə təqdim ediləcək.

Fəthullah Gülənin ABŞ və Türkiyədə lentə alınan və indiyə qədər yayımlanmamış söhbətləri “www.fgulen.com” saytında yayımlanmağa başlayır. Söhbətlər hər həftə çərşənbə və cümə günləri görüntülü və səsli şəkildə təqdim ediləcək. Müəyyən mövzular diqqətə alınaraq seçilən söhbətlərə Gülənin kitablarından sitatlar da əlavə ediləcək. Sayt Gülənin söhbətlərini bilavasitə seyri imkanı ilə yanaşı, video görüntüləri bilgisayara endirmə imkanı da verir. Bundan əlavə Xocaəfəndinin tərtib etdiyi “el-Kulubud-Daria” adlı dua kitabının tövsiyə edilən bəzi hissələri də multimedya dua bölümündə istifadəçilərə təqdim ediləcək.

Saytda bu gün yayımlanan ilk söhbətin mövzusu “Mömini hasım olarak görenlere şefkatle muamele (Mömini düşmən sayanlara şəfqət)”dir. Söhbətində möminlərin hər cür hücumlara qarşı necə davranmasından bəhs edən Fəthullah Gülən yer üzündə imanlı insanların varlığını həzm edə bilməyənlərin olduğunu dilə gətirir. Gülən: “Bütün bunlara qarşı siz mömin kimi hərəkət etməli, onlarla mömin kimi rəftar etməlisiniz … Pisliyə yaxşılıqla qarşılıq verməkdə mükəlləfsiniz. Çalışın bir olan düşməni iki etməyin. Düşmənçiliyə düşmənçiliklə deyil, şəfqətlə qucaq açmaq lazım,” – deyir.

2000-ci ildən fəaliyyət göstərən “fgulen.com” saytı Fəthullah Gülənin əsərlərini və düşüncələrini bütün dünya ilə bölüşmək məqsədi ilə quruldu. İngilis, Alman, Çin, Rus və s. cəmi 23 dildə fəaliyyət göstərən saytda Xocaəfəndinin əsərləri, həyatı, görkəmli şəxslərin Onun haqqında fikirləri, “Zaman” qəzetində hər cümə günü nəşr olunan “Kürsü” yazıları, “herkul.org” ünvanında həftəlik yayımlanan “Bam teli” söhbətləri və “Kırık Testi” yazıları da yer alır. Saytda həmçinin Xocaəfəndi ilə bağlı aktual xəbərlər də əksini tapır. Hal-hazırda proqram və dizayn üzrə təkmilləşdirmə işləri aparan “fgulen.com” saytı yaxın günlərdə Xocaəfəndinin əsərlərinin səsli versiyası, bəzi vəz və söhbətlərin dünya dillərinə altyazılı tərcüməsi və mobil telefon istifadəçiləri üçün yeni imkanlar təqdim edəcək.

14 yaşında atasının təşviqi ilə məsciddə vəz verməyə başlayan Fəthullah Gülən Xocaəfəndi yarım əsrə yaxındır, iman həqiqətlərini insanlara anlatmağa çalışır. Xocaəfəndinin məscid kürsülərindən verdiyi vəzlər “Minbərdən Yüksələn Səs”, “İnsanı Ucaldan Vəsflər”, “İşığa Doğru”, “Tövhidin Ətrafında”, “Könül Dünyamızdan”, “Peyğəmbər Sevgisi”, “Sonsuz Nur” adı altında yayımlandı. Fəthullah Gülən müalicə üçün getdiyi ABŞ-da da iman həqiqətlərini anlatmaqda davam etdirdi. Gülənin söhbətləri 2003-cü ildən bəri “herkul.org” internet ünvanında “Bam Teli” bölümündə də həftəlik yayımlanır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message