Ümid və Əndişə

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Ümid və Əndişə

Sual: Bəzən: “Allaha sonsuz həmd-səna olsun ki, hələ də bu dairədəyik?” deyir və ümidlənirik. Bəzən də: “Allah, bu dini facir bir adamın əli ilə də dəstəkləyər!” həqiqəti ruhumuzu zəbt edir və o facirlərdən biri olma ehtimalı bizi təşviş və qorxuya salır? Bu xüsusdakı mülahizələrinizi lütf edə bilərsinizmi?

  • Xalis, səmimi bir mömin Allah naminə gördüyü  işlərdən nəfsinə pay çıxarmaz, əldə olunan müvəffəqiyyətləri heç vaxt özünə bağlamaz. O, həm Allah naminə yaşayanlarla birlikdə olmağı, həm də bu yolun müvəffəqiyyətlərini Cənabi-Haqqın rəhmətinin və İlahi mərhəmətin bir təcəllisi olaraq dəyərləndirər. "Bu qədər günahıma və bu pərişan halıma baxmayaraq, məni bu müqəddəs insanların arasına daxil edən Rəhməti Sonsuz, deməli dinə xidmət sayəsində təmizlənməm üçün mənə fürsət verir!" – fikri ilə yaşar. Sonra isə: "Hal-hazırda bu insanların arasındayam, amma sabah aqibətimin necə olacağını bilmirəm. Elə isə, gördüyüm işlərə görə qürrələnməməli, aldığım vəzifəni daha səmimi yerinə yetirməliyəm." – düşüncəsi ilə saleh əməllərə dörd əllə sarılar. (01.10)
  • Əməlinizə, məqamınıza, mövqeyinizə, əldə etdiklərinizə, qazandıqlarınıza və daxilində olduğunuz şəxsi-mənəvinin (mənəvi heyətin) müqəddəsliyinə etimad etmək əvəzinə, Cənabi-Allaha təvəccöh edərək Onun himayəsinə girməyə çalışmalısınız. Həm dünənin, həm də bu günün Belam İbn Bauraları, Bersisaları önünüzdə bir ibrət mənzərəsi kimi durur. Allahın dinini öyrənən, elm və ürfana malik olan, duası qəbul olunan və İsmi-Əzəmi (Allahın ən əzəmətli adları) də bilən Belam İbn Baura kiçik bir səhvə meyl göstərməklə girdiyi üsyan dəryasından bir daha geri dönə bilməmiş, məzhər olduğu nemətlərə güvənib təkəbbürə qapılınca başıaşağı yumalanıb getmişdir. (04.22)
  • Peyğəmbər yuvasında və vəhyin endiyi ab-havada nəşət etdiyi halda eqoizm, təkəbbür, kin, nifrət, hər müvəffəqiyyəti nəfsindən bilmə və özünü faiq görmə kimi – şeytan mexanizminin düymələri hökmündəki – zəif nöqtələrdən biri ilə yol azan bir çox insan olmuşdur. Qabildən Kənana, Həzrəti Nuhun (ə.s.) həyat yoldaşından Həzrəti Lutun (ə.s.) xanımına, Həzrəti İbrahimin (ə.s.) atasından İnsanlığın İftixarının (s.ə.s.) əmilərinə qədər bir çox insan onlara bəxş edilən qürbət iqlimini (Allaha yaxınlıq iqlimi) səmərəli  dəyərləndirə bilmədiklərinə  görə əbədi qürbətə düşmüşlər. (05.07)
  • Heç kim nəfsinə etimad etməməlidir. Axirətə inanan insan Allaha xidmətdə ən önlərdə olsa da, nəfs və şeytanın toruna düşməmək üçün təmkinli olmalı, özünün, hədisdə qeyd olunan, facir olma ehtimalından çox qorxmalı, lakin bu saleh dairədə olduğuna görə də Allaha həmd-səna hissləri ilə dolmalı və bəxş olunan bu təmizlənmə, saflaşma fürsətini ən səmərəli şəkildə dəyərləndirməyə çalışmalıdır. (13.10)
  • Həzrəti Ustad: "Sən, ey riyakar nəfsim! “Dinə xidmət etdim” deyə qürrələnmə. “Şübhəsiz ki Allah, bu dini facir adamla da dəstəkləyər və möhkəmləndirər.’ hədisinə görə, müzəkka (təmizlənmiş olan) olmadığına görə, sən özünü o facir bilməlisən. Allaha olan xidmətini və übudiyyətini verilən nemətlərin şükrü, fitri bir vəzifə, yaradılmış olmağının bil, riyakarlıqdan xilas ol." demişdir. (14.35)
  • Dinə xidmət dairəsinə sövqü ilahi ilə daxil olduğumuzu göstərən bir misal… (16.00)
  • Həsən Bəsri həzrətləri kimi Haqq dostları özlərini xətanın ən çirkinini etmiş və günahın ən böyüyünə girmiş, beləcə qəlbini tamamilə məhv etmiş və ruhunu kirlətmiş bir insan kimi görmüş və buna görə də daim istiğfar etmişlər. Onları tanımayan, ruh ənginliklərinə bələd olmayan və onların özünü hesaba çəkmə üfüqünün sərhədlərini müəyyən edə bilməyən nadanlar bu yalvarışları eşidəndə: "Bu insan nə günah işləyib ki belə, mən o günahlara girmədiyimə görə bu sözləri deyə bilmərəm!" – deyə düşünə bilərlər. Halbuki, dövrümüzün insanı həyatına nəzər salsa, özü haqqındakı hökmü yenə də özü verəcək və facir bir insan olaraq cəhənnəmə düşmə əndişəsi ilə boynu büküləcək. (17.53)
  • Bütün xeyir və həsənələr axirətin gözəlliklərinə nail ola bilmək üçün adi bir səbəbdir, insanlara baxan yönü ilə bir bəhanədir. Çünki heç kim Cənnətə əməli ilə girə bilməz. Cənnətin nemətləri ancaq Allahın rəhməti və lütfü ilə əldə edilə bilər. Buna baxmayaraq, Sonsuz Mərhəmət Sahibi Rəbbimiz qullarının ən kiçik yaxşılıqlarını belə nəzərə alır, onları bir qürbət və vüslət vəsiləsi kimi qəbul edir. (23.17)
  • Biz Onun qapısında boynu boyunduruqlu qapı qullarıyıq, qayəmiz də Özünü bizə tanıtmanın vəfa borcunu yerinə yetirməkdir. Sığındığımız qapı Onun hər an, hər kəsə açıq olan qapısıdır. Qapının önündəkilərə əl uzadıb onları içəri alacaq və könüldən-sirrdən keçən uzun bir səfərdən sonra hər şeyi fərqli görüb, fərqli duyacağımız vüslət sahilinə çıxaracaq da yenə Odur. (26.05)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message