Həmişə ağladıq

Ağlamaq taleyimiz, qismətimiz oldu. İllərlə ağlamaqdan başqa, heç nə bilmədik. Ölən insanımıza, dağılan ümranımıza (mədəniyyətimizə), tarimar olan xırmanımıza və dayaqsız qalan ümidimizə və cəsarətimizə… Həyat çırağımızı əlində gördüyümüz Qərbli, bizdən çox əvvəl uzanmışdı müsəlla daşına… Onun ölümü Nitşsenin xəyalında tanrıya ölüm hökmü verib: “Tanrı öldü” deyə elan etdiyi gündür. Əslində ölən Qərbli və zavallı insanımız idi. “Zindandan çıxıram” deyə sevinərkən bataqlığa düşən insanımız… Hər şeyi rədd və inkar edən sərazad(azad) insanımız… Axı hansı zindandan qurtulub nəyi əldə etmişdi? Heç nəyi… Nə qurtulmuş, nə də bir şey əldə etmişdi. Sadəcə həyatın ritmi dəyişmiş və başqa bir istiqamətdə duyulan yenə də eyni əyləncə idi.

Bəli, Elena cadugəri yeni bir qəlbi diz çökdürmüşdü. Qəlbin kimə aid olmasının nə əhəmiyyəti var qələbə şeytanın olduqdan sonra… Xristofer Marlovda məğdur (xəyanət görmüş) həkim Faust, Hötedə sadəcə Faust. Hər iki naşı aşiqin məşuqəsi də Ellinizm Məlikəsi deyilmi? Şeytan eyni şeytan, lakin anlayan kim? Əvvəlki gün Troya önündə taxta at, dünən Qərbi udan bir div, bu gün mədəniyyət dağıntıları üzərində oturmuş əjdaha. Ümidlərimizlə birgə həssaslığımızı da alıb aparan bir əjdaha…

Qərbdəki qaynaşmadan, yıxılışdan bizə nə; “Abı-paka nə zərər vaqvaqayi- qurbağadan?” deyənlər ola bilər, lakin heç də belə olmadı. Orada meydana gələn sarsıntı bizi də yerlə bir etdi. Sərhədlər açıldı; körpülər çökdü; sular pərişan oldu. Məscid də getdi, mehrabı da… Bu qiyamətdən qurtula bilmədik… Kaş ki qurtula bilsə idik. Əsrlər boyu inkişaf etdirdiyimiz, kamilləşdirdiyimiz dəyərlərimizlə, bu böyük vakuuma müqavimət göstərə bilmədik və məğlub olduq. Məğlub oduq, amma kəsən, biçən, çeynəyən öz dişlərimiz oldu.

Sonra, illərcə ağlayıb nalan (nalə, fəğan edən) olduq, “sirişki-çeşmimiz” (göz yaşı) çağlayanlardan fərqsiz axıb getdi… Keçmişimizə, tariximizə, itirdiyimiz iqbalımıza, gələcəyimizə ana-atadan yetimlər kimi ağladıq. Dost vəfaya yanaşmır, düşmən cəfadan doymur; tale zəbun, bizlər bitib-tükənmiş halda inləyə-inləyə qaldıq. Üstümüzdə ənindən bir bulud, ətrafımızda fəryaddan bir lücceyi-dərya.

“Get vətən! Kəbədə siyaha bürün!
Bir qolunu Rövzeyi-Nəbiyə uzat!
Birini Kərbəlada Məşhədə at!
Kainata o heyətinlə görün! ”
(Namiq Kamal)

deyə gecələrə dərd qatıb inlədik, fəryaddan şikayətlərlə bir uca dərgaha “ərzi-hal” etdik. Bəli, hər şeyin sahibinə bel bağlayıb, miskin halımızla minarə boyda ümidlər arxasınca düşdük, şiri-jiyanın (yaralı aslan) ətrafa “yol verin” deyəcəyi günün ümidləri ilə. İnanırdıq ümidimizə işıq verənə, dizimizə təpər gətirənə; millətimizə, insanımıza… Qəlbimizin tellərinə vurduğumuz hər mizrabda nikbinliyin nəğmələrini duyur, gözümüzün önündə dirilişimizi təbrik edən işıqların yanıb söndüyünü görürdük.

“Abistəni-səfau-kədərdir ləyal həp. Gün doğmadan məşiməi-şəbdən nələr doğar…”[1] (Rəhmi)

Nəhayət biz, min bir girdabla mücadiləmizə davam edək, nəsilimizin üzünə gülən şəfəqlər üfüqümüzdə görünməyə başladı. Amma yenə ağlayırıq; dünən bir xarabazara, bu gün də laləzara… Ağlayırıq qəmgin buludların dağılışına, gözü qurumuş səmamızdan leysan yağmasına, torpağın bahar ətri saçmasına və hər şeyin yenidən dirilişinə… Yeni qanad açan sərçələrə, baş qaldırmış tumurcuqlara, min iniltiyə, min sancıya…

Əlimizdə bahardan bir dəstə gül, gözümüz gülə şəbnəm yetişdirir və “Əsrin qəribələri” olaraq “qışda gəlmiş”in qapısında böyük müjdəni zümzümə edirik: Sünbüllərin kəmər bağladığını, toxumların başaq saldığını, gülün qəmzə satdığını, bülbülün nəğmə söylədiyini və bir novbahar olduğunu.

Səpdiyin dipdiri toxumların qismən soldurduğumuz çiçəkləri ilə hüzuruna gəlmişiksə, bizi qınama! “Sultana sultanlıq, gədaya gədalıq yaraşar”. Biz, bu zəmanənin rüzgar vurmuş qəribləri, ruh və könül həyatına qovuşa bilmədik və təmizlənib paklaşa bilmədik.

“Nəzərdən dur qılma bəndəganı gözlə Sultanım.” (Kətəncizadə)

Sızıntı, May 1979

[1] “Gecələr səfa və kədərə hamilədir. Gün doğmadan gecənin bətnindən nələr doğar.”

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message