Məhəmmədi ruh və məna içində dialoq

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Prizma » Məhəmmədi ruh və məna içində dialoq

Sual: Fərqli təbəqələr arasında dialoqa girərkən nə cür rəftar edilməlidir?

Cavab: Əslində bu suala bir cümləlik cavab istənsə idi: “Öz tolerantlığı
ilə Məhəmmədi ruh və mənaya sahib olmalıyıq”
deyərdim. Yenə də elə demiş
olum, sonra deyəcəyim şeylər də onun izahı olsun.

Quran və Sünnəyə bu prizmadan baxınca mövzu ilə əlaqəli bir çox ayə və hədis
tapmaq mümkündür. Bir insan bir az səy göstərsə, bir az diqqətlə Quran ayələrinə
göz gəzdirsə, bu mövzuya əsas ola biləcək bir çox ayə tapa bilər. Şəxsən mən iddialı
olmağı sevmirəm.. yarım-yarımçıq da hafizliyim var.. buna baxmayaraq müsamihə, əfv,
dialoq və hər kəsə könül açmaqla əlaqəli bir çox ayəni dalbadal deyə bilərəm. Məhz
bu cəhət İslam dininin ümumbəşəri xüsusiyyətini, yəni universallığını göstərir.

Qaldı ki, “İslam” mənşə etibarilə silmi (barışıq, sülh, asayiş), təslim olmağı,
təhlükəsizliyi, etibarı ifadə etmirmi? Elə isə, bu dəyərləri təbliğ və təmsil etmədən
həqiqi müsəlman olmağımız qeyri-mümkündür. Bəli, İslam adının mənaları altında hər
kəsə qucaq açmaq, hər kəsə və hər şeyə sevgi ilə yanaşmaq vardır. Lakin əgər ona
bu prizmadan nəzər yetirməsək və buna görə yaxınlaşmasaq, nə İslamı anlamış, nə
də təbliğ və təmsilini edə bilmiş sayılarıq.

Hərçənd ki, Qurani-Kərimdə baş qaldıran insanlara qarşı müəyyən cəza üsulları
var. Bu üsulları nəzərə alaraq Həzrəti Əbu Bəkir, Ömər, Osman, Əli Əfəndilərimiz,
Əməvi, Abbasi, Səlcuqlu və Osmanlı dövrlərində aparılan bir çox tarixi tətbiqlərdən
bəhs etmək olar. Lakin biz o tətbiqləri bağlı olduqları tarixi cizgidən qopararaq
qiymətləndirməyə çalışsaq, səhv qənaətlərə gələrik. Elə isə, siyak-sibak (əvvəli
və sonu etibailə)
münasibətini nəzərə alaraq, o hadisələrə baxmaq və hər şeyi
bu prizmadan qiymətləndirmək şərtdir. Bəli, deyə bilərik ki, İslamda sülh, sevgi,
əfv, müsamihə əsas, sair şeylər isə arizidir (ikinci dərəcəli, nisbi).

Digər yandan da, ata-babaların: “əvvələn və bizzat” (birinci və bilavasitə) dediyi,
mükəlləflər üçün ön planda olan mövzuları önə çıxarmaq lazımdır. Məsələn, Cənabi-Haqq
sevgiyə önəm verir, Onu sevəni sevdiyini bildirir, ən çox sevdiyi insana Allahı
sevən mənasına gələn “Habibullah” adını verir. Elə isə, biz də buna əsasən ona üstünlük
verməliyik. Münafiqlərə qarşı cihad, kafirlərə qarşı sərt davranmaq.. kimi hökmlər
yenə atalarımızın ifadəsi ilə “saniyən və bill arez”dir (İkinci dərəcəli və dolayısilə).
Qaldı ki, onlara sərt davranmaq, mübarizə aparmaq və lazım olduğu yerdə öldürmək
müxtəlif səbəblər daxilində mümkündür. Əgər bu səbəblər mövcud deyilsə, hökmlər
də tətbiq edilə bilməz . Zahidi-Kövsərinin uzun-uzun bəhs etdiyi misalla mövzunu
bir az da açaq: “Qurani-Kərimdə zəkatın veriləcəyi yerlər izah edilərkən, qəlbləri
İslama isindiriləcək şəxslər (müəlləfəi-qulub) də zikr edilir. Allah Rəsulu (s.ə.s.)
həyatı boyu bu hökmü həmişə tətbiq etmişdir. Əfəndimiz (s.ə.s) vəfat edənə qədər
də bu hökmün nəshinə (Şəriətin bir qanununun başqa bir şəriət qanunu ilə hökmünü
ləğv etmək)
dair hər hansı bir sənəd yoxdur. Halbuki, Həzrəti Ömər (r.a.) xilafəti
dövründə bu məqsədlə yanına gələnlərə verilən şeyləri təsdiqləməz, təsdiqləmək bir
yana, əllərindəki fərmanı cırıb atır. Arxasınca da: “Əvvəllər İslam zəif idi, bu
gün isə müsəlmanlar qüvvətli və güclüdür. Belə bir şeyə ehtiyac yoxdur”, -deyib
onları uzaqlaşdırır. İndi siz Həzrəti Ömərin (r.a.) Əfəndimizin tətbiq etdiyi bir
hökmə belə qarşı çıxmasını ağılınıza sığışdıra bilməyə bilərsiniz. Lakin İslami
elmlər yönündən məsələyə baxılsa, Həzrəti Ömər (r.a.) Qurandakı bu hökmün səbəbini
qavramış və buna görə hökm vermişdir. Quran isə bu köməyi qəlblərin təlifinə bağlamışdır.

Qurani-Kərimdəki ölüm, sürgün, müharibə kimi hökmlər belə müxtəlif səbəblərə
bağlanmışdır. Buna bənzər səbəblər mövcud deyilsə, görüləsi yeganə iş “vəzu-nəsihətdir”,
“əmri-bil mərufdur” (yaxşılığı yaymaq), “qövli-leyyindir” (yumşaq dil,
üslub)
və “tövri-leyyinlə” (yumşaq, nazik davranış İslamın gözəlliklərini yaymaqdır.
Bu səbəbləri nəzərə almadan Quranı “Zahiri”lərin anladığı kimi anlayıb vurub, qırıb,
döyən insanlar təəssüf ki, nə hökmü, nə hökmün mənbəyini və nə də İslamı anlaya
biliblər.

Lakin səbəblər təsdiqlənəndə, əlbəttə, o hökmlərə, hökmün çərçivəsi içində əməl
edilməlidir. Məsələn, siz Allahın adını ucaldarkən edərkən, sizi öldürməyə cəhd
etdilər və ya müxtəlif səbəblərlə vətəninizə hücum etdilər. Onda siz onlara müharibə
elan etməyəcəksinizmi? Çanaqqalada etdikləri kimi “kimi hindi, kimi yamyam,
kimi bilməm nə bəla”
toplanıb üzərinizə gəlsələr, siz bir küncdə səssiz
oturub: “Nə yaxşı gəldiniz?” -deyəcəksiniz? Yoxsa, canınızı bu yola qoyaraq mübarizəmi
edəcəksiniz?

Bir baxın dünyanın halına!.. Bu yaxınlarda bir qəzetin verdiyi xəbərə görə, dünyanın
56 yerində müharibə gedirmiş. Bu əsrin sonlarında dünyaya demokratiya ixrac edən
və humanizmi bayraq edən ABŞ Viyetnamda, Körfəzdə həmişə müharibə apardı. Sudanı,
Liviyanı terrorist elan etdi. Üstəlik həmişə bunları demokratiya naminə etdiyini
söylədi. Sadəcə ABŞ-mı? Əlbəttə, xeyr. Ruslardan, serblərə, fransızlardan ingilislərə
qərər uzanan cizgidə hələ də müharibə gedir. Elə isə, müharibəyə qarşı çıxmaq bəşəri
reallıqlara qarşı çıxmaq deməkdir. Buna görə də, demokratik haqq və azadlığımıza
təcavüz edilsə, əlbəttə, özümüzü müdafiə edəcək və lazım olanda vuruşacağıq. Lakin
başda da ifadə etdiyim kimi, bütün bunlar ikinci dərəcəli məsələlərdir. İslamda
əsas olan sülhdür, barışdır, insanlığı sevgi ilə qucaqlamaqdır.

Sualınızla əlaqəli məsələnin bir başqa yönü, dialoqda olduğumuz insanlarla “fəsli-müştərək”ləri
(müştərək cəhətləri) artırmaq və bunların ətrafında söz açmaq lazımdır. Hətta söhbət
etdiyiniz, görüşdüyünüz bu insanlar yəhudi və xristian belə olsa, yenə bu düşüncə
ilə hərəkət edilməli və müvəqqəti bizi bir-birimizdən ayıracaq xüsuslar barədə bəhs
edilməməlidir. Məsələn, siz onlarla Allah, axirət mövzularında razılaşa bilmədinizsə,
onlara Əfəndimizi (s.ə.s.) izah etmənin bir mənası yoxdur. Əfəndimiz (s.ə.s.) bizim
canımızdır.. Onsuz (s.ə.s.) bir həyat yerin dibinə batsın! Belə ki, Ondan (s.ə.s.)
bəhs edərkən, zaman çox yaxşı müəyyən edilməlidir. Baxın Qurani-Kərim kitab əhlinə
olan münasibətlə deyir ki: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan
(fərqi olmayan) bir kəlməyə tərəf gəlin!”
O hansı sözdür? “Allahdan
başqasına ibadət etməyək.” (Ali-İmran, 3/64).
Çünki həqiqi azadlıq başqalarına
qulluq etməkdən xilas olmaqla reallaşa bilər. Allaha qul olan başqalarına qul olmaqdan
xilas olar. Gəlin bu mövzu üzərində birləşək, bütünləşək. Və yenə: “Allahı
qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!”
(Ali-İmran, 3/64) -deyir
Quran. Diqqət edin! Bu çağrışda “Muhammədun Rasulullah” yoxdur. Başqa bir ayədə:
“(Ya Peyğəmbər!) İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı
bir qövmün cəzasını (özü) versin deyə, Allahın (əzab) günlərindən qorxmayanları
(əzab günlərinə, qiyamətə inanmadıqları üçün gözləməyənləri) bağışlasınlar!”

(Casiyə, 45/14). Yəni axirətə və öldükdən sonra dirilməyə inanmayanları bağışlasınlar.
Çünki “Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri
özünə olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız.”
(Casiyə, 45/15).
Yəni cəzalandıracaqsa, onları Allah cəzalandırar və bu məsələyə biz müdaxilə edə
bilmərik.

Bu mövzuda başqa bir misal: Əfəndimiz (s.ə.s) Uhud döyüşünün axırında Məkkəli
müşriklərə qarğış etmiş, başqa bir rəvayətdə də bəzən səhər namazında səsli olaraq
bəzi Ərəb qəbilələrinin adlarını sayaraq onları Allaha həvalə etmiş.. Zəif rəvayətə
görə də ”Biri-Maunə” hadisəsində səhabələrini şəhid edən qəbilələrə 30-40 gün boyunca
qarğış etmişdir. Arxasınca da: “(Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir
şey yoxdur. (Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər,
çünki onlar, həqiqətən, zalım kimsələrdir.”
(Al-İmran, 3/128) ayəsi nazil
olmuşdur ki, anlayana görə burada mülayim bir xəbərdarlıq da var.. Bəli, rəqiq (incə)
Peyğəmbərin (s.ə.s.) rəqiq qəlbini incitmədən edilən bir sərzəniş (eyham vurmaq).
Yəni: “Sən səninlə bağlı olmayan mövzulara niyə girirsən? Halbuki, bunlar səni maraqlandırmayan
şeylərdir.”

Bura qədər verdiyimiz misallarda da göründüyü kimi, dialoqda ən əhəmiyyətli məsələ,
fəsli-müştərəklər üzərində cəmləşmə və bunun ətrafında müzakirələr aparmaqdır.

Yeri gəlmişkən, illər əvvəl dinlədiyim bir xatirəni sizlərə anlatmaq və bununla
mövzuya bir az daha aydınlıq gətirmək istəyirəm. Mövlana Xalid Bağdadi Həzrətləri
xəlifələrini dünyanın hər bucağına göndərir. Bunlardan -Şeyx İsmət Əfəndi ola bilər-
bir müridi də İspartaya gəlir. O, camaata nəsihət verərkən, hahamlar (yəhudi
rahibləri)
və keşişlər də gəlib dinləyirlər. Bir gün o camaata elmi həqiqətlərin
dili ilə Allahın varlığını izah edir. Məsələn deyir ki: “Bir hüceyrədə 40 min atom
var. Təxmini hesablamalara görə belə ola bilməsi üçün 10 üstü filan qədər sıfır
olmalıdır ki, bunu oxumağımız qeyri-mümkündür” və ya “Günəşdə saniyədə filan qədər
hidrogen atomu helyuma çevrilir və söhbətin axırında “Bu bizə Allahın varlığını
göstərməzmi, hahambaşı?” -deyir. Hahambaşı da onu təsdiq edir. Başqa vaxt eyni şeyi
keşişə soruşur. Keşiş də: “Haqlısınız, xoca əfəndi” cavabını verir. Nəhayət, bir
dəfə Həzrəti Məhəmməddən (s.ə.s.) bəhs edincə haham da, keşiş də: “Xoca əfəndi,
etiqadımızı pozma”, -deyə dərhal etiraz etmişlər. Bəli, Əfəndimiz (s.ə.s.) bizim
canımızdır, ruhumuzdur. Onsuz (s.ə.s.) həyat batsın və yerin dibinə girsin! Amma
Onun naminə nəsə ediriksə, yenə Onun xatirinə yeri və zamanı yaxşı müəyyən etməliyik,
nəyi, harada və nə vaxt söyləyəcəyimizi çox yaxşı təyin etməliyik. Xülasə, fəsli-müştərəklər
ətrafında dönmək dialoq adına diqqət ediləsi ən əhəmiyyətli məsələlərdən biridir.

Və son bir məsələ: münasibətdə olduğumuz şəxslərlə edəcəyimiz söhbətləri əvvəlcədən
çox yaxşı təyin etməliyik. Məsələn, bir ateistə Allahın varlığını onun anlaya biləcəyi
bir dil və üslubla.. qədər haqqında şübhə və tərəddüdləri olan və ya İnsanlığın
İftixarının (s.ə.s.) “xatəmi-divani-nübüvvət” olduğu mövzusunda şübhəsi olanla da
o mövzulara çox yaxşı bələd olaraq və vaxtını yaxşı təyin edərək izah etmək lazımdır.
Yəni hər kəsin nəbzini tutma və nəbzə görə şərbət vermə əsas olmalıdır.

Ancaq mən, yaşadığımız dövr etibarilə əqidə ilə əlaqəli məsələləri müzakirə etmə
kimi bir problemin olmadığı qənaətindəyəm. Onsuz da, bütün dünyada dinə bir yönəliş
var. Bu baxımdan, indilərdə təmsilin çox daha əhəmiyyətli olduğunu düşünürəm. Bəli,
bu gün, iffətli, təmkinli, tədbirli, səmimi, ixlaslı, çalıb-çapmayan, özünü çox
düşünməyən, hasbi, yaşatma həzzi ilə yaşamaqdan imtina etmiş, dünyəvi arzuları olmayan
Haqq ərlərinə ehtiyac var. Əgər cəmiyyət bu xüsusiyyətlərlə bəzənmiş insanları tapa
bilsə, təmiz vicdanlar onlara doğru yönələcək və dinə sarılacaqdır. Son dövrdə bu
cür insanlara göstərilən təvəccöhün arxasında bu mülahizənin olduğunu zənn edirəm.
Rəbbim sırati-müstəqimdən ayırmasın! Amin!

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message