23.01.1995 "Sabah" və "Hürriyyət" qəzetlərinə müsahibə verdi

"Sabah" qəzetindən Nuriyə Akman ve "Hürriyyet" qəzetindən Ertuğrul Özkökə
verdiyi müsahibələr. Müsahibələr Türkiyənin durumu, Baş Nazir Tansu Çillər
ilə görüş, İslamiyyət, siyasət, qadın və təhsil mövzuları ətrafında həyata
keçdi.

11.02.1995 Polad Renaissanceda "Qazetəçilər və Yazarlar Vəqfi"nin
iftarına qatıldı

Fəthullah Gülən çıxışında bu toplantının birliyə
vəsilə olmasını dilədi.

23.02.1995 Ankara Hiltonda "Qazetəçilər və Yazarlar Vəqfi"nin
iftarına ismarıc göndərdi

"Qazetəçilər və Yazarlar Vəqfi"nin
23 fevral 1995 çərşənbə axşamı verdiyi iftara siyasət, bürokratiya və universitet
çevrələrindən bir çox ictimai xadim iştirak etdi. Dəvətə gələ bilməyən Fəthullah
Gülən gələ bilməməsinin səbəbini, orucla əlaqəli şəkər və təzyiqlə əlaqəli
narahatçılığını açıqlayaraq "Qazetəçilər və Yazarlar Vəqfi" timsalında iftara
gələnlər bir ismarıc göndərdi.

20.03.1995 Bülent Ecevitlə görüşdü

Fəthullah Gülən
mart ayında Bülent Ecevitin ziyarətinə getdi. Ecevit bu görüşün çox faydalı
olduğunu və siyasətdən daha çox elm və fəlsəfə mövzularında söhbət etdiklərini
söylədi.

10.05.1995 Nəzakət ifadəsi olaraq Hikmət Çətini ziyarət etdi

Fəthullah Gülən Hikmət Çətinlə Qurban bayramının ikinci günü Çetinin millət
vəkillərinin evində görüşdü. Görüş bayram münasibətilə həyata keçdi.

26.05.1995 "Türk Ocaqları Vəqfi"ndən mükafat aldı

"Nihal Atsız Türk Dünyası Hizmet Ödülü" təşviqləriylə Türk dünyasında bir
çox məktəbin açılmasına səbəb olduğuna görə Fəthullah Gülənə verildi.

09.06.1995 Baş nazir Tansu Çillər ilə ikinci dəfə görüşdü

Baş nazir Tansu Çillərlə Fəthullah Gülən 1994-cü ildəki görüşündən sonra
ikinci dəfə İzmirdə bir araya gəldilər. Çillər Özəl Yamanlar liseyinin buraxılış
günündə iştirak etdi. Mərasimdən sonra Çillər və Gülən 45 dəqiqəlik bir
söhbət etdilər.

15.06.1995 Məsud Yılmazı ziyarət edərək bir görüş keçirdi

Əvvəllər də Çillər və Ecevitlə görüşən Fəthullah Gülən Məsud Yılmazla bir
araya gəldi. Ankarada keçirilən görüşdə Gülən, Yılmaza Türkiyənin son vəziyyətilə
əlaqəli fikirlərini bildirdi.

22.06.1995 Siyasətçilərlə görüşlərinə dair mediaya açıqlama
verdi

Fəthullah Gülən, Sünni-Alevi ve sağ-sol dostluğu adına
gördüyü təşəbbüslərin və bu arada Cumhuriyyət Xalq Partiyası Gənəl Başqanı
Hikmət Çətin ilə görüşün qeyri-adi heç bir şeyin olmadığını söylədi. Gülən
"Keçirdiyim görüşlərin bəziləri tərəfindən qeyri-adi qarşılanmasını bu insanların
daşıdıqları vəzifə, xüsusiyyət və səviyyələri ilə əlaqələndirməkdə çətinlik
çəkirəm",-dedi.

01.07.1995 "Mehmetçik vəqfi"nə maddi yardım göstərdi

Fəthullah Gülən "Cumhuriyyət" qəzetindən Hikmət Çətinqayanın yazdığı yazılardan
ötrü mənəvi təzminat qazandı. Aldığı əlli milyon lirəlik təzminatı 1995-ci
il 30 iyun tarixində "Mehmetçik vəqfi" nə bağışladı. Bu xəbər 1 iyul 1995-ci
il tarixində "Zaman" qəzetində çap olundu.

02.07.1995 Kırkpınar güləşlərinə baxmaq üçün Sarayiçinə getdi

634-cü tarixi Kırkpınar güləşlərinin axırıncı günündə Sarayiçinə gələrək
güləş yarışlarını izləyən Fəthullah Gülən xoca əfəndiyə böyük qayğı göstərildi.
Fəthullah Gülən daha sonra dərəcə alan pəhləvanları tək-tək təbrik etdi.

03.07.1995 TRT "Atəş Xətti" verilişində Rəha Muxtara müsahibə
verdi

Fəthullah Gülən, "Atəş Xətti" verilişinin İstanbul studiya
Rəha Muxtarla uzun bir görüş keçirdi.

25.07.1995 "Mehmetçik Vəqfi"ndən təşəkkür bəraəti aldı

Fəthullah Gülənə "Türk Silahlı Qüvvətləri Mehmetçik Vəqfi"ndən bir təşəkkürnamə
verildi.

02.08.1995 TBMM Sədri Hüsaməddin Cindoruku ziyarət etdi

Fəthullah Gülən, Məclis Sədri Hüsaməddin Cindoruku məclisdəki iş yerində
ziyarət etdi.

13.08.1995 "Zaman" qəzetindən Eyyub Cana, daha sonra "Üfüq
turu" adı altında kitablaşdırılan müsahibəsini verdi

On bir gün
boyunca silsilə şəklində dərc olunan bu müsahibədə Fəthullah Gülənin həyatı
və qayəsi, din, təsəvvüf, doqmatizm, fəlsəfə, ədəbiyyat, siyasət və Orta
Asiyaya açılışla əlaqəli bir çox mövzuya aydınlıq gətirdi.

15.08.1995 Hakan Şükürün toyunda iştirak etdi

Fəthullah
Gülən Qalatasaraylı Hakan Şükürün 15 avqust 1995-ci il çərşənbə axşamı keçirilən
nikah mərasimində iştirak etdi və Hakan Şükürün nikah şahidi oldu.

20.08.1995 "Cumhuriyyət" qəzetindən Oral Çalışlara müsahibə
verdi

Yeddi gün dalbadal dərc olunan bu müsahibədə cumhuriyyət,
dünyəvilik, şəriət, təhsil, demokratiya və qadın mövzusunda verilən sualları
cavablandırdı.

14.09.1995 Xəstəliliyinə görə ürəyini müayinə etdirdi

Fəthullah Gülən uzun müddər onu narahat edən ürəyini yoxlatmaq üçün Amerika
xəstəxanasında ürəyini müayinə etdirdi.

19.09.1995 Bosniyalı uşaqlara maddi yardım məqsədiylə tərtib
olunan futbol oyununu izlədi

"Qazetəçilər və Yazarlar Vəqfi"nin
təşkil etdiyi futbol oyunu, İstanbulda "Hər şey Bosniyalı Uşaqlar Üçün"
şüarıyla oynanıldı. Futbol tədbirində əldə edilən qazancla Bosniya 
Hersoqovina Saraybosniyalı uşaqlar üçün bir məktəb tikildi. Oyunu Maradona
və Fəthullah Gülən yan-yana izlədi.

11.10.1995 Hökümət krizi və Muhtıra şaiələrinə açıqlama verdi

"8 oktyabr 1995-ci il bazar günü bəzi dəyərli qəzetçi dostlarlarımızla bir
araya yığılmağımız nəzakət ziyarəti mahiyyətini daşıyırdı.

Çay süfrəsi ətrafında bəzi suallar cavablandırıldı və mövzu ətrafında
cavablar verildi. Nə dünən, nə də bu gün siyasi hər hansı mülahizəm olmadığı
kimi, sabah da olmayacaq. Bu mənada heç kəsi himayə etmə hədəfim olmadığı
kimi, heç kimin əleyhində olmağı da fikirləşmədim.

Söhbət açılan mövzular hal-hazırda Türkiyənin yaşadığı krizlər ətrafında
cərəyan etdi. Bu arada on beş ildir ki, tez-tez dedigodu edilən memorandium
kimi narahatlıqlar üzərində də duruldu.

Eşitdiyim bəzi şeylərə istinadən demokratiya adına qayğılarımı dilə gətirdim.
Qətiyyən hər hansı bir şəxsə qəsd etmədiyim kimi, bəziləri tərəfindən qəsdən
ortaya atılma ehtimalı olan belə bir hadisəni, keçmişdən bəri həmişə hörmət
elədiyim ali bir müəssisəyə aid etməməyə çox diqqət etdim. Qəti olan fikrimin
bu şəkildə dəyərləndirilməsini hörmətlə ərz edirəm."

18.10.1995 "Milliyyət" qəzetini ziyarət etdi

18
oktyabr 1995-ci ilin çərşənbə günü "Milliyyət" qəzetini ziyarət edərək şirkətin
yazıçı və idarəçilərilə görüşdü.

19.10.1995 Hollandiyanın bir televiziya kanalına müsahibə
verdi

Bu müsahibədə həyatı, fikirləri, fəaliyyətləri, İslam və
dünyəvilik ətrafında söhbət edildi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message