411-ci nəğmə: Fəthullah Gülən Xocaəfəndi: “Utanılası iş görməmisiniz; mətin dayanın, axirətə borclu gedən siz olmayın!”

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » "Herkül nəğmə" » 411-ci nəğmə: Fəthullah Gülən Xocaəfəndi: “Utanılası iş görməmisiniz; mətin dayanın, axirətə borclu gedən siz olmayın!”

411-ci nəğmə: “Utanılası iş görməmisiniz; mətin dayanın, axirətə borclu gedən siz olmayın!”

  • Mənəvi dünyamızı təmizləyən tövbə, inabə, övbələrdir. Təki ürəkdən gəlsin. Üst-başımıza bir də nəsə sıçramasın deyə çox ciddi, hətta dəlicəsinə həssas olmalıyıq.
  • Vəhm və vəsvəsəyə qapılmamalı, ancaq bir o qədər də arınma aşiqi və məftunu olmalıyıq… Xəyaldan keçənlərə belə fövqəladə diqqətli olmalı və vaxt keçirmədən arınma bulaqlarına üz tutmalıyıq. Beş vaxt namaz arınma bulaqlarından biridir. Tövbələr, isteğfarlar, inabələr, övbələr də arınma bulağıdır. Hətta verilən sədəqələr belə arınma bulağıdır. İslam dininin ucalması naminə, Həzrəti Məhəmməd Mustafanın (sallallahu aleyhi vəsəlləm) adının hər tərəfə yayılması naminə edilən hər bir əməl, hər bir fəaliyyət, şübhəniz olmasın, bir arınma bulağıdır. Bunların hər birinə baş vuran insan pürpak olar, inşaallah.
  • Bəli, təmizlik məsələsində fövqəladə həssas olmaq lazımdır. Mən “dəlicəsinə” dedim, siz bunu “ciddiyyət” olaraq başa düşün. Bu məsələdə çox ciddi olmaq və mətin dayanmaq lazımdır. Mətanətli olduqdan sonra el-aləm sizə nə deyir-desin.
  • Həzrət Ömər (radiyallahu anh) ordunu qoyub Kabəyə həccə getdiyinə görə Həzrəti Xalidi (radiyallahu anh) tənbeh atmişdi. “Sənin ordunun başında dayanmağın Kabəyə getməyindən daha vacibdir”. Bu prinsipi yaxşı qavrayan otuzdan çox Osmanlı hökmdarından heç biri həccə getməmişdir. Həcc onlara fərz deyildi? Əlbəttə fərz idi! Ancaq ondan daha böyük fərz varsa, millətin birliyi-bütövlüyü məsələsi varsa, başqa millətlər millətinə diş qıcayırsa, belə bir vəziyyətdə mövqeyini ortaya qoymaq və vəzifənin başından ayrılmamaq daha vacibdir.
  • Xalid ibn Vəlid dünyalara dəyər sərkərdə idi. Allah (cəllə cəlaluhu) iki böyük imperiyanı onun qılıncı ilə diz çökdürmüşdür. Əsgərlər Xalidə o dərəcədə bağlı idi ki, onsuz addım atmazdılar. Yərmük müsəlmanlar üçün ölüm-qalım müharibəsi olmasına baxmayaraq, xəlifə Həzrət Ömər (radiyallahu anh) döyüşdən əvvə onu vəzifədən uzaqlaşdırmışdır. Əmri elan edən Məhəmməd ibn Məsələmə Həzrəti Xalidin başındakı sarığı boynuna dolayıb onu bu vəziyyətdə xəlifənin hüzuruna çıxarmışdı. Həzrət Ömər: “Ey Xalid, Allah şahiddir ki, səni çox sevirəm. Ancaq xalq bütün zəfərləri səndən bilir. Halbuki zəfərləri ehsan edən Allahdır. Xalqın şirkə düşməsinə yol verə bilmərəm. Buna görə də səni vəzifədən uzaqlaşdırıram”, – deyir.
  • Başa keçərək, yüksək vəzifələrə gələrək nəsə bir iş görmək deyil, Allahın dərgahında yüksəlməyə və Ona yaxın olmağa çalışaq!
  • Siz Hizmətdə öhdənizə düşəni edirsiniz. Edə bilməyənlər ilişəcəklər… paxıllıq edəcəklər… “Bunlar olmasaydı!” deyəcəklər. Bəzi vaxtlar gücünüzdən istifadə etmək üçün, sizdən dəstək almaq üçün səslərini çıxarmayacaqlar. Amma məsələ o həddə çatacaq ki, paxıllıq xortlayacaq. Ağzına gələni sizə deyəcəklər.
  • Amma bu günədək sizə “oğru” deyən olmadı, elə deyil? Hamınızın üzü ağ, alnı açıq! Əlhəmdulilləh, bizə “oğru” deyən olmadı. “İrtikab elədiniz” deyən olmadı, əlhəmdulilləh! “İxtilas etdi (məniməsəmək)” deyən olmadı. “Tenderdə saxtakarlıq etdi” deyən olmadı. “Yaxınlarını irəli çəkdilər” deyən olmadı. Nə dedilər? Gülməli şeylər danışdılar.
  • Elə şeylər deyirlər ki, 20 ildir 160-dan çox ölkədə sizinlə oturub-duran insanlar onların dediyinin ondabirini demədilər. Amma mən sizə bir şey deyim… vallah, billah, tallah iyirmi il deyil, iyirmi ay deyil, iyirmi həftə deyil, iyirmi saat deyil… sizinlə (bir müddət) oturub-durmayan, gecə həyatınızı (ibadət) bilməyən, Allahla rabitənizi bilməyən, Peyğəmbərlə rabitənizi bilməyən, gecə təhəccüd namazı qılmamağı böyük günah sayan, tövbəsiz keçən günü hədər sayan, sizin bu yönünüzdən xəbəri olmayan bəzi ədəbsizlər sizə “xaşxaşi” deyir, “çətə” deyir, “örgüt” deyir… Bu gülünc iddialarla 160 ölkənin qabağında gülünc vəziyyətə düşürlər.
  • Siz indiyədək etibarınıza – Allahın izni və inayəti ilə – toz qondurmamısınızsa, vəzifəniz və məqamınız etibarilə “dövlətin malı dəniz, yeməyən…” deməmisinizsə, məncə, ayıb iş görməmisiniz! Heç vaxt utanmayın! Daim mətanətli olun, Allahın izni və inayətilə… və Cənabi-Haqqın sizə lütf etdiyi doğru yoldan ayrılamyın. Ayrılmayın, çünki o yol Həzrəti Rəsuli-Zişanın şəhrahıdır, getdiyi yoldur.
  • Gülünc əziyyətə düşən insanlar, başqalarına gülərək təsəlli taparlar. Başqalarını ittiham etmək surətilə nöqsanlarının üstünü örtməyə çalışarlar. Xalqın yaddaşına həkk olan quldurluğu, oğurluğu, irtikabı və ixtilası süni problemlər icad edərək unutduracağını zənn edirlər. Halbuki xəbərləri yoxdur, hər yada düşən o çirkab, o fənalıq xalqın nöronalrında canlanır.
  • Xülasə, etdiyiniz xeyirxah əməllərin zərrəsini belə adını çəkməyən, əskinə sizə pislik edənlərdən belə incinməməli, eyni şəkildə qarşılıq verməməlisiniz. Kimsəyə borclu qalmayın, əksinə verən olun, amma verdiyinizi heç vaxt tələb etməyin. Axirətə də bu şəkildə gedin.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message