409-cu nəğmə: “Allah hesaba çəkər!”

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » "Herkül nəğmə" » 409-cu nəğmə: “Allah hesaba çəkər!”

409-cu nəğmə: “Allah hesaba çəkər!”

  • İnsanın başına gələn müsibətləri özündən, öz nəfsindən bilməsi imanının kamilliyinin göstəricisidir. Belə ki, Cənabi-Allah Qurani-Kərimdə: “Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir.”(“Nisa” surəsi, 4/79), “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır!” (“Şura” surəsi, 42/30) kimi ayələrlə bu məsələni diqqətə çatdırmışdı.
  • Bu həqiqət iradəni inkar etmə mənasına gəlmir. “Meyelan” və “meyelandakı təsərrüf” “Bərabər olan iki şeyin ortasında dayanıb bir tərəfə (mənfi və ya müsbət) meyil etmək” deməkdir.
  • Dünya villalarına müqabil bilavasitə Allah tərəfinfən verilən “cənnət villaları”… Huri, qılman, şubban, inci dənələri kimi saçılan övladları ilə… nöqsanı olmayan, əbədi, bitib-tükənməyən, qocalıqla ürəyinizi sıxmayan, ölümlə sizi nigarançılığa salmayan… sonsuz bir həyat…. Axirət Onun əbədiyyətinin bir kölgəsidir…
  • Gözünü əbədiyyətə dikən insanların hər əməli əsl qayəyə müvafiq olmalıdır. Biz – yolumuz etibarilə, həqiqi mömin olma arzusu etibarilə və səhabə yolunu seçməyimiz etibarilə – adanmışlıq prinsipinə sadiq qalmalıyıq…
  • Etdiyimiz bütün xeyirxah əməllərə müqabil adanmışlıq və təmənnasızlıq… Dünyanın rəngini, naxışını dəyişdirsək də, göy sakinlərinə yeni bir sima ilə təqdim etsək də, mələkləri belə heyrətə gətirsək, onlara “Biz buna bacara bilməzdik” dedirtsək də… müqabilində heç bir təmənna ummamalıyıq!
  • Teymurləngin Seyyidi-Şərif Cürcani və Taftəzani kimi iki nəhəng simanı öz tərəfinə çəkməsi bəlkə də İldırım Bəyazıdın talesizliyi idi. Xalq bu iki zatı görüb: “Deyəsən bu ləngdə nəsə var!” deyirdi. Halbuki Ləng münafiqlik oyununu oynayırdı. Özünü müsəlman kimi göstərir, İslamın sərkarlarını öz tərəfinə çəkir və beləcə bütün qəbilə və tayfalar ona qoşulurdular. Bu hadisə İstanbulun fəthini düz yarım əsr gecikdirmişdir. İstanbulun fəthi düz yarım əsr geçikir.
  • Əgər insan gördüyü xeyir əməlləri “Mən də bu “Hizmət”in içində olum, məsələn, filan miniyim olsun!” düşüncəsilə edərsə, ona mükafatı dünyada verilər, axirətdə isə əli boş qalar.
  • Ömər ibn Əbdüləziz “Əgər mən xalqın orta və ya aşağı təbəqəsinə mənsub insanlarından daha rifah həyat yaşayıramsa, əməllərim hədər olar” düşüncəsinə sadiq ömür sürmüşdür.
  • Əgər millətə xidmət edənlər bu ruhun, bu mənanın, bu fəlsəfənin, bu dünyagörüşünün, Quranın bu tərz yanaşmasının və bu tərz müsəlmanlığın təmsilçisi olmasalar, onlar əsl zalım, əsl münafiqdirlər! Məsciddə, aranızda belə olsalar, onlar münafiqdirlər! Şayəd onlara inanırsınızsa, Allah bundan hesaba çəkər! Münafiq əməllərini görüb susanları da Allah hesaba çəkər! Ağzını açmayan dilsiz şeytanları da Allah hesaba çəkər! Allah hesaba çəksin onları!..

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message