Fəthullah Gülən: “Həqiqət ortayaçıxacaq, təhqirlərə görə kimsənin qəlbini qırmayın”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Fəthullah Gülən: “Həqiqət ortayaçıxacaq, təhqirlərə görə kimsənin qəlbini qırmayın”

Fəthullah Gülən: Həqiqət ortayaçıxacaq, təhqirlərə görə kimsənin qəlbini qırmayın

Törkiş Revyuv (Turkish Review) və Hira jurnalı tərəfindən İstanbulda keçirilən Türk-Ərəb Ziyalılar forumunda çıxış edən Jurnalistlər və Yazarlar vəqfinin (GYV) sədri Mustafa Yeşil Fəthullah Gülən Xocaəfəndinin aktual məsələlərlə əlaqədar fikirlərini iştirakçılara çatdırıb. Bir neçə gün qabaq Xocaəfəndi ilə görüşən Mustafa Yeşil onun “son” mülahizələrini “məalən (öz sözləri ilə)” açıqlayıb.

Son vaxtlar Hizmət hərəkatına atılan böhtanlara toxunan Mustafa Yeşil Xocaəfəndinin bu məsələ haqqında: “Hizmətin heç vaxt fərdi, şəxsi bir məqsədi və təmənnası ola bilməz. Quran və Sünnəyə sadiq qalmaq və məşru olmaq bizim “olmazsa, olmaz”ımızdır”, dediyini bildirib. Xocaəfəndinin: “Nəinki Quran və Sünnə ilə, hüquq və insanlıqla belə bir araya sığmayan sözlərin sərf edilməsi əsla sizi təhrik etməsin. Əgər gələcəkdə onlar bundan ötrü xəcalət çəkəsi olsalar belə, siz qapılarınızı elə örtün ki, sabah aça biləsiniz, elə sözlər sərf edin ki, sabah onların üzünə baxa biləsiniz. Əgər bir gün – baxmayaraq ki bu qədər nalayiq sözlər sərf etdilər – qapınızı döysələr, qapınız açıq olmalıdır. Bunu unutmayın!” dediyini açıqlayıb.

“Sizə “it” də desələr, yaxşıya yozun, təhqirlə qarşılıq verməyin

Mustafa Yeşil Xocaəfəndinin Hizmətə qarşı edilən təhqirlər haqda: “Sizə “it” də desələr, siz onu pisə yozmayacaqsınız. “Allah razı olsun qardaşlarımızdan, bizi Allah-taalanın yaratdığı bir canlı yerinə qoyublar”, – deyin. İtin belə bir qiyməti olduğunu düşünüb bu sözdən pis məna çıxramayacaqsınız. Unutamayın, gərginliklər müvəqqətidir. Elə sözlər sərf edin ki, keçmişə baxanda üzünüz qızarmasın, utanıb xəcalət çəkməyin. Biz səbrə və sukuta üstünlük veririk. Unutmayın ki, demoqoqluq etməklə, hər sözə cavab qaytarmaqla, təhqirə təhqirlə cavab verməklə Allah-taalanın rizasını qazanmaq olmaz. Mən yalnız doğru danışmağınızı tövsiyə edirəm. Unutmayın, məşru (qanuni) dairə dardır. Bəzən bu dairədən kənara çıxa bilməməyiniz sizi sıxacaqdır. Daha çox şey demək istəyəcəksiniz. Ancaq, yaddan çıxarmayın, səbrin gücü və məşru dairədən kənara çıxmamağınız gələcəyin və “müsbət hərəkət”in əsasıdır. “Olmazsa, olmaz”ıdır”, sözlərini açıqlayıb.

Heç kimə qəzəbli deyiləm, neçə-neçə zalımı əfv etdik, amma Allahın haqqı var…

Mustafa Yeşil çıxışında Xocaəfəndinin kimsəyə qəzəbli olmadığını da qeyd edib. GYV sədri Xocaəfəndinin məsələ ilə bağlı mülahizələrini belə açıqlayıb: “Kimsəyə nifrət və kinimiz yoxdur, olmaz da. Biz əhli-dəyanət olmayanları belə əfv etmiş insanlarıq. Əlbəttə qardaşlarımızı da əfv edəcəyik. Ancaq mən bircə şeydən qorxuram, Allahın haqqını tapdalayıblarsa, xalqın hüququna təcavüz ediblərsə, bunu bağışlamağa bizim səlahiyyətimiz yoxdur. Bu, Allaha aiddir. Mən sizdən işinizə qayıtmanızı, nə cür təhqir edirlər-etsinlər qulaqlarınızı tıxayaraq Allahın rizasından gözünüzü ayırmamağınızı gözləyirəm.”

Mustafa Yeşil Xocaəfəndinin mülahizələrini belə davam etdirib: “Dərdiniz bu xalq olsun. Unutmayın insan oğlu qəmsiz mümkün deyil. Qəmsiz olana da insan demək mümkün deyil. Həqiqət dərdiniz olsun, dərdli olun. Həyatınızı işinizə həsr edin, bir möminin qəlbini qırmağı ağlınızdan belə keçirməyin. Ancaq, ittihamlara hüquq çərçivəsində, əlbəttə cavab verəcəksiniz. Xalqa aydınlıq gətirmək, bu kimi böhtanların cəmiyyətə mənfi təsirlərini aradan qaldırmaqdan ötrü, əlbəttə fikrinizi söyləyəcəksiniz. Ancaq bu əsla təcavüz, yalan və böhtan şəklində olmamalıdır. Hüquqdan kənara çıxmamalıdır.”

Görəcəksiniz, xalq sizin tərəfinizdə olacaq

GYV sədri Mustafa Yeşil Xocaəfəndinin sözlərinə belə yekun vurub: “Başlanğıcda xalq həqiqəti təsbit etməkdə çətinlik çəkir, gah ora, gah bura kütləvi şəkildə sovrulanlar olur. Ancaq unutmayın, xalqın vicdanı bir gün haqq və həqiqəti görəcək. Haq və həqiqətin harada olduğu ortaya çıxacaq. Görəcəksiniz, xalq sizin tərəfinizdə olacaq.”

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message