Fətullah Gülənin məşhur Azərbaycanlı dostu danışdı: “Elçibəy mənə dedi ki..”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Fətullah Gülənin məşhur Azərbaycanlı dostu danışdı: “Elçibəy mənə dedi ki..”

Fətullah Gülənin məşhur Azərbaycanlı dostu danışdı: Elçibəy mənə dedi ki..

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, tərcüməçi Məmməd Aslanın Publika.az-a müsahibəsi.

Tanınmış şair Məmməd Aslanın Azərbaycanda ən böyük Fəthullah Gülən tərəfdarlarından biri olduğunu, hətta 1980-ci illərin sonlarında Türkiyədə Gülən icmasının keçirdiyi şeir müsabiqəsinin də qalib olduğunu bilirdik. Odur ki, Türkiyədə Ərdoğan iqtidarı və Gülən icması arasında gərginlik yaranan vaxtda böyük şair və mədəniyyət xadimi, 80-90-cı illərdə Türkiyə ilə mədəni körpülərin qurulmasında xüsusi xidmətləri olmuş M.Aslanı tapıb danışdırmaq istədik. 15 günlük axtarışlarımız nəticə verdi.

Vasif Həsənli: Məmməd müəllim necəsiniz?

Məmməd Aslan: Allahdan yüksək heç nə yoxdur. İndi göydə odur, yerdə də mənəm. Bir qaranlıq gecədir, yəqin ki, onun məndən xəbəri var. Ancaq mənim dünyadan xəbərim yoxdur. Çünki hazırda xəstəyəm, yorğan-döşəkdə yatıram. İnşallah babatlaşım görüşərik.

Vasif Həsənli: Allah şəfa versin. Dediniz ki, xəstəyəm! Xəstəliyiniz nə ilə bağlıdır?

Məmməd Aslan: Şəkərim qalxmışdı, Mikayıl Müşfiqin ölüm günü idi, onun büstünü ziyarət etməyə getmişdim, ordan qayıdandan sonra xəstələndim, şəkərim qalxdı. Hazırda da yaxşı deyiləm, müalicə olunuram. Elə sizinlə də yerimdən danışıram.

Vasif Həsənli: Yəqin ki, xəstəliyinizə görə Türkiyədə baş verən son hadisələri də izləyə bilmirsiniz?

Məmməd Aslan: Yox, izləyə bilmirəm. Ancaq izləyə bilmədən də sizinlə danışa bilərəm. Çünki mən Türkiyə ilə bağlı çox məlumatlı adamam.

Vasif Həsənli: Elədirsə, o zaman Türkiyədə baş verən “rüşvət əməliyyatı” hadisəsi ilə bağlı fikrinizi bilmək istərdim. Bu hadisələri doğuran səbəblərlə bağlı yəqin ki, sizin də fikirləriniz var?

Məmməd Aslan: Əslində mən qəti inanmıram ki, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan ilə Fətullah Gülən arasında söylənildiyi kimi ciddi problemlər yaşansın. Fətullah Gülən xoca Ərdoğana qarğış etməz, o, Ərdoğanın sağ əlidir. Çünki Fətullah Güləni bir çox bəlalardan Ərdoğan xilas edib. Ərdoğanın da bütün uğurunun və qüdrətinin başında Fətullah Gülən dayanır. Bunlar bir-birindən ayrılmaz adamlardır.

Vasif Həsənli: Bəs indi niyə bir-birinə qarşı sərt fikirlər söyləyirlər?

Məmməd Aslan: Bunu mətbuat belə göstərmək istəyir. Əslində onlar bir-birinə qarşı deyillər. O gün Fətullah Gülən xoca yaxşı bir söz dedi. Dedi ki, düşməni tanımaq və ayırd etmək, onunla bacarmaq çox asandır. Hətta nə qədər çətin olsa belə yenə asan yol tapmaq mümkündür. Ancaq münafiqlərlə çətindir. Münafiq o adamdır ki, üzdə özünü sənə dost göstərir, arxada isə öz işini görür. Türkiyədə indi bu cür adamlar mövcuddur. İndi Türkiyə Şərqin böyük güclü dövlətidir. Ona görə də Türkiyəni sarsıtmağa çalışırlar. Bu birinci hadisə deyil. Tarixdə bu cür cəhdlər dəfələrlə olub. Allah Türkiyəni bu böhrandan xilas etsin. Hər halda mən həm Fətullah xocanı, həm də Ərdoğanı çox sevirəm. Mən yenə də o fikirdəyəm ki, bu şəxslər bir bütövdürlər. Fətullah Gülənin dedikləri kimlər tərəfindənsə başqa cür başa düşülə bilər. Ancaq Fətullah Gülən xoca Ərdoğana heç zaman qarğış etməz. Fətullah Gülən xoca bizim dəyərimiz və müəllimimizdir. O, İslam yolunda Peyğəmbərdən sonra ən çox əzab görmüş adamdır. Fətullah Gülən Ərzurumda böyüyüb başa çatıb. Ərzurumda isə Türkiyənin taleyi həll olunub. Yəni, bu şəhər Türkiyənin yürüş nöqtəsi sayılır. Ona görə də mən qəti inanmıram ki, Ərdoğan ilə Fətullah Gülən arasında hər hansı nifaq var. Ola bilər ki, kimsə bunu anlamır. Ancaq onlar bir-birini yaxşı başa düşür.

Vasif Həsənli: Ərdoğan iqtidarı Fətullah Güləni daha çox İslam adından istifadə etməkdə və insanları zərərli yola çəkməkdə ittiham edir. Bu məsələyə münasibətiniz necə olar?

Məmməd Aslan: Bunu İslami dona girənlərə aid etmək olar. Ancaq Fətullah Gülən xoca İslami dona girən adam deyil. Fətullah Gülənin əqidəsi və daxili hamıya yaxşı bəllidir. Azərbaycan xalqının da ona iman borcu var. Hətta o vaxt qətliam olanda mən Fətullah Gülənin Azərbaycanla bağlı başına-dizinə vurub ağladığı kadrları efirə vermişəm. Hətta o vaxt rəhmətlik Əbülfəz Elçibəy prezident olan dövrdə mənə dedi ki, sən dövlətin edə biləcəyi bir işi özün etdin, buna görə sağ ol! Fətullah Gülən harda haqsızlıq varsa, ona qarşıdır, məzlumun yanındadır. Mən tam əminəm ki, onun haqqında deyilənlər də bizim anlamadığımız tərzdə söylənilən fikirlərdir. Mən bir ziyalı kimi açıq deyim ki, bu mənim vicdanımın səsidir, imanımdır. Fətullah Gülən isə bu imanın yiyəsidir. İndi dünyanın bir çox yerində onun nur tələbələri var. Nurun kölgəsi yoxdur, ancaq nur olmasa, kölgə də olmaz. Fətullah Gülən xoca çox böyük qüdrətə malikdir. Türkiyədə sevilən şəxslərin başında dayanan adamdır. Əgər indi Fətullah Gülən münafiqlərə qarşı üsyan edirsə, bu, Ərdoğana və ya dinə qarşı deyil. Bu, yuvası dağılmağa layiq adamlara qarşıdır. Bu cür adamlar həm Türkiyədə, həm də digər ölkələrdə var. Onlar İslam dini pərdəsi altında Fətullah gülənə və digərlərinə qarşı çirkin işlərlə məşğul olurlar.

Vasif Həsənli: Sizə elə gəlmirmi ki, bu məsələdə Ərdoğanın ən böyük riski məhz Fətullah Gülənə məxsus olan məktəb və kursların Türkiyədə bağlanılması barədə qərarı oldu?

Məmməd Aslan: Mən sizə bir söz deyim. Hələ o vaxtı Ərdoğan baş nazir deyil idi, o zaman da Fətullah Gülən icmasına məxsus olan məktəb və kursları bağlamaq istəyirdilər. O zaman Fətullah Gülən xoca da xəstə idi. Fətullah Gülən xoca isə onlara dedi ki, gəlin bu məktəblərin hamısını verim dövlətin nəzarətinə, ancaq onları bağlamayın. Çünki bu məktəblərin tələbələri orada yaxşı təhsil alıb üzümüzü ağ edirlər. Məktəbləri bağlamaq Allaha ağır və acıq gedər.

Baxın, Fətullah Gülən xoca məhz belə adamdır, o din-iman adamıdır. Əgər mənim bu dediklərim Ərdoğanın qulağına çatarsa, tam əminəm ki, o da bundan əsla inciməz. Ərdoğan da mənim nəzərimdə Fatehdən sonrakı adamdır. İndi hər cür iblislər və fitnələr baş alıb gedir, çox çətin zamandır. Fətullah Gülən isə Allah üçün edir. Allah həm Fətullah Gülən xocaya, həm Ərdoğana yar olsun. Mən indi Türkiyədə iki qüdrətli adam tanıyıram ki, onlardan biri Fətullah Gülən xocadır, digəri isə Rəcəb Tayyib Ərdoğan. Əgər bu gün Ərdoğan olmasaydı, bəlkə də türkün başında tük qalmazdı. Allah etməsin ki, Ərdoğanın başına bir iş gəlsin.

Vasif Həsənli: Bəs Fətullah Gülənlə nə qədər yaxın tanışsınız?

Məmməd Aslan: Biz heç zaman Fətullah Gülənlə üz-üzə görüşməmişik. Ancaq mən uzaqdan-uzağa onun dünyasına köklənmiş adamam. Mən Fətullah Gülən xocaya bir şeir də yazmışam. Bu şeirdə mən onun varlığına bir güzgü tutmağa çalışmışam.

 

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message