Fəthullah Gülən: Salam ruhu

Sual: “Salam” filmi ilə əlaqədar “(Müsəlmanlar) salamla getdikləri yerlərdə dərin izlər buraxdılar, qılıncla girdikləri yerlərdə isə uzun müddət qalsalar belə, daimi bir iz qoya bilmədilər” söyləmişdiniz. Salamla getməkdə əsil məqsəd nədir və salam ruhu necə başa düşülməlidir?

Cavab: Əvvəla bilmək lazımdır ki, İslamda sülh və əmin-amanlıq əsasdır. Müharibə isə arizi (sonradan meydana gələn) və istisna haldır. Dinimizdə müharibəyə din, ağıl, mal, can, nəsil kimi dəyərləri qorumaq üçün icazə verilir. Onsuz da, işi-gücü pislik və şərarət olan insanlar təhdidlərlə üstümüzə yeriyəndə onları gül-çiçəklə qarşılayası deyilik. Bu cür hücumlara məruz qalanda Çanaqqalada olduğu kimi, bütün millət yumruq kimi səfərbər olmalı və mübarizə meydanında nə lazımdırsa onu etməlidir. Bundan başqa, dünyanın harasında və kimə qarşı olur-olsun, edilən zülmün qarşısını almaq, haqsızlığa məruz qalanlara yardım əlini uzatmaq, düşüncə və ifadə azadlığını məhdudlaşdırmaq istəyənlərə fürsət verməmək də müharibənin qanuni səbəblərindəndir.

Məqsəd yanlış yoldan çəkindirmək olmalıdır

Quranı-Kərim sülh və əmin-amanlığın təmin edilməsi üçün ilk öncə xətadan çəkindirməyi əsas götürür. Bu mövzu ilə bağlı olan ayədə belə buyurulur:

وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآَخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ

“(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!” (“Ənfal” surəsi, 8\60)

Göründüyü kimi, Qurani-Kərim gələcək təhlükələrə qarşı bizə hər cür tədbir görüb zalımları zülümdən çəkindirəcək qədər güclü olmağı, düşmənin ürəyinə qorxu salıb müharibə başlanmasının qarşısını almağı əmr edir.

İslam tarixi boyunca Haqqa inanmış insanlar müharibəni zəruri edən hallarda bəzən qılınca əl atmaq məcburiyyətində qalmışlar. Lakin əksər hallarda bu haqdan təcavüzkar qüvvələri geri oturtmaq, dünyanın ahəng və dincliyini pozan tiranlara həddini bildirmək, müxtəlif yerlərdə baş verən hərc-mərcliyin qarşısını almaq, yer üzündə haqq və ədaləti bərqərar etmək istiqamətində istifadə olunub. Bu yerdə ağıla belə bir sual gələ bilər: İslam tarixi boyu bu həssas prinsipə layiqincə riayət edilibmi? Ümumi götürəndə rahatlıqla deyə bilərik ki, müsəlmanlar bu mövzuda doğru istiqaməti qorumağı bacarıblar. Lakin bununla yanaşı, müəyyən mövzuda və müəyyən dövrlərdə ictihad xətası edənlər də olmuşdur. Başqa sözlə, bəzi dövrlərdə elə insanlar olub ki, haqqı bərqərar etmək niyyəti ilə yola çıxsalar da, mütləq ədalət yerinə izafi ədaləti seçməklə həqqaniyyətə lazımınca riayət etməyiblər. Məsələn, problemlərin qılınca ehtiyac olmadan, Qurani-Kərimin və Sünnəti-Səhihənin almaz qılınc kimi qaydaları çərçivəsində həll edilməsi mümkün ol-ola bəzi hallarda buna lazımınca riayət edilməyib. Tarixin müəyyən dövrlərində bəzi yerlərdə varlığımızı davam etdirə bilməməyimizin səbəblərindən biri də, qənaətimcə, məhz bu cür ictihad xətalarıdır.

İnsani və ümumbəşəri bir dəyər – salam

Müasir dövrə gəlincə, bu günün şəraiti keçmişə nisbətən daha fərqlidir. Ümumiyyətlə dünyada müəyyən dərəcədə demokratik bir mədəniyyət formalaşmış, elm və nitqin (bəyan) əhəmiyyəti daha da artmışdır. “Mədəni insanlara ancaq inandırma yolu ilə qələbə çalmaq olar” prinsipinin keçərli olduğu belə bir şəraitdə haqq və həqiqəti müdafiə etməkdə və insanlara çatdırmaqda Quran və Sünnənin almaz kimi düsturlarının bambaşqa əhəmiyyət və təsiri vardır. Bu səbəbdən inanan insanların ruhun dərinliyində yoğurub mayaladıqları fədakarlıq, adanmışlıq, başqaları üçün yaşama kimi ümumbəşəri və insani dəyərləri elm, bəyan və sənət vasitəsi ilə dilə gətirməsi böyük əhəmiyyət kəsb edir. “Salam” filmi adanmış ruhların dəyərlər uğrunda dünyanın hər tərəfinə getməsini ekranlaşdırmaq məqsədilə çəkilmişdir. Filmin nümayişdən əvvəl bəzi kadrlarını mənə göstərmiş və düşücələrimi öyrənmək istəmişdilər. Filmdən, ssenaridən və rejisorluqdan o qədər anlamasam da, bəzi cəhətlərini dar məntiqimlə müxtəsər dəyərləndirib dilə gətirmişdim. Ümumiyyətlə təqdir etmişdim. Çünki filmdə Anadolu insanına çox yaraşan, “boy-buxun”una tam oturan düşüncə, anlayış, fədakarlıq və həsbilik vardı; onun dünyanın bir yerinə deyil, Afrikadan Uzaq Şərqə, oradan Balkanlara qədər bir çox ölkələrə getməsindən bəsh edirdi. Bəli, müəllimlərimizin fərqli coğrafiyalarda yaşayan, fərqli anlayış və mədəni mühitlərdə yetişən insanlara qayğı göstərməsi, onlar üçün iztirab çəkməsi, yaşatmaq üçün yaşaması və onları sevgi ilə, insani dəyərlərlə yumşadıb müəyyən bir səviyyəyə gətirməsi böyük əhəmiyyət kəsb edir və “Salam” filmi də məhz bunu göstərməyə çalışır.

Bildiyiniz kimi, insan təbiətində yadlara qarşı əks-reaksiya vermə hissi var. Xüsusilə də, tarixində yadların assimilyasiyasına məruz qalan, əzilən və yurd-yuvasından didərgin salınan xalqların başqa millətləri qəbul etməsi daha çətindir. Buna baxmayaraq, Türkiyədən başqa ölkələrə gedən təhsil könüllülərinin o insanların ürəyinə yol tapması, fərqli millət və mədəniyyətə mənsub xalqlar arasında sevgi, dialoq və sülh körpüləri qurması təqdirəşayan bir hadisədir.

Ayağı öpüləsi müəllimlər

Quran və Sünnənin almaz düsturlarını özünə rəhbər bilən, əngin könül qapılarını hər kəsin üzünə açan Anadolu insanı yeni bir dünya və sevgi naminə yer kürəsinin dörd bir tərəfində gur bir səda olub məfkurəsini hayqırmışdır.

Yadınızdadır, yəqin, filmin bir səhnəsində tarixi bir körpüdə döyüşərkən çaya düşən iki məktəblini xilas etmək üçün onların dalınca özünü suya atan və onları qurtarmaq üçün həyatını fəda edən bir müəllim göstərilir. Fədakar müəllimin bu hərəkətini görən mətkəblilər bir-birinə sarılıb ağlamağa başlayırlar. Bu səhnəyə baxanda, əksəriyyətiniz kimi, göz yaşlarımı saxlaya bilmədim. Afrikada, Afqanistanda da çəkilən səhnələr bundan geri qalmır. Əlbəttə filmin əsas əhəmiyyəti ondan ibarətdi ki, bu hadisələrin hamısı həyatdan götürülüb. Bu səbəbdən filmdə çəkilən aktyorlar çəkilişlərin aparıldığı ölkələrdə gerçəyin bir təcəssümü sayılan bu tabloları görüncə müəllimlərin fədakarlıqlarında heyrətə gəldiklərini dilə gətirmişdilər.

Bu fədakar müəllimlər getdikləri ölkələrdə müharibənin ortasında qalsalar da, olduqları şəhər mühasirəyə alınsa da, oranı tərk etməmiş, əngin bir vəfa duyğusu ilə şagirdlərin yanında olmuşlar. Müəllimlərin ölüm bahasına da olsa, dərsləri davam etdirməsi yerli sakinlərdə onlara qarşı hüsn-rəğbət oyanmasına vəsilə olmuşdur.

Bu məfkurə muhacirləri Çanaqqala döyüşünə gedən əsgərlərtək dünyanın müxtəlif ölkələrinə yayıldılar. Kimi duvaqlı gəlini evdə qoyub getdi, kimi barmağında nişan üzüyü ilə yola üz qoydu, kimi gözü yaşlı ana-atanın əlindən öpərək onları Allaha tapşırıb səfərə çıxdı. Məncə, bu fədakar insanlar nəinki alınlarından, hətta ayaqlarından öpülməyə layiqdirlər.

Getdiyi yolun fəlsəfəsini dərindən bilməyən o insanlar “Gedin!” deyiləndə heç tərəddüd etmədən ürəklərindəki təslimiyyət duyğusundan yapışaraq yola düzəldilər. Allah onları sövq edir, onlar da bu mübarək sövqə tabe olub gedirdilər. Mən gedənlərdən şikayət edib geri qayıdana rastlamamışam. Belə bir şey olubsa da, mən bilmirəm. Ölkənin ən nüfuzlu universitetlərindən məzun olan bığ yeri yenicə tərləmiş minlərlə cavan diplomunu alar-almaz ana-ataların və yaxınların istəklərinə baxmayaraq, “Ölkəm, xalqım, idealım…” deyib “Canan diləyən dəğdəğəyi-cana düşərmi, \ Can istəyən əndişeyi-cana düşərmi; \ Girdik rəhi-sevdaya cünunuz… Bizə namuz lazım deyil, ey dil ki, bu iş şanə düşərmi!…” düşüncəsi ilə sevə-sevə yollara üz qoydular.

“Salam”ı könüllərə yazdılar

Kitablarda, jurnallarda, müxtəlif televiya verilişlərində gördüyümüz üzrə bu qardaşlarımız “salam”la getmiş, yazı lövhəsi kimi (filmdə belə bir səhnə var – tərc.) könüllərə də “salam” yazmışlar. Bu sözün əmin-amanlıq mənasına gəldiyini öyrətmişlər. Söz atanlara belə “Salam olsun sizə, salamat qalın” deyib geçmişlər.

Demək, haraya salamla getsəniz, oralardakı fəaliyyətləriniz də üzunömürlü olar. “Salam” anlayışı da vicdanlarda yer tapar, könüllərdə əks-səda verər. Cənabi-Allah atılan addımları hədər etməz. Çünki qüdsi bir hədisdə də buyurulduğu kimi, siz Ona doğru bir qarış getsəniz, O sizə bir addım gələr. Siz bir addım getsəniz, O yüyürərək gələr, siz yüyürərək getsəniz, O qaça-qaça gələr və sizin görən gözünüz, eşidən qulağınız və danışan diliniz olar (Bax.: Buxari, “Tövhid” 15, 50; Müslim, “Tövbə” 1). Cənabi-Allahın bu əngin lütfü olandan sonra, niyə müəssir olmayasınız ki?!

Xülasə, qılıncın qınına girdiyi müasir dövrdə “salam” bizim yeganə gücümüzdür. Salam, döyənə əlsiz, söyənə dilsiz olmağı və qəlb qırandan da inciməməyi tələb edir. O baxımdan getdiyimiz yolda qınaqlara əhəmiyyət verməməli, yerimizdən tərpənmədən şax dayanmalı, “Bu dünya dözüm dünyasıdır, inciyib-küsmək dünyası deyil” deyib daim “müsbət hərəkət”in izində olmalı və yalnız öz işimizə köklənməliyik.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message