Səmimi olun, kifayətdir…

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Səmimi olun, kifayətdir…

Arif Akpınar bəyin yazıb göndərdiyi bir xatirəni olduğu kimi sizlərə təqdim edirəm:

1993-cü il idi… Haray salmışdılar ki, bu il Qurban kəsilən heyvanların dərisini ancaq THK toplamalıdır. Həmin günlərdə vəqfimiz məktəb inşaatına başlamağı planlaşdırırdı, amma heç cür ərazi tapa bilmirdi. Baxdığı yerlərə də imkanı çatmırdı.

Dostlar iki-üç nəfərlik dəstə şəklində heyvan dərisini yığmağa çıxırlar. Həsən həkimlə bir ədəbiyyat müəllimi maşına minib Ağsu Dərəsinin kənarındakı məhəllələri gəzməyə başlayırlar. Günortaya qədər gəzirlər, amma yayılan xəbərə görə xalq dəri vermək istəmir.

“Bəlkə verən olar” ümidi ilə maşını başqa yerə – Dərəli ilçəsinə sürurlər. Ancaq ordan da əliboş qayıdırlar. Şəhərə gəlib məhəllələri bir də gəzməyə başlayırlar. Sağa-sola baş vursalar da bir nəticə əldə edə bilmirlər! Yorğun düşürlər, içməyə su axtarırlar.

Evin qabağındakı ağaca heyvanı asıb dərisini soyan bir nəfəri görürlər. Birini kəsib, o birisi də kəsilməyi gözləyir. Yanında da bir bidon su… Dostlar ona yaxınlaşır məramlarını bildirirlər. Səliqəli geyimli, qalstuklu bu insanları görən adam əvvəlcə onları yaxşı qarşılayır. Hansısa bir vəqfin adından gəldiklərini eşidəndə isə üzunu çevirib: “Mən başqasına söz vermişəm”, -deyir.

“Sudan içə bilərik?” deyən dostumuza üzünü çevirmədən “Buyurun, için”, – deyir. Dostlar bu adamın heyvanın dərisini soymada çətinlik çəkdiyini görüb yerdəki bıçaqları götürərək kömək etmək istəsələr də, köməkdən imtina edir. “Yaxşı əmican, dəri-zad istəmirik. Suyu içdik, icazə ver kömək edək, görürük ki, çətinlik çəkirsən”, deyərək dostlar bir neçə dəqiqəyə heyvanı soyurlar. Adam məəttəl qalır: “Siz kimsiniz belə qalstuqlu-zadlı, qəssab kimisiniz, maşaallah!”, deyir.

“Mən ədəbiyyat müəllimiyəm”, – deyən dostumuza inanmır: “Bayram günü müəllimin dəri ilə nə işi var?” Sənədini görəndə, təəccüblənir. O birinə: “Siz də müəllimsiniz?” – deyir.

“Xeyr, mən Dərəli ilçəsinin dövlət xəstəxanasının baş həkimiyəm”, – cavabını eşidən adam əlini havada yelləyib: “Yaxşı görək, mənimlə zarafat edirsiniz!” – deyir. Həkimin sənədini görəndə ağzı açıq qalır.

“Biri həkim, biri müəllim, bayramı evində ailəsi ilə keçirmək əvəzinə burda dəri yığır. Bu necə olan işdir! Bu vəqf hardadır belə, bir danışın görək”, – deyir.

Onu vəqfə dəvət edirlər. Görüb tanış olandan sonra həmin adam olur vəqfin İlyas əmisi. Başda dəri verməyən İlyas əmi, bir gün torpaq sahəsini vəqfə bağışlayır. Qurban kəsilən həmin o yerdə indi bir məktəb ucalıb.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message