AK Partiya sədrinin müavini Mehmet Əli Şahin Fəthullah Gülən camaatı ilə hökumət arasında narazılıq olduğu iddiaları haqda suala belə cavab verib: “Fəthullah Gülən Xocaəfəndinin camaatı ölkəmizə, xalqımıza Allah rizası üçün xidmət etməyə çalışır. Biz ancaq onlara minnətdar ola bilərik. Bizim xoş niyyətlə hərəkət edənlərlə problemimiz olmaz. Ola bilsin kimsə AK Parti ilə bu qardaşlarımız arasına fitnə salmaq istəyir. Heç özlərini yormasınlar, biz bu tələyə düşmərik”.

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”
Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…







