“İslamla müasirlik bir-biri ilə təzad təşkil eləmir”

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » “İslamla müasirlik bir-biri ilə təzad təşkil eləmir”

İslamla müasirlik bir-biri ilə təzad təşkil eləmir

Almaniyanın tanınmış qəzetlərindən olan “Frankfurter Allgemeine Zeitung” (FAZA) təxminən bir aylıq fasilədən sonra Fəthullah Gülən Xocaəfəndiyə təkrar yer ayırdı. Türkiyə üzrə tədiqaqatçı Reyner Herman (Rainer Hermann) əvvəlki yazısında Xocaəfəndi ilə görüşündən, o cümlədən ABŞ-da həyata keçirilən təhsil və dialoq fəaliyyətlərindən bəhs etmişdi.

Reyner Herman budəfəki yazısında Xocaəfəndidən götürdüyü müsahibəni ətraflı şəkildə oxuculara təqdim etdi. Herman Xocaəfəndi ilə müsahibəsində müsəlmanların müasir dünyada qarşılaşdığı sınaqlardan terror hadisələrinə, İslamın qadına münasibətindən, AKP-Hizmət əlaqələrinə qədər bir çox məsələ haqda suallar yönəltdi. Müsahibə alman cəmiyyətinin xüsusilə İslam və Hizmətlə əlaqədar maraqlandığı bir çox məsələlərə aydınlıq gətirdiyinə görə böyük maraqla qarşılandı.

Hörmətli Gülən, müsəlmanlarla xristianların sülh şəraitində birgə yaşaması mümkünmü?

Bəli. Müsəlmanlarla Xristianların sülh şəraitində birgə yaşamasına əngəl törədənlər hər iki tərəfin marjinal qruplarıdır. Bəzi müsəlmanlar İslamiyyətin müqəddəs dəyərlərinə edilən hücum və təhqirlərə münasibət bildirərkən, etiraz edərkən ifrata yol verirlər. Halbuki bu qaralama kampaniyalarını həyata keçirənlərin əsl niyyəti qəzetlərə verdikləri bəyanatlardan da gördüyümüz kimi, müsəlmanları kəskin etirazlara sövq eləmək və bununla İslamiyyəti gözdən salmaqdır. Bunu anlamayan müsəlmanlar da müəyyən qrupların törətdiyi hadisələrə görə bütün Qərb və xristian dünyasını islamofobiyada ittiham edir.

Məhəmməd peyğəmbər haqqında çəkilən təhqiramiz film əksər İslam ölkələrində qismən də olsa, zorakılıqla müşayiət edilən etirazlara səbəb oldu. Sizcə, hansı daha əhəmiyyətlidir, fikir azadlığı, yoxsa dinlərə hörmət?

Bütün dinlərə hörmət etməyə ehtiyacımız var. BMT və ya AB bütün müqəddəs dəyərlərin müdafiəsinə dair bir qanun ortaya qoya bilərmi? Bu, fikir azadlığı ilə təzad təşkil edərmi, etməzmi? Mənə elə gəlir ki, bu, çox çətin məsələdir. Məncə, bu məsələnin həllində ən yaxşı yol müsbət xarakterli insanlar yetişdirməkdir. Hüquqi qayda və qanunlar bu məsələni həll edə bilmir.

Niyə kamikadzelər tərəfindən törədilənlər İslamla əlaqələndirilir?

Keçmişdə bəzi hökmdarlar zülm, haqsızlıq etmiş, sonra da İslamiyyətin arxasında gizlənmişdir. Bu gün bundan da dəhşətlisini edirlər. “Biz din uğrunda döyüşürük” deyirlər. Ancaq sanmıram ki, belədir. Bu işdə şəxsi mənafeyin rolu var. Din adından cinayət törədirlər. Halbuki bu, dinə qarşı bir cinayətdir. Kamikadze cənnətə deyil, cəhənnəmin düz ortasına düşür. Heç kimin din adından cinayət işləməyə, ədaləti tapdalamağa, vəhşi əməllərlə dini zalım göstərməyə haqqı yoxdur.

Türkiyədə siz İslamın novatoru və yeni Anadolu elitasının mənəvi lideri kimi tanınırsınız. İslamın müasir olması mümkündürmü, yoxsa müasir dünya islamlaşdırılmalıdır?

Yenilikçi və mənəvi liderliklə bağlı sözlərinizi qəbul etmirəm. Bu da bir həqiqətdir ki, müasirliyə birtərəfli tərif verilmir. Qaynaqlarda müasirliyin düşüncə və elmin əhəmiyyəti, fərdlərin başqa insanların və ya iqtidarın təzyiqindən azad olması, inanc və fikir azadlığı, insan hüquqlarının müdafiəsi, hüququn və demokratik hakimiyyətin üstünlüyü və s. prinsiplərindən bəhs edilir. Bunların heç biri İslami dəyərlərlə təzad təşkil etmir. Müsəlmanların bu prinsipləri fərd və dövlət müstəvisində həyata keçirməsi İslamiyyətin müasirləşdirilməsi demək deyil. Burada daha çox İslamın ictihad sahəsinə daxil olan məsələlərinin müasirliyin nəticəsi olan və İslamın əsas düsturları ilə ziddiyyət təşkil etməyən prinsiplər istiqamətində şərh olunmasından söhbət gedir. Digər tərəfdən İslamın müasirlik kimi izah olunan hər cür tələbi qəbul etdiyini də demək olmaz. Məsələn, insana və kainata tamamən materialist aspektdən yanaşılması, dünyəviliyin dinsizlik kimi təbliğ olunması, mütləq azadlıqlar və ya dinin öz təsir gücünü itirməsi fikri və ya ağıl və elmin onun yerini tutması kimi iddialar. Digər tərəfdən, Müsəlmanların müasirliyə öz çalarlarını qatmasına və müəyyən məsələlərdə öz fikirlərini irəli sürməsinə də “müasirliyin İslamlaşdırılması” demək doğru olmaz.

Avropada ateizm yayılır. Müsəlman belə bir mühitdə necə yaşaya bilər?

Hər bir insan insandır. İnsan Allahın şah əsəridir və ən önəmli məsələ də ona hörmətdir. Allah Quranda: “Biz insanı ən gözəl şəkildə yaratdıq” buyurur. Əgər hörmət istəyirsinizsə, qarşı tərəfə qüsursuz hörmət etməlisiniz. Ateistlə də belə davranmalıyıq. Ancaq elə əməllər var ki, ona hörmət etmək olmaz. Bu, müsəlmanda da ola bilər, xristianda da, ateistdə də, deistdə də ola bilər. Əgər bir insan zülm edir, qan tökür, insan hüquqlarını tapdalayırsa, yüksək əxlaqa xələl yetirir, demək. Əgər insan mübarizə aparmaq istəyirsə, bu cür şeylərlə mübarizə etməlidir.

Demokratiya, plüralizm və insan hüquqları kimi əsas məfhumlar yalnız Qərbə məxsusdur, yoxsa ümumbəşəri dəyərlər kimi müsəlman cəmiyyətlər də bundan yararlana bilər?

Demokratiya, plüralizm, insan hüquqları Qərbdə və müasir dövrdə ortaya çıxmış dəyərlər deyildir. Demokratiya müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Demokratiyanın adı “ictimai”, “liberal”, “Xristian”, “birbaşa”, “nümayəndəli”, “parlamentar” və s. müxtəlif anlayışlarla birgə çəkilir. Halbuki praktikada bəzən bunlardan biri digərini demokratiya kimi qəbul etmir. Əgər burda söhbət demokratiyanın əsasını təşkil edən bəzi prinsiplərdən gedirsə, bunlar əslində, islami dəyərlərlə və İslamın idarəçilik prinsipləri ilə üst-üstə düşür. Şura, ədalət, din azadlığı, insanların və azlıqların hüquqlarının müdafiəsi, xalqın öz idaərçilərinin seçə bilməsi və idarəçilərin gördüyü işlərə görə məsuliyyət daşıması, azlıq və ya çoxluğun zorakı hökmranlığına imkan verməmə həm İslamiyyətin, həm də demokratiyanın dəyər və prinsiplərinə daxildir. Qəti şəkildə bildirirəm ki, İslamın idarəçiliklə bağlı ümumi prinsipləri müsəlman cəmiyyətdə demokratik prinsiplərin tətbiqinə mane deyil, əksinə demokratik qaydaların həyata keçirilməsinə əlverişli zəmin hazırlayır.

Sizcə, Mədinə yəhudiləri ilə əlaqədar ayə və ona oxşar bir çox ayələr qeyri-müsəlmanların hüquqlarına məhdudiyyət qoymurmu?

Bəzi surələr zahirən bir-birinə zidd görünsə də, ayələrin nazil olma səbəbinə diqqətlə baxmaq lazımdır. Surələrdəki hökmlər ümumiləşdirici mahiyyət daşıyır, şəxs və qruplara deyil, hərəkət və davranışlara aiddir. İslamiyyət Xristian, Yəhudi və müşriklərlə münasibətlərini fərqli inanc müstəvisində deyil, onların hərəkət və davranışlarına görə müəyyənləşdirmişdir. Din azadlığı müsəlmanlar qədər qeyri-müsəlmanlara da şamil edilən islami bir prinsipdir.

Sizin düşüncə dünyanızda qadının rolu necədir?

Qadın öz təbiətinə sadiq qalmaq və dinin prinsiplərinə əməl etmək şərtilə cəmiyyətin demək olar, bütün sahələrində, hakimlik və dövlət başçılığı da daxil olmaqla, müxtəlif vəzifələrdə çalışa bilər. Qadının rolu təkcə ev işləri ilə məşğul olmaq və uşaq böyütməkdən ibarət deyil. Hazırda İslamda qadın mövzusu, xüsusilə də Qərb dünyasında mənfi müstəvidə ən çox hallanan məsələdir. Zahirən mənfi görünən məsələləri o dövrü və o dövrün hakimiyyətinin icraatlarını nəzərə alaraq qiymətləndirmək lazımdır. Üstəlik bəzi bölgələrdə və toplumlarda müsəlmanlıqdan əvvəlki adət-ənənələrin İslamiyyətdən sonra da, hətta bu gün də davam etməsi nəzərə alınmalıdır. Bunları İslamın adına çıxmaq doğru deyil. İslamiyyət qətiyyən qadının cəmiyyətdəki roluna və “hərəkət sahəsi”nə məhdudiyyət qoymur. Təəssüf ki, bu gerçəyə bəzi müsəlmanlar belə göz yummuşlar.

Hərəkatda qadının rolu necə olmalıdır?

Keçmişlə müqayisədə xeyli irəliləyiş olsa da, istər cəmiyyətdə, istərsə də hərəkatda qadınların iştirakı istənilən səviyyədə deyil. Hərəkatın qadın könüllüləri də insanlıq naminə mühüm işlər görürlər, demək olar ki, hər fəaliyyətdə kişilər kimi, əllərindən gələni əsirgəmir, hərəkət və davranışları ilə başqalarına nümunə olurlar. Təhsil və təcrübə səviyyəsindən asılı olaraq, idarəçilik də daxil olmaqla, öhdələrinə düşən vəzifələri yerinə yetirirlər, lazım gələndə onlar da dünyanın müxtəlif ölkələrinə gedirlər.

Türklərin alman toplumu ilə inteqrasiya etmək istəməməsi və ya inteqrasiya edə bilməməsi və bu səbəbdən alman cəmiyyətinin bir parçasına çevrilə bilməməsi haqda fikirlər dəfələrlə səsləndirilmişdir. İnteqrasiya barəsində nə tövsiyə edirsiniz?

Yaxın keçmişdə inteqrasiyada müəyyən problemlər olmuşdur ki, bunun səbəblərini də hər iki tərəfdə – həm Türk immiqrantlarında, həm də Avropa ölkələrində axtarmaq lazımdır. İmmiqrantlar yeni cəmiyyətlə inteqrasiya barədə heç düşünmürdülər, çünki bir gün vətənə qayıtma ümidi ilə yaşayırdılar, amma qayıda bilmədilər. Bunun cəzasını da həm özləri, həm də övladları çəkdi. Getdikləri ölkələr də, eyni səbəbdən, ilk illərdə inteqrasiya yönündə tədbirlər görmədilər. Onların inteqrasiyası üçün təhsil başda olmaqla siyasi, ictimai, mədəni, iqtisadi sahələrdə lazımi imkanlar təqdim etmədilər. Eyni zamanda immiqrantların vətənləri də vətəndaşlarına getdikləri ölkələrdə kifayət qədər və vaxtında dəstək olmadı.

Bu gün hər iki tərəfin münasibətinin dəyişməyə başladığını görürük. Avropa dövlətləri artıq son illərdə inteqrasiyanın önündəki maneələri birfdəfəlik aradan qaldırmağa çalışırlar. İmmiqrantlar da oralarda uzun müddət yayacaqlarını düşünərək gənc nəsilin təhsilinə əhəmiyyət verir, müəyyən sahələrə sərmayə qoyur və təşəbbüskar davranırlar. Məhz bu çərçivədə Hizmətə aid təhsil müəssisələri almancanı öyrətmək də daxil olmaqla, akademik, mədəni və ictimai sahələrdə inteqrasiyaya dəstək verir. Bu müəssisələr yeni nəsillərin kültürünü tamamilə inkar etmədən onları vətəndaş cəmiyyətində fəal iştiraka cəlb etməyə çalışır.

“Allah rizası” anlayışı təliminizdə mərkəzi bir yeri tutur. Bu, nə deməkdir?

Allahın razılığına aparan yolları axtarmaq son dərəcə qiymətli bir işdir. Əgər bir insan bunu özünə qayə seçmişsə, qalan hər şey kiçik və ikinci dərəcəli əhəmiyyət kəsb edir. Fərz edək ki, insanlar kainatı ələ keçirib, orada özlərinə yaşamaq üçün məkanlar hazırlayırlar. Bu böyük bir hadisə olardı. Ancaq Allahın razılığından üstün bir şey yoxdur, ola bilməz. İnsan bunun üçün səy göstərməlidir. Əgər bunun üçün səy göstərirsə, artıq heç bir maneə, məhdudiyyət onu saxlaya bilməz. Allahın rizasını qazanmaq üçün köməyə ehtiyacı olan universitet tələbələrini təşviq edərək insanlığa xidmət etmək mümkündür. Əgər dialoq qurmaq niyyyətindəyiksə, təhsillə bəşəriyyətə xidmət edər, sülh və dialoq üçün körpülər qurarıq. Bu, Allah rizası üçün edilərsə, insanlar yorulmaq bilmədən çalışarlar. Bu yolda tərəddüd etmədən hər şeylərini son qəpiyə qədər fəda edərlər.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message