Varlığın izahında açar məfhumlar

Fəthullah Gülən: Varlığın izahında açar məfhumlar

Sual: Həzrəti Ustad qırx illik ömründə, otuz illik təhsil həyatında dörd kəlmə ilə dörd kəlam öyrəndiyini, onlardan birinin “nəzər (baxış, yanaşma)” kəlməsi olduğunu deyir. “Nəzər”in mənası nədir, bu sözü necə başa düşməliyik və möminin “nəzər”i necə olmalıdır? Bu haqda fikirlərinizi bizimlə bölüşərsinizmi?

Cavab: Həzrəti Pir “Məsnəviyi-nuriyyə” adlı əsərində müxtəsər olaraq dörd məfhumun əhəmiyyətinə diqqət çəkir: “mənayi-ismi”, “mənayi-hərfi”, “niyyət” və “nəzər”. “Nəzər”ə keçmədən əvvəl, bir-biri ilə bağlı olduğuna görə, ilk üç məfhuma qısaca aydınlıq gətirək.

Mənayi-ismi və mənayi-hərfi

“Mənayi-ismi” və “mənayi-hərfi” ifadələri nəhv elminə aid anlayışlardır. “İsim” müstəqil məna ifadə edir (əsas nitq hissəsidir). Yəni qarşı tərəf eşidən kimi, sənin bununla nəyi nəzərdə tutduğunu dərhal başa düşür. “Hərf” isə öz-özlüyündə hər hansı bir məna kəsb etmir, çünki müstəqil mənası yoxdur (köməkçi nitq hissəsidir). Məsələn, ərəb dilindəki “ba”, “min”, “ilə” və “fi” kimi hərfi-cərlər tələffüz ediləndə zehində bir məna canlanmır. Hərfi-cər bir məna bildirmək üçün müstəqil sözlərlə birlikdə işlənməlidir. Odur ki, Həzrəti Pir məntiqə aid “küll” və “cüz” anlayışlarını fərqli mənada işlətdiyi kimi, nəhv elminə aid “mənayi-isim” və “mənayi-hərf” terminlərini də fərqli mənada işlədərək onlardan varlığın izahında açar məfhumlar kimi yararlanmışdır. O, kainata “mənayi-ismi” ilə, yəni bilavasitə kainat və səbəblər prizmasından baxmağı düzgün hesab etməmiş, əksinə “mənayi-hərfi” bucağından baxmağa üstünlük vermişdir. Yəni hər bir nemətə baxanda Münim, hər bir sənət əsərinə baxanda Sani, hər bir səbəbə baxanda isə Müəssiri-Həqiqi ağıla gəlməlidir.

Əməlin mahiyyətini dəyişdirən niyyət

Gələk “niyyət”ə. Həzrəti Pir niyyətin vərdişlərimizi, hərəkət və davranışlarımızı ibadətə çevirən iksir, ölü surətə həyat verib canlı ibadətə çevirən ruh olduğunu və niyyət sayəsində günahın savaba çevrildiyini bildirmişdir. İctihadi xətanın savaba çevrilməsinin səbəbi də məhz təmiz niyyətdir. İctihad Şəriət Sahibi Rəsulullahın dövr və şəraitə həvalə etdiyi boşluqların dinin ruhuna zidd olmayan müəyyən prinsip və hökmlərlə doldurulmasıdır. Müctəhid isə həmin boşluğu doldurmağa çalışan, cidd-cəhd göstərən alimlərə deyilir. Dolayısilə, müctəhid ictihadi hökmü doğru verməsə belə, niyyətinə görə savab qazanır.

Cənabi-Allahın rizası yerinə, şan-şöhrətini artırmaq, cəsarətini, səxavətini və ya elmini nümayiş etdirmək niyyətində olan insanın “xeyirxah işlər görürəm” düşüncəsi ilə ortaya qoyduğu əməllər savab deyil, günah gətirir.

Cəbhədə düşmənlə döyüşən, varını-yoxunu bağışlayan və elmi ilə başqalarına fayda verən insanların Allahın hüzurunda hesaba çəkilməsindən bəhs edən Buxari hədisini yadınıza salın. Birincisi “Filankəs nə cəsur imiş” desinlər deyə döyüşdüyündən, ikincisi “Filankəs nə əli açıq, nə səxavətli insan imiş” desinlər deyə, mal-mülkünü verdiyinə görə, üçüncüsü də, “Maşallah, böyük üləma imiş. Dilindən, qələmindən nə cövhərlər tökülür” desinlər deyə, var-gəl elədiyindən cənnətin qapısından geri qaytarılır. Bəli, məqalələr, kitablar yazan və ya “nəsihət edirəm” deyə xalqın qarşısına çıxıb natiqlik edən insan bunu ilahi rizanı qazanmaq üçün deyil, şan-şöhrət kimi bəsit və çirkin niyyətlə edirsə, ləl-cəvahiratı dəmirçi dükanında satan adam kimi, kiçik mükafatlar dalınca düşmüş sayılır. Halbuki niyətində ilahi riza olsaydı, nəticə çox fərqli olacaqdı.

Nəzər və ya baxanda görə bilmək

Nəzər məsələsinə gəlincə, insan ilk növbədə görməyi bacarmalıdır. Bildiyiniz kimi, baxmaqla görmək başqa-başqa şeylərdir. Gözləri açıq insan görmə niyyəti və şüuru ilə baxmırsa, qarşıdakı cisimləri bir-birindən seçə bilməz. Məsələn, insan qarşısındakı kitab rəfinə baxanda iradi olaraq diqqətini yönəltmirsə, yəni görmək niyyəti ilə baxmırsa, kitabları, yazıları, rəngləri, naxışları və s. görə bilməz. Bəli, görmək baxmaqdan tamam fərqli şeydir. Görmək baxdığımız obyektləri müəyyənləşdirmək və onları ayırd etmək, seçmək deməkdir.

Nəzərin bir xüsusiyyəti də nəyə necə baxmağı müəyyənləşdirməkdir. Məsələn, bir insan hər şeyə fiziki aləmin üç ölçülü kriteriləri prizmasından baxarsa, çox şeyi görə, duya, hiss edə bilməz. Rusiyada Qaqarin adlı bir astronavtın: “Mən yer kürəsinin ətrafında dövr etdim, amma Allaha rast gəlmədim” (haşa) sözü mediada əksini tapmışdı. Ustad Nəcib Fazil onun yanlış baxış tərzinə özünəxas bir səs ahəngi ilə düzəliş edir: “Ay axmaq! Sənə kim dedi ki, Allah fəzada şardır!” Bəli, insan hər şeyi yoxdan var edən, zaman və məkandan münəzzəh və mübərra Zati-Üluhiyyəti fiziki aləmin üç ölçülü məkanında, haşa, bir səma cismi kimi görməyə çalışsa, həqiqəti görməsi və bu cür fikir sapmasından xilas olması mümkün deyildir. Odur ki, təkrar edirəm, kibir, zülm və ata-babaları təqlid etmək kimi amillərlə yanaşı, baxış tərzini düzgün nizamlanmaması da inama mane olur. Halbuki cümlə məxluqat hər cəhətdən Allahın varlığına, birliyinə şahidlik edir. Bu həqiqət Həzrəti Pirin “Məsnəvi” əsərində gözəl dilə gətirilmişdir: “Kainat sətirlərini/səhifələrini dərindən düşün. Bir nəticəyə vara bilmək ümidi ilə onları ələk-vələk elə. Çünki onlar mələyi-əladan sənə endirilmiş Allahın bəyanlarıdır”. Ancaq kainata materialist, naturalist və ya pozitivist gözlə baxanlar minlərlə, bəlkə də, milyonlarla dillə Allah deyən varlığın səsini eşidə bilməz. Belələri kainatı ələk-vələk etsələr də, baxıb görə bilmədiklərinə və ya gördüklərinin mahiyyətinə vara bilmədiklərinə görə, hər məsələni naturalizmlə əlaqələndirəcəklər. Başqa sözlə, onlar nəyə necə baxmalı olduqlarını bilmədiklərinə görə, əşya və hadisələri düzgün təhlil edib onun arxasında Zati-Üluhiyyətin dayandığını görməyəcəklər.

Həzrəti Pirin şeytanla Quran haqqında mübahisəsində ortaya qoyduğu baxış tərzi də mövzumuz baxımından əhəmiyyətlidir. Ustad həzrətləri bu mübahisədə Qurana Allahın kəlamı kimi baxmağın zərurətindən danışır. Çünki Quranı insan kəlamı kimi təsəvvür etmək onu göydən yerə, bəşər kəlamı səviyyəsinə endirmək deməkdir. Uca Allah Quranı bəşər ağlını nəzərə alaraq nazil etmişdir. İnsan ilk növbədə ona düzgün prizmadan baxmalıdır ki, ilahi kəlamın dərinliyini və ənginliyini hiss edə bilsin.

Külli nəzər

Nəzərlə bağlı digər mühüm məqam isə əşya və hadisələri bir bütöv kimi götürməkdir. Bunu “kamil nəzər” də adlandırmaq olar. Bunu qeyd edək ki, xüsusilə afaqa (xarici, fiziki aləm, dünya, kainat) külli nəzərlə baxmaq asan deyil, bu cür baxış tərzi hər kəsə müyəssər olmur. Məhz buna görə də Həzrəti Pir “ənfusda dərindən düşünmə, afaqa isə icmali (müxtəsər) bir nəzərlə baxma” prinsipini ortaya qoyur. Yəni insan həkimlərin ortaya qoyduğu fikirlər işığında öz anatomiya və fiziologiyasına baxarsa, özünü digər canlılara nisbətən daha rahat öyrənər. Məsələn, şüurlu nəzərlə orqanizmin fəaliyyət sisteminə baxsa, o müdhiş nizam və ağlasığmaz ahəngin arxasında dayanan mütləq qüdrət və sonsuz elmi görə bilər. Eyni şəkildə qəlb, ruh, sirr, xəfi və əxfa kimi mənəvi dünyasını meydana gətirən daxili aləmin dərinliklərinə nəzər yetirsə, qəlbin səsini duya, hislərini anlaya, şüurun nə demək olduğunu dərk edə bilər və iradəsini hiss edə bilər. İnsan mülk-mələkut, fizik-metafizik – hər iki yöndə də öz varlığını ətraflı təəmmül, tədəbbür, təzəkkür və təfəkkür edərək dərinliyə, ənginliyə çata bilər.

Kainata isə icmali (müxtəsər) nəzərlə baxmaq lazımdır. Çünki Ustad Həzrətlərinin dediyi kimi “afaqi məlumat, yəni xaricdən (kənardan), uzaqlardan alınan məlumat yanlış fikir və vəsvəsələrdən xali deyil. Amma bilavasitə vicdani şüurun məkanı sayılan ənfusi və daxili məlumat isə yanlış fikir və ehtimallardan uzaqdır. Buna görə də, mərkəzdən kənara, daxildən xaricə baxmaq lazımdır”. Bəli, insan kainata ənfus durbini ilə baxmalı, yəni ənfusu nişangaha çevirməlidir. Çünki ənfusda icra olunan qanunları afaqda da görmək mümkündür. Bu prinsipə riayət edən insan ilk öncə ənfusda dərinləşəcək, ənfusdakı bütün sistemlərin Onun sonsuz qüdrəti ilə işlədiyini müşahidə edəcək, daha sonra kainat kitabında da eyni qanunların işlədiyini görəcək və beləcə külli nəzərlə afaqı mütaliə edəcək.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message