“Ölüm orucu” tədrici intihardır!..

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » “Ölüm orucu” tədrici intihardır!..

Ölüm orucu tədrici intihardır!..

Fəthullah Gülən Xocaəfəndi “ölüm orucu” tutan və ya başqa sözlə desək, aclıq aksiyası keçirənlər haqqında mühüm açıqlamalar verdi. Xocaəfəndi ölüm orucunun tədrici intihar olduğunu, bu işi görənlərin kamikadzelərlə eyni aqibətə məruz qalacaqlarını bildirdi.

Əvvəlcə insanın mükəmməl xilqətinə və Haqq dərgahında dəyərinə təmas edən Xocaəfəndi Həzrəti Əlinin (r.a.) “Ey insan sən özünü kiçik bir məxluq sanırsan, unutma ki, səndə kainat yatır. Sən bu kainatın föhristisən”, – kəlamını xatırlatdı sonra da M. Akifin Həzrəti Əlidən ilham alaraq belə səsləndiyini qeyd etdi:

“Xəbərdar olmamışsın kəndi zatından da hala sən,
“Mühəkkir bir vücudam!” dərsin ey insan, fəqət bilsən.
Sənin mahiyyətin hətta mələklərdən də ülvidir:
Əvalim səndə pünhandır, cahanlar səndə mətvidir.”

İnsanın qiymətini bilməyən və cana qıyan insanların həm özünə hörmətsizlik, həm də Allahın əmanətinə xəyanət etmiş olduğunu vurğulayan möhtərəm Fəthullah Gülən Xocaəfəndi, “Başqasının canına qıymaq cinayət olduğu kimi, bir insanın öz canına qıyması da cinayətdir”, – dedi. “Kim bir kimsəni, qisas və ya yer üzündə bir fəsada müqabil olmanın xaricində öldürsə, bütün insanları öldürmüş kimidir. Hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur” (“Maidə” surəsi, 5/32) ayəsini xatırladaraq istər başqasını öldürmək, istərsə də intihar edərək öz canına qıymaq bütün insanlığı öldürməyə bərabər bir cinayət sayıldığını vurğuladı.

Törədəni kim və məqsədi nə olursa-olsun hər bir intihar hücumunun böyük bir cinayət olduğunu deyən Fəthullah Gülən Xocaəfəndi belə davam etdi: “Üstəlik bu cinayəti “müqəddəs” sayaraq və din adından edirlərsə, bu daha təhlükəlidir və əgər dərman qəbul etdirilərək qeyri-iradi bu işi görməmişlərsə, bu işi törədənlərin axirətdə qurtulması mümkün deyil. Kamikadzelər bu işi din üçün etsələr də, ölümə “lə iləhə illəllah” deyərək getsələr də ilk öncə onlar “cubb” deyə cəhənnəmə düşərlər. Çünki İslamiyyətdə sülhün də, müharibənin də müəyyən qayda-qanunları var. Sülh şəraitində heç kimin özbaşına müharibə elan edib insan öldürməyə hüququ çatmır, həmçinin heç kimin qızğın döyüş meydanında düşmənin uşaq, qadın və yaşlılarını öldürməyə haqqı yoxdur. Beləliklə, hansı aspektdən baxırsınız-baxın, intihar hücumları, kamikadzelər və buna bənzər terror aktlarını müsəlmanlıqla bir tutmaq mümkün deyil”.

Ölüm orucunu “tədrici intihar” kimi xarakterizə edən Xocaəfəndi “Əgər, Allaha, Peyğəmbərə, Allahdan gələn səmavi kitaba inanırlarsa, “ölüm orucu” tədrici intihardır. Bunu edənlər öz qədrini, qiymətini bilməyən, Haqq dərgahındakı dəyərini itirmiş və bir kənara atılmış insanlardı”, – dedi.

O insanları bu işdən daşındırmaq üçün tezliklə hərəkətə keçməyə səsləyən M. Fəthullah Gülən: “Kamikazeləri bu işdən daşındırmaq lazımdır. Aclıq aksiyası keçirənləri bu niyyətlərindən daşındırmaq lazımdır. Bu da cəmiyyətin, xüsusilə onlara sözü keçən böyüklərin, elm adamlarının və idarəçilərin öhdəsinə düşür”, – dedi.

“Sənə nə, nəyə qarışırsa, ölüm orucu tutur, qoy tutsun?” deyə etiraz edənlərin çıxa biləcəyini qeyd edən Fəthullah Gülən: “Hər kəs öz xarakterini otaya qoyur… Neyləmək olar, insanıq. Ölənə kədərlənərik. O cür çirkab düşüncələrə batanların aqibətindən qorxuruq, çünki insanıq!.. “, – dedi və ölkəyə dua etməyə çağıraraq söhbətini yekunlaşdırdı.

Bu bölüm ilk olarak www.herkul.org‘da yayınlandı.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message