Gülən hərəkatına aid gerçəklərə baxış

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Gülən hərəkatına aid gerçəklərə baxış

“International Herald Tribune” qəzetinin 18 aprel tarixli sayında Dan Baylafski (Dan Bilefsky)-Şəbnəm Arsu imzası ilə dərc olunan “Kölgə güc Türkiyədə böyüyür” adlı yazıda Fəthullah Gülən və Türkiyənin yaxın tarixi ilə bağlı verilən məlumatların çoxu doğrudur, lakin jurnalistlər yalnız zəif nəticələri ön plana çəkərək kinayəli bir üslubda məsələyə kölgə salmışlar.

Xüsusən də tez-tez təkrarlanan, amma heç vaxt ispatlanmayan “Gülən tərəfdarları xain niyyətlərlə polisə sızdı” kimi iddialar qərəzli ittihamlardan başqa bir şey deyil. Amerika polisində katoliklər olduğu kimi, şübhəsiz, Türkiyə polisində də Gülənin tərəfdarları vardır. Ancaq fakt-sübut olmadan ortaya atılan “gizli niyyətləri var” kimi iddialar əsassızdır.

O cümlədən Amerika səfirliyinin Türkiyə polisinin Fəthullah Gülən tərəfdarları tərəfindən nəzarətdə saxlanması barəsindəki hesabatı haqqında “isbat etmək mümkün deyil, ancaq heç kimin də buna şübhəsi yoxdur” deyib buna kinayəli həqiqət kimi baxmağın da heç bir hüquqi qiyməti yoxdur. Sübut edilməmiş bir məlumatı nə haqla həqiqət kimi göstərirlər?!

Fəthullah Gülənin səkkiz illik (2000-2008) məhkəmə işi ilə bağlı bir kitab qələmə aldım. F. Gülən polisə sızmaqla da ittiham olunurdu. Sözügedən yazıda da öz əksini tapan (şəriət dövləti qurmaq kimi) bir çox ittihamları kitabıma daxil etdim. Üç hakimdən ibarət məhkəmə 48 səhifəlik qərarnamə ilə ortaya atılan iddiaların əsassızlığını bir-bir sübuta yetirərək bəraət qərarı verdi. Apelyasiya məhkəməsi (Yarqıtay Cəza Baş Qurulu) də bunu təsdiq etdi. Dövlətin təyin etdiyi hakimlərinin verdiyi qərar olduqca cəsur bir addım idi, çünki onlara açıq-aşkar F. Gülənin həbs edilməsi barədə siqnal verilmişdi.
Əslində sözügedən yazıda deyilənin əksinə hakimlər Fəthullah Gülənin lentə alınmış söhbətinin orijinal deyil, montaj olduğu haqda qərar vermişdi. Məhkəmə qərarı kitabımla əlaqədar İngilis və Türk dilində hazırlanan “Gulentrial.org” saytında yerləşdirilib. Yazını yazan jurnalistlər bu məlumatı rahatlıqla əldə edə bilərdilər.

Görəsən, yazını qələmə alan jurnalistlər niyə bu məhkəmənin mahiyyətini sirr sayır? Hər halda “tezisləri”nə əl vermədiyi üçün! Xəbərə qol qoyanlar Fəthullah Gülənin tərəfdarlarının insan hüquq və azadlıqlarının təminat altına alındığı 12 sentyabr 2010-ci il tarixli konstitusiya referandumunu dəstəkləməsini də görmək istəmir. Referendumda əhalinin 74 faizi iştirak etdi və 58 faizi konstitusion dəyişikliklərə səs verdi.

Başa düşə bilmirəm ki, keçmişdə “qeyr-legitim siyasi dəyişikliklərlə də qarovul” rolunu oynayan Hakimlər və Prokurorlar Ali Qurumu (HSYK) tərəfindən təyin edilmiş hakimlər və prokurorların apardığı Ergenekon və Balyoz məhkəmələrini Gülən hərəkatı ilə necə əlaqələndirirlər! Konstitusion orqan olan HSYQ bu gün hərbçilərin istintaq işinə baxırsa, bu, böyük irəliləyişdir. Halbuki, bir neçə il əvvəl belə bir şey mümkün deyildi. Avropa Birliyi (AB-yə girmək istəyən) Türkiyədən bunu tələb edir. Fəthullah Gülənin tərəfdarları da bir çox Türk vətəndaşları kimi, bu prosesi dəstəkləmiş ola bilər, amma “bu prosesi onlar nəzarət edir” deyə bilməzsiniz.

Hərəkata bağlı olan “Zaman” qəzetinin insan hüquqları, mətbuat və söz azadlığı mövzusunda Baş Nazir Rəcəb Tayyib Ərdoğana ünvanlanmış kəskin tənqidlərini də sözügedən yazıda görmək olmur. “Zaman” qəzetinin köşə yazarları jurnalistlərin ‒ Ergenekona daxil olsalar belə, ‒ həbs olunmasını mütəmadi tənqid etdilər.

Yazıda toxunulmayan digər məsələ isə Gülən Hərəkatının vətəndaş hüquq və azadlıqlarını möhkəmlədən, konstitusiya sistemini Avropa Birliyi standartları səviyyəsinə gətirən və dünyəvi dövləti dindən ayıran AB üzvlüyünü əvvəldən dəstəkləməsidir. Şəriət dövləti qurmaq istəyəndən hər-halda belə bir şey gözləmək olmaz.

Mən hərəkatın müdafiəçisi deyiləm, amma qənaətimcə, hərəkat ümumən Türkiyənin demokratikləşməsində müsbət rol oynadı və dünyanın digər bölgələrində gözəl işlər gördü. Bir jurnalist də ədaləti yazmalı idi.

J.Harrinqton Ostində insan hüquqları üzrə vəkil işləyir. Texas Universiteti Hüquq fakültəsinin müəllimidir. “Söz azadlığı ilə mübarizə, Türkiyədə din azadlığı və demokratiya: siyasi məhkəmələr və Fəthullah Gülənin mövqeyi” (University Press, 2011) adlı kitabın müəllifidir. Məhkəmə haqqında fikirləri İngilis və Türk dilində sözügedən kitabla bağlı saytda yayımlanmışdır: http://gulentrial.org/

Bu yazı “Today s Zaman” qəzetinin 26 aprel 2012-ci il tarixli sayında çap olunmuşdur.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message