Mükəmməllik və təvazökarlıq

Sual: Bir tərəfdən müxtəlif ehtiyaclarımızı qarşılayan qəhrəmanlarımızın sadəliyi vurğulanır, digər tərəfdən isə daima səviyyəli və keyfiyyətli insan olmaqdan bəhs edilir. Zahirən zidd görünən bu iki xüsusiyyət necə birləşə bilər?

Cavab: Məsələyə Peyğəmbərlik sənəti olan irşad və təbliğ nöqtəsindən baxası olsaq, bir insanda həm mükəmməliyin zirvəsinə yüksəlmə, həm də “özünü sıfırlama” anlayışının olması onun ilk növbədə hər iki xüsusiyyətin də irşad və təbliğin təməlində dayandığına inanmasından asılıdır. Bəli, lazımi məsələləri qarşı tərəfə çatdırmaq və Allahın izni ilə, vicdanlara təsir etmək üçün həm mükəmməlliyə yiyələnməyə çalışmaq, həm də məhviyyət və təvazö ilə sadə insan olmaq şərtdir. Çünki elmə və ürfana söykənməyən irşad və təbliğ qarşı tərəfin etimadını sarsıda bilər, kibir və qürurla kirlənmiş ağızdan çıxan sözlər də qətiyyən qəlblərə nüfuz etməz, etsə də, uzun çəkməz. Həzrəti Pir də öz əsərlərində bir tərəfdən cəhalətin böyük bir bəla olduğunu qeyd edir, digər tərəfdən də müasir dövrdə mənliyin (eqonun) həddini aşdığını vurğulayaraq onun da bir fəlakət olduğunu diqqətə çatdırır.

Cüt qanadlı irşad ruhu

İndi isə gəlin, irşad və təbliğ timsalı üçün cüt qanad rolunu oynayan həmin iki xüsusiyyəti izah etməyə çalışaq:

Müasir dünyada mömin öz dəyərlərinin layiqli təmsil etmək üçün bir tərəfdən yaşadığı dövrü, ictimai quruluşu, dünyadakı hadisələri və təkvini qanunları düzgün oxumalı, oxuyub anlamalı və düz dəyərləndirməli, digər tərəfdən də xüsusən, təşrii qanunların bu günə aid yönünü bilməli, beləcə “ibnüz-zaman” və ya “ibnül-vaxt” olmalıdır. Əks halda neçə həqiqət onun “səviyyəsi” üzündən sönük görsənər və qarşı tərəfin gözündə dəyərsizləşər. Bəli, hər şey nəticə etibarilə elmlə bağlı olduğu kimi, dəyərlərimizin insanlara çatdırılmasında da elm mühür faktordur. Burada “elm” sözü ilə bugünkü mənada “bilik” (bilim) deyil, əşya və hadisələri ön və arxa planı ilə birlikdə götürüb bir nəticəyə və mərifətə aparan elm nəzərdə tutulur.

Əslində əgər insanın bu mənada bir biliyi yoxdursa, o nəinki başqalarına, heç özünə də bir şey anlada bilməz. O, elm və mərifətə yiyələnmədən bəzi nəfsani etirazların qarşısını ala bilməyəcək, fikri qarışıqlıq və təlatümdən qurtula bilməyəcək. Mənəvi, əqli və qəlbi problemlərini həll edə bilməyən insan təbliğdə çox çətinlik çəkəcək, bəlkə də fərqinə varmadan demaqoqluq edəcək, dialektikaya əl atacaq. O, tərəddüd və şübhələrinə üstün gələnədək də bu cür ifadə “əlilliyi”ndən xilas ola bilməyəcək.

Buna görə də biz ilk növbədə öz dəyərlərimizin mahiyyət və əsasları ilə birlikdə ruhuna da vaqif olmalıyıq, sonra da elmlə əldə olunan mərifəti, mərifədən sonra məhəbbəti, bunlarla Allaha eşq və iştiyaqı vicdanən duyub hiss etməliyik. Əgər bunlara yiyələnsək və dildən tökülən hər kəlmənin surətini qəlbimizdə və beynimizdə görə bilsək, öz-özümüzlə ziddiyyətdən qurtulmuş olarıq.

Buna görə mürşid və mübəlliğ mütləq Allahın razı qaldığı, dərin və çoxşaxəli elmə yiyələnməyə çalışmalıdır. Ancaq irşad və təbliğ üçün təkcə elm və mərifət kifayət deyil. İnsan həm də gərək bu mühüm varidat və mövhibələrin tamamən Cənabi Allahın lütf və ehsanından gəldiyinin şüurunda olsun. Ustadın “Məktubat”da qeyd etdiyi kimi, əslində bütün bu nemətlər Sultanın insana geydirdiyi kürkə bənzəyir. Dolayısilə onları görməməzliyə vurmaq olmaz. Ancaq heç birinin bizə aid olmadığını da qətiyyən unutmamalıyıq. Yəni bizim vəzifəmiz gözəlliyi inkar etmədən onu əsl sahibinə təhvil verməkdir. Bu anlayışı mənimsəyə bilsək, təvazö və xəcalət qapılarını aralamış və Həzrəti Əlinin “Sadə bir insan ol!” sözünə sadiq qalmış olarıq. Bu da mütləq kiçikliklə mükəmməlliyi birləşdirmək deməkdir.

Bu duyğu və düşüncənin xarakterə hopması isə insanın malik olduğu hər şeyi həqiqi sahibindən bilməsi və özünün bir heç olduğunu vicdanən qəbul etməsi ilə mümkündür. İcazənizlə bir fikrimi yenə təkrar edim: Əgər bizə “Allaha aid olanları bir kənara qoyun!” desələr, hər halda ortada bizə aid bir şey qalmaz. Bu baxımdan bizim borcumuz daim məhviyyət, təvazö və xəcalətlə boyun büküb Rəbbimizə üz tutmaqdır.

Əslində, gündəlik beş vaxt namazda bu həqiqətə dair hikmətlər var. Çünki insanın gündə beş dəfə Allahın hüzuruna çıxıb boyun bükməsi itaətin nişanəsidir. Rükuya getmək təvazökarlıq, başını yerə qoyub səcdə etmək isə məhviyyətin göstəricisidir. İnsan “məhv” olanda, hədisin ifadəsi ilə Allaha ən yaxın olur. Əslində səcdə elə bir andır ki, insan özündən imtina edir və ilahi təcəllilərin rənginə boyanır. Yəni sən səcdədə daxilən bir “mən”i tapırsan ki, o da Ondan gələn təcəllilərdən ibarətdir. Demək ki, insanın Allaha yaxın olması onun özündən keçməsindən asılıdır.

Ən təvazökar insan ən kamil insandır

“Şanıma and olsun ki, Allahın Elçisində sizlər üçün gözəl örnəklər vardır.” (“Əhzab” surəsi, 33/21) ayəsində deyildiyi kimi, oturuşu ilə, duruşu ilə, danışığı ilə, qısacası hər cür hərəkət və davranışı ilə bizə gözəl nümunə olan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu mövzuda da bizim üçün ən kamil örnəkdir. “Əgər sən olmasaydın, varlığı yaratmazdım” sözü İki Cahan Sərvərinə ünvanlanmışdır. Ustad Nəcib Fazilin dediyi kimi, “O ki, Ona görə varıq.” İlk yaradılan Onun nuru olduğu kimi, varlıq ağacının ən mükəmməl meyvəsi də Odur. Başqa sözlə desək, nuri-Məhəmməd bu kainat ağacının çəyirdəyi, kainat kitabını yazan qələmin də mürəkkəbidir. Və yenə O, bu kainat sərgisinin təşrifatçısıdır. Üləmanın sözü ilə desək, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) aləmlərin əvvəl və axırını özündə cəm edən bir Zatdır. Hər cür müşkül, Allahın izni və inayəti ilə, o Müşkülküşanın (prpblemləri həl edən) əlində dərhal həll olunur. İnsan oğlu dünya və dünyadakı hər şeyə hikmətlə baxmağı Ondan öyrənmişdir.

Zati-Mümtaz olan Peyğəmbərimiz (əleyhissalatu vəssalam) eyni zamanda bir təvazökarlıq abidəsidir. Hüzuruna çıxıb Ona “Seyidimiz (ağamız)” deyən bir səhabəyə, – həqiqətən seyid olsa belə, – bu sözünə görə xəbərdarlıq etmişdir: “Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunus) kimi olma!” (“Qaləm” surəsi, 68/48) ayəsi nazil olanda da, əshabi-kiramın ağlına başqa fikir gələr deyə “Məni Yunus ibni-Məttadan üstün tutmayın!” buyurmuşdu. Vüqarlı görkəmindən titrəyən bir səhabəyə də “Qorxma! Mən qurumuş ət yeyən bir qadının övladıyam” demişdi. Məscidi-Nəbəvinin inşasında hər kəs çiynində bir kərpic, O (əleyhissalatu vəssalam) ikisini daşıyırdı. Səhabələrlə birlikdə çıxdığı bir səfərdə yemək bişirmə vaxtı gəlib çatmışdı. Hərəyə bir iş, Ona da odun yığmaq düşmüşdü. Çünki O, heç vaxt yoldaşlarından ayrı düşmək istəmirdi.

Ayağını səki daşı yerinə ulduzlara basan Ən Kamili insan Hz. Peyğəmbər kamillik timsalı, təvazö və məhviyyət abidəsi olmaqla bu zidd vəsfləri özündə cəm etmiş, beləcə ən mükəmməl və ən inandırıcı təmsillə ruhlara nüfuz etmişdir. O halda bizim vəzifəmiz həqiqi mənada o Kamil Rəhbəri addım-addım izləmək olmalıdır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message