Qəlbi öldürən beş fəlakət

İman əhlində özünü büruzə verən və mənim “afəti-xəmsə” (beş afət, beş fəlakət) kimi xarakterizə etdiyim beş gizli xəstəliyə təmas etmək istəyirəm. Bu fəlakətlərin hər biri ruhu və qəlbi öldürən amansız mərəzdir. Bütün möminlərdə, hətta təriqət və təsəvvüf kimi qüdsi müəssisələrin nurani abı-havasını və tərtəmiz əsintilərini vicdanına, ruhuna çəkmiş qardaşlarımızda da müşahidə etdiyimiz birinci fəlakət budur:

Bəzi böyük şəxsiyyətlərə xas məziyyət və fəzilətlərdən danışmaqla kifayətlənir, başqa insanların qəhrəmanlığını dastanlaşdırıb onlar kimi olma duyğu, düşüncə, cəhd və səyindən məhrum yaşayırlar. Yəni övliya mənqibələri ilə təsəlli tapıb övliya məqamına çatma duyğu və düşüncəsindən məhrum olurlar. Əslində bu mərəz aşağılıq hissi xəstəliyidir ki, ona tutulan millətlər də zəlil olmuş, zəlalətə düşmüş millətlərdir.

Bəli, keçmiş dəyərlərini itirib dilənçi vəziyyətinə düşən millətlər yalnız “Qəhrəman bir millətin övladlarıyıq” deyə öyünməklə təsəlli taparlar. Düzdür, onlar öyünməyə layiq insanlar idi, amma onlarla öyünüb onlar kimi olmağa çalışmamaq böyük bir aldanışdır. Rica edirəm, belələri özlərinin nə olduğunu, onlar kimi hansı xidmətləri imza atdıqlarını heç düşünmürlərmi? Təkrar faydalıdır; bu vəziyyət zəlil olmuş millət və toplumlarda alçaqlıq hissinin təzahürü olub məhkumiyyətin ifadəsidir. Bu, həm bizə, həm də başqalarına aid mərəzdir. Gecə-gündüz zühd, təqva, ixlas və səmimiyyətlə çırpınan hər bir fərd mütləq heyran olduğu, dastanlarını heyran-heyran oxuduğu insanların məqamına ucalmağa çalışmalıdır. Buna görə də yalnız Hz. Fateh, Yavuz və Qanuni kimi şəxsiyyətlərlə təsəlli tapıb onların dünya müvazinətində tutduğu məqamı əldə etmə cəhd və səyindən məhrum olmaq səfil nəsillərin qırıq təsəllilərindən ibarətdir.

İkinci fəlakət böyük şəxsiyyətlərin böyüklüyünü qəbul etməmək xəstəliyidir. Hətta bu mərəz bəzən o həddə çatır ki, bəziləri özünü o böyüklərin səviyyəsində görməyə başlayır. Bəli, təkəbbür və lovğalığın bir əlaməti − özünü o böyüklər səviyyəsində görmə mərəzi də bu gün möminlər üçün təhlükəli bir fəlakətdir. Məsələn, Allahın övliya qullarını və alimlərini öz səviyyəsində görmə və “ehtimal ki, Şahı-Geylani də, Nəqşibəndi də, Əbu Hənifə də mənim kimi adam olub” kimi kəlmələri dilə gətirmə cürəti bu xəstəliyin sözlərdə təzahürüdür. Allah qorusun, özünü bəyənmə xəstəliyi birinci fəlakətin o biri ucunda olan, ona tam əks, amma öldürücü xarakterli xəstəlikdir. Belə düşünən adam əbədi olaraq böyüklərin füyuzatından məhrum olar və irəli bir addım da ata bilməz.

Bəli, biz nə Əbu Hənifə, Şafii, Maliki və ya Hənbəli, nə Şazəli, Bədəvi, Əhməd Rufai, Şahı-Geylani, Nəqşibəndi və İmam Rəbbaniyik, nə də onlar kimi ola bilərik. Şahı-Geylani, İmam Kərhi və İmadi kimi bəzi böyük mücəddidlərin təsərrüfü (əşya və hadisələrə müdaxilə etmə haqqı) vəfatından sonra da, Allahın izni ilə Peyğəmbərimizin vəsayəsi altında hələ də davam edir. Ehtimal ki, bu məna aləminin sultanları ruhaniyyəti ilə başımızı oxşayır, əllərini çiynimizə qoyub bizə dayaq olur, dəsti-təşviqlə (təşviq əli) bizi xidmətə təşviq edirlər. Buna görə də insanın özünü təsərrüfü – Allahın inayət və izni ilə – əsrlər boyu davam edənlərə tay bilməsi qədər böyük bir qəflət və zəlalət ola bilməz. Hər kəs bu xüsusda həddini bilməli və “onlar başqa aləmin, biz başqa aləmin insanlarıyıq” deməlidir.

Digər fəlakət isə budur: İnsanlar hər bir xidmətə, hər uca davaya, hər qüdsi məfkurəyə ilk öncə şövqlə sahib çıxır, onu gerçəkləşdirmək üçün müxtəlif yollara baş vurur. Məsələn, uca duyğu və düşüncələri könüllərə mənimsətmək və hakim etmək üçün dayanmadan çalışır, bu məqsədlə müəssisələr açırlar. Burada iman naminə xalqa əl uzadır, bir xilaseedici kimi harada bir yanğın görsə, söndürmək üçün çalışıb-vuruşur; xülasə, çox ülvi, hasbi və diyərqəm düşüncələrlə başlanan bu xidmət bir müddət belə davam edəndən sonra həmin məqsəd üçün müraciət edilən səbəblərin vəsilə olmasını unudur, bunları “məqsudun bizzat (əsl məqsəd)” hesab etməyə, bir əsas kimi götürməyə başlayırlar və beləcə insanlar hədəf və məqsəddən uzaqlaşdırılır. Dini duyğu və düşüncənin inkişafı amacı ilə açılan müəssisələrdə o qüdsi və ülvi vəzifənin lazımınca yerinə yetirilməməsinə baxmayaraq, hələ də bəzi müəssisələr açılırsa, demək ki, həyati funksiyasını itirdiyinə görə bu müəssisələrin hər birinin bir vəsilə təşkil etməsi unudulmuş və bu vəsilələr məqsəd yerinə qoyulmuşdur. Vəsilələrə məqsəd kimi tapınmaq da möminin sonunu hazırlayan bu beş fəlakətdən biridir. Bu bəla da əvvəllər başqalarını yaraladığı kimi, Allah yolunda olan qardaşlarımızı da yaralamış, bir xəncərtək sinələrinə saplanmışdır. Bu fəlakətə qarşı da ciddi mənada ayıq-sayıq olmaq lazımdır.

Başqa bir fəlakət isə Haqq Təalanın rizasını qazanmaq üçün xidmət edən möminlərin öz elm, idrak və biliklərinə güvənib müstəqil hərəkət etməsidir. Başqa elm, ürfan və düşüncə qaynaqlarına baş vurmadan, xüsusən də ixtisasa hörmət etmədən, “Özüm özümə bəsəm” düşüncəsi ilə hərəkət etmək böyük bir fəlakət və qəflətə düşməkdir. Üstəlik belə bir adam bir neçə insanın da uxrəvi həyatını təmsil edirsə, həm özünə zərər edər, həm də onlara zərər verər. Yəni həm özünün həlakına, həm də onların zəlalətə düşməsinə səbəb olar.

Xülasə

  • Şeytan tarix boyu insanlara eyni yollarla yaxınlaşmış və onları yoldan azdırmışdır. Tarix buna şahiddir.
  • Çağdaş həqiqət ərənləri şeytanın bu tələlərini yaxşı bilməli və buna qarşı tədbir görməlidirlər.
  • Birinci və bəlkə də, ən böyük fəlakət keçmiş böyüklərin mənqibələrini danışmaqla kifayətlənib onlar kimi olmağa çalışmamaqdır.

Nə qədər bacarırsan, gəril..

Sözügedən mərəzlərdən biri də mömin qardaşlarımızda iman və Quran eşqinin sönməsidir. Bu da digərləri kimi çox əhəmiyyətli xüsuslardan biridir. Bu mərəzi insanda İslami eşq və həyəcanın, dini duyğu və düşüncənin, daha geniş mənada, cihad əzminin yavaş-yavaş sönməsi və metafizik gərilimin itməsi kimi də dəyərləndirə bilərik. Çünki metafizik gərilimi qorumaq və cihad ruhunu canlı saxlamaq bir millətin əbədi varlığının ən böyük zəmanətidir. Metafizik gərilim, mənəvi coşqunluq, eşq, həyəcan və şövq, mənəvi hislərin daim oyaq olması bizi dinə və ibadətə sövq edən güc mənbəyidir. Enerjili qəlb aksiyonla canlanmış ruhun daim mövcud olması deməkdir. Ancaq zaman keçdikcə bu canlılıq ülfət və ünsiyyətin (adiləşmə və vərdiş) toz-torpağı ilə örtülə bilər, qorlar kül ola, duyğu və lətifələr sönə bilər. Və nəticə olaraq tamamilə sönmə, çürümə, hətta qoxuma mərhələsi başlaya bilər. Bu fəlakəti insanın min bir eşq və şövqlə girdiyi yolda yola və yolun gözəlliklərinə ilişib qalması, hədəfi unutması kimi də tərif edə bilərik. Bütün tarix bu mərəzin nə qədər böyük bir xəstəlik olmasına şahiddir. Gəlin öz əcdadlarımızdan misal verək. Osmanoğulları nə qədər ki sərhədlərdə əzmlə dayandılar, dünyanı fəth etdilər. Osman Qazinin, Orxan Qazinin, Xudavəndigarın, İldırım Bəyazid Xanın, Mehmet Çələbinin, Hz. Fateh Sultan Mehmetin və İkinci Muradın ən böyük eşqi və iştiyaqı hərb meydanında ölmək idi.

Murad Xudavəndigar Balkanlarda şəhid olarkən ölüm ayağında, yaralı və qan içində yanındakılara belə deyirdi: “Atın belindən əsla düşməyin!” İldırım Bəyazid də eyni şeyi tövsiyə edirdi. Nə vaxt ki padşahlar ordu ilə səfərə çıxmadı, sarayın dəbdəbəsinə gömüldü, zövcələrin yanından ayrılmadı, çürümə və qoxuma də məhz o zaman başladı. Bu dövrdə sərhəd türkülərinin əvəzində həyat eşqi haqda türkülər eşidilirdi, o eşq və şövq də sönmüşdü. Eşq və şövqün sönməsi, başqa sözlə, həyat məzmunlu, yaşama arzusu, ev-eşik dərdi, yenə başqa ifadə ilə “xanapərəstliyin”, “ailəpərəstliyin” ruhlara hakim olması onlara elə bir zərbə endirdi ki, nə əhli-əyalı, nə də ev-eşiyi qoruya bildilər. Bunun əksinə ömrünü iman və Quran xidmətinə həsr edən insanlar həm özləri, həm ailəsi, həm ev-eşiyi, həm də milləti ilə birlikdə izzət içində yaşadılar. Əndişə ilə titrədiyim, qorxduğum məsələlərdən biri də məhz budur!..

Rəbbim, din qardaşlarımızın iman və Qurana olan bağlılığını və şövqünü söndürmədən davam etdirsin!

Sözün cövhəri

Əsas məsələ müsibət baş verən an səbir etməkdir. Məsələn, anamızın vəfat xəbəri gəldiyi an sarsılırıq. Belə bir vəziyyətdə heç bir şey düşünmədən: “İnnə lilləhi və innə ileyhi raciun – Ondan gəldik və yenə Ona dönəcəyik” deyib iztirabı qəlbə gömmək həqiqi səbirdir. Bu mümkün deyilsə, məsələyə ağılla, məntiqlə yanaşıb “Hər kəs öləcək, bu yaşda ölməsəydi, başqa vaxt öləcəkdi. Onsuz da o biri dünyada birlikdə olacağıq…” deyib qəlbdə sürur hasil olandan sonra səbir etmək. Bunun da özünə görə dəyəri var…

Həftənin duası

Bizdən əvvəl neçə-neçə insanın diləklərinə cavab verib onların üzünə lütf qapıları açan və üstünə leysantək ehsan yağdıran.. dua edənlərə cavab verən.. iztirablara su səpib ehtiyacları aradan qaldıran.. yıxılanları ayağa qaldırıb doğru yolu göstərən.. qırılanları sarıyıb müalicə edən Rəbbimizə Onun elmi qədər həmd-səna edərək halımızı ərz edirik; Ey bütün nöqsan sifətlərdən uzaq, ucalardan uca Rəbbimiz! Əgər Sənin hifz və riayətin olmasa idi, biz mütləq həlak olardıq.. tənəzzül edib bizə nemətlər verməsə idin, onda da xüsrana düçar olardıq.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message