Bəlkə, bir gün biz də insan olarıq!

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Köşə yazıları » Bəlkə, bir gün biz də insan olarıq!

Xocaəfəndinin ədəbiyyatına bələd olanlar onun düşüncə dünyasında “insan” məf­hu­mu­nun hansı mənaya gəldiyini çox yaxşı bilirlər. Onun düşüncə dünyasına görə “insan” ilk növbədə “İslam” deməkdir.

Bu, “İslam olmayan insan deyil” demək deyildir. Lakin insanlığın kamillik zirvəsinə ancaq İslamla, İslamın dəyərlərini həyata əks etdirməklə çatmaq olar. Məhz buna görə də, “kamil insan” kamil müsəlmana müadil, bərabərdir.

Onun düşüncə dünyasına görə “insan” üqbanı dünyadan üstün tutan adamdır. Dünya-üqba tarazlığını qura bilməyən, əbədiyyət üçün xəlq edilmiş bütün qabiliyyətlərini bu fani dünyaya sərf edən insanın insanlıqdan payı elə bu qədərdir. Haqqı, Onun əmr və qadağalarını unudub dünyanı yeganə qayə və məbud edən, axirət də daxil hər şeyi dünya ölçülərinə görə qiymətləndirən insan nə dərəcədə insandır?

Onun qənaətinə görə, insan təkvini və təşrii qanunlara bir bütöv kimi yanaşan varlıqdır. Allahın kainata qoyduğu qanunlar “təkvini”, peyğəmbərlər vasitəsilə bizə öyrətdiyi qanunlar isə “təşrii”dir. Bu qanunlar qəbul edən və onları bir bütöv kimi tətbiq edən fərd və toplumlar kamillik yoluna qədəm qoymuşdur. Səbəblər fövqü aləmdə deyil, səbəblər dünyasında yaşadığının fərqinə varan bu insanlar işlərini səbəblərə uyğun nizama salırlar. Allahın müstəsna lütf və ehsanlarına gəlincə, onlar bəzən fövqəlsəbəb olsa da, ümumiyyətlə səbəblərə riayətdən asılıdır. Bu ifadə Xocaəfəndiyə aiddir: “Əvvəlcə plan və proqram, sonra lütf və ehsan”.

Onun fikrincə, “insan” Allahın qulu deməkdir. Rəbbin hər əmrinə qeyd-şərtsiz, “amma”sız, “lakin”siz, canla, başla “Baş üstə!” deyən, onları inanc və əməlin vəhdətində ciddiyyətlə, Allaha təqdim edir kimi icra edən insandır. Heç bir şərh və izaha ehtiyac duymayan, “Mən cinləri və insanları, yalnız və yalnız Mənə ibadət etsinlər deyə yaratdım” ayəsi bundan bəhs etmirmi?

Onun fikrincə, “insan” ictimai həyatın hansı məqamında olur-olsun daim ədaləti, bərabərliyi nəzərə alan, Allah haqqına riayət etdiyi qədər qul haqqına da riayət edəndir. Qul haqqına riayətdə qüsura yol verənlər zahirən yeyib-içən, durub-oturan, gülən-oynayan canlı olsalar da, qəlbən və ruhən ölmüş cansızdırlar. Belə insanlar etdikləri zülm, təzyiq və sui-qəsdlərlə cansızlığa fərqli motivlər qatarlar. İşdə göz görə-görə, yüz faiz haqsız olub məmurlarına zülm edən zahirən insan kimi görünənlərə “cansız canavar” deyilir, məsələn.

Onun fikrincə, “insan” məruz qaldığımız bu qədər dərd və bəla qarşısında şəxsiyyətini, mənafeyini, “mən, mən, mən” deyə özünü göstərmək istəyən ənaniyyətini (eqoizm hissini) hər şeyə rəğmən cilovlaya biləndir. Atalarımızın “Ədəb, ya Hu!” sözünə paralel “Fədakarlıq, ya Hu!” deyən, deyə bilənlərdir. İctimai nizam-intizam və əmin-amanlıq məhz belə fədakarlarla təmin edilə bilər.

“Ona görə, insan” deyib Xocaəfəndinin insan anlayışını ehtiva edən əsas fikirlərini artıra da bilərəm. Lakin bura qədər qələmə aldıqlarım Ramazandan bir neçə gün öncə bir söhbətdə dilə gətirdiyi düşüncələrin daha yaxşı anlaşılmasına bəs edər deyə kifayətlənirəm.

Təbəddülatlar dövrü idi o günlər, mübaliğəli olsa da, 24 saatda 24 dəfə gündəmin dəyişdiyi günlərdi o günlər. Gözlərini həmişəki kimi üfüqə dikmiş, vücudu burada olsa da, xəyalları gələcəkdə pərvaz edirdi (Məndə belə bir təəssürat oyadırdı). Bir azdan başlanan təfsir dərsi üçün salona gələnlər vardı. Dərsə gələnlər bir-bir salona doluşur, o isə gözlərini dikdiyi nöqtədən çəkmədən Alvar İmamının bu misralarını şairanə oxuyurdu:

“Aşiq der incidəndən
İncimə incidəndən
Kamalda nöqsan imiş
İnciyən incidəndən.”

Belə görünürdü ki, inciyib. Xocaəfəndi kimi “alov əvvəla məni, sonra düşdüyü yeri yandırar” deyən bir insanın gündəmdəki hadisələrdən inciməməsi mümkün deyildi! Lakin sonra aydın oldu ki, incikliyi ümumi gündəmlə yanaşı, xüsusi dairədə, bəlkə, özünün də tərəfdar olduğu bir hadisə ilə bağlı idi. Ehtimal ki, səbəbkar salonda, dinləyicilər arasında idi. Bu cür hadisələrdə “eyham vurulan adam mənəm, hadisə də filan hadisədir” demədikcə heç kim nəyin nə olduğunu dəqiq bilə bilməz. Təxmin edə bilərdilər, ancaq adından görünür: “təxmin”. Dolayısilə, indi təqdim edəcəyim təsbitlərin həqiqi səbəbi bilinmir. Bununla yanaşı, deyilən sözlər açıq və dəqiq, hər kəsin istifadəsinə hazır və nazirdir. Qaldı ki bu bir peyğəmbər əxlaqıdır. Müxatəbi rəncidə etmədən, ad çəkmədən, hadisə ətrafında ümumi yönəltmə.

Biz qayıdaq “Aşiq der”lə başlayan misraların ardına. “Müsəlmanlığın taleyi ilə bağlı elə problemlər var ki, hal-hazırda bunları görməzlikdən gəlir və şəxsi çəkişmələrlə başımızı qarışdırırıq. Halbuki elə bir zaman kəsimindəyik ki, bir insan xərçəng xəstəliyinə tutulsa, bu hadisələr qarşısında onu ağlına da gətirməməlidir”.

Məna və məzmun bütövlüyünə zərər vermədən, üsuluna uyğun şəkildə məalən davam edim: “İndiyə qədər düşmənlərin cəfası qədər dostların da bir çox vəfasızlığını gördüm. Amma Allaha and olsun ki, dostun vəfasızlığından heç kimə heç nə danışmadım. Bir yarı-vəfadar tapa bilməyib çox ağlamışam. Bəli, insanlar azca ürəkli olmalı. “Bu məsələlər həll edilsin, Allah min dəfə canımı alsın” deyəcək qədər ürəkli.”

Mövzu aydın idi “anlaşılmazlıq”. Halbuki İslam olan insan, üqbanı dünyadan üstün tutan insan, təkvini və təşrii qanunlara riayət edib həyata qucaq açan insan, Allaha qeyd-şərtsiz qul olan insan, hər şeydə ədalət və bərabərliyə diqqət edib qul haqqına riayət edən insan və “ənə”sini (“mən”ini) “nahnü”yə (“biz”ə) fəda edib buz parçası yerinə dəryada damla olmağı seçən insan bu gün və sabahın o qədər dərdi ola-ola anlaşmazlıqda başa düşülməli, yeni problemlərin bir parçası olmamalıdır.

Yaxşı bəs bu halda dünya cənnətə dönərmi? İnsanlar kainatı qardaş beşiyi, özlərini də o beşikdə yatan qardaşlar kimi qəbul edib əmin-aman, mübahisəsiz, dava-dalaşsız, hay-küysüz ömür sürə bilərmi? İradənin, yəni insan olmanın, daha doğrusu, İslam olmanın haqqını versək, yəni buna layiq ola bilsək, niyə olmasın ki? Qoy bir bu iradəni layiqincə ortaya qoyaq, onda görəcəksiniz, Rəbbimiz lütf və ehsanını bol-bol yağdıracaq. İnanmaqda çətinlik çəkənlərə tövsiyəm, bir sınasınlar. Qazancdan başqa itkiləri olmayacaq. Necə də gözəl deyir Osman Hulusi Əfəndi:

“Əl ilə döysələr də,
Dil ilə söysələr də,
Min dəfə incitsələr də.
Bir can incitməyəsən”

Yazıya seçdiyim başlığı soruşursunuz? Bu söhbətin son cümləsi idi: ” Bəlkə, bir gün biz də insan olarıq!”.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message