İki müqəddəs varlıq – ana-ata

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » İki müqəddəs varlıq – ana-ata

Əfsuslar olsun ki, əksər dəyər ölçüsünün unudulduğu, ailə və cəmiyyət əsaslarının yerlə-yeksan olduğu belə bir dövrdə bu ümumi aşınma ana-ata hüququndan da yan keçməmişdir.

Dövrümüzün ərköyün nəsilləri ən hörmətə layiq iki müqəddəs varlığı (ana-ata) yük kimi görməyə başlamışdır. Əslində, yük olan onlar deyil, dünyaya gələndən bəri ana-atanın çiyinində gəzən və onların qucağında böyüyən övladlardır, ancaq ana-ata o dərin şəfqəti ilə onları yük kimi deyil, müqəddəs bir əmanət kimi görür. Övladların ana-atanın bir ömür boyu etdiyi fədakarlıqlara müqabil onlara sevgi və hörmət göstərməsi həm insanlıq borcu, həm də bir vəzifə idi. Hər bir insan valideynlərin qədrini bilməli və onları Allahın mərhəmətinə nail olmaqda vəsilə saymalı idi. Təəssüf ki, təkcə Allaha hörmətsizlik edənlərin içindən deyil, Onu sevdiyini iddia edənlərin arasından da ana-ataya soyuq münasibət bəsləyən, onların sağ olmasından bezən və daim hörmətsizlik edən insanlığını itirmiş canavanlar törədi.

Hüzur evi,[1] yoxsa hicran yurdu?

Acınacaqlı haldır ki, artıq ana-ataların ömrü tənhalıq və kimsəsizlik içində keçir. Bir az yaşa dolan kimi, əldən-ayaqdan düşən kimi qocalar evinə düşürlər. Onlar keçmişdə “darülacəzə”, -indi bir az mədəniləşdirilib- “hüzur evi” adlandırılan bu hicran yurdunda təsəlli tapmağa, ildə bir gün gətirilən çiçəklərlə iztirabları unutmağa çalışırlar.

Halbuki insan övladlarını bağrına basmasa, nəvələrini qucağına almasa, əzab-əziyyətlə böyütdüyü ciyərparəsini oxşamasa ,”Balalarım!..” deməsə, necə hüzur tapar!.. Sevgi və hörmətlə baxan gözlər olmasa, ocağına qazan asılmasa və vaxtlı-vaxtında hal-əhval tutanı olmasa, insan necə xoşbəxt olar!.. Biz “hüzur”un xəyalını qurmuşuq, o talesizlər məkanına “hüzur evi” deməklə sakinlərinin hüzur tapacağını sanmışıq. Allaha şükür ki, bu müəssisələr və oradakı bəzi səmimi insanlar var, yaşlılarımızı küçənin ümidinə qoymuruq. Özləri kimi möhtacların yanına atsaq belə, heç olmasa, rahat yataq və isti yeməklə təmin edirik. Sonra da onları bu “hüzuru” duymağa məcbur edir, “Daha bundan artıq nə lazımdır, yeyib-içib-yatırlar!” deyib üstəlik minnət də qoyuruq.

Halbuki, insan heyvan kimi yeyib-içib yatan və bununla xoşbət olan bir canlı deyil. İnsan ətrafla münasibətdə olan, fitrən təbiəti sevən, övlad və nəvələri ilə, hətta kötükcəsi ilə bağlılığı olan və ancaq bu təbii bağlılıq və münasibətlə hüzur tapan bir varlıqdır. İstehlak mövsümlərində tanış-biliş alış-verişdə görsün deyə bazara çıxan insanlar kimi, müəyyən vaxtlarda nümayiş xatirinə göstərilən qayğı və süni hərəkətlər insana xoşbəxtlik gətirməz. İldə bir uzadılan bir dəstə çiçək yalnız onun həsrətini alovlandırar, hicranını səngitməz. O, qayğıya, sevgiyə və səmimi təbəssümə möhtacdır, təkcə yemək, içmək və isti döşək mənəvi ehtiyacını təmin etməz.

Quran üslubu və valideyn

Quran və sünnə tərğib[2] və tərhiblərlə[3] ana-ata hüququnu təkidlə vurğulamış, onların haqqına riayət etməyə səsləmiş və onlara zülm etməkdən çəkindirmişdir. Çünki insan təbiətində kiməsə qayğı göstərmə və kiminsə ehtiyacını təmin etmə hissi məhduddur, fitrətində “ömrü ana-ataya həsr etmə” duyğusu yoxdur. Hər insan ana-atasına az-çox qayğı göstərir, valideyn isə fitrətindəki şəfqət sayəsində övlad üçün canını verməyə adi bir iş kimi baxır. Övladın ana-ataya qayğı göstərməsi bir az iradəni məcbur etməsindən asılıdır. Halbuki övlad ana-atanın razılığını əldə etməyə çalışsa, valideyn razılığını Allahın rizasına vəsilə bilib onlara yaxşı baxsa, sözündən çıxmasa və onları incitməsə, hətta bir çiçək kimi solub büzüşər deyə ahtiyatla toxunsa… ana-ata bütün bu gözəlliklərə haqqı çatır. Buna görə də Quran və sünnə iradədən asılı olan belə mühüm məsələni israrla vurğulayır, barəsində təkidlə tərğib və tərhiblərdən istifadə edir.

Dinimizdə valideyn hüququ çox ucadır. Belə ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) “Heç bir əməl cihaddan üstün deyildir” deməsinə baxmayaraq, hüzuruna gəlib cihada getmək istəyən bir çox səhabəyə “Get, ana-atana xidmət elə. Sənin cihadın onların yanındadır. Yapış ananın ayaqlarına, Cənnət oradadır” buyurmuşdur.

Hədis kitablarında Peyğəmbərimizin yanına beyət üçün gələn bir nəfərdən bəhs olunur. Əshabi-kiramın qızıl halqasına qoşulma şərəfinə nail olan bu səhabə o ən müqəddəs əlləri ovucuna alaraq “Sənə beyət üçün tələsdim, amma anam-atamı gözü yaşlı qoydum” deyir. Şəfqət Peyğəmbəri (sallallahu əleyhi və səlləm) dərhal əllərini çəkib: “Qayıt ana-atanın yanına, necə ağlatdınsa, elə də güldür onları” deyir.

Xülasə

  • Əksər dəyər ölçüsünün unudulduğu belə bir dövrdə ana-ata da bu ümumi aşınmadam yan keçməmiş bu günün ərköyün nəsilləri ən hörmətə layiq iki müqəddəs varlığı (ana-ata) yük kimi görməyə başlamışdır.
  • İnsan ətrafla münasibətdə olan, fitrən təbiəti sevən, övlad və nəvələri ilə, hətta kötükcəsi ilə bağlılığı olan və ancaq bu təbii bağlılıq və münasibətlə hüzur tapan bir varlıqdır.
  • İnsan təbiətində “ömrü ana-ataya həsr etmə” duyğusu yoxdur. Övladın ana-ataya qayğı göstərməsi bir az iradəni məcbur etməsindən asılıdır.

“Xidmət” bəhanə ola bilməz!..

Təməl əsaslar aspektindən baxsaq, ana-atanın hüququna riayət məsələsində heç bir bəhanə məqbul sayılmaz. Hər bir insan bu vəzifəni nöqsansız yerinə yetirmək məcburiyyətindədir.

Bu iş hamı kimi xidmət ərənlərinə də aiddir. Əmri-bilməruf nəhyi-anilmünkər və dinə xidmət qayəsi bizi bəzi yerlərə getməyə vadar edə bilər, ömrümüz ailədən, vətəndən uzaqlarda keçə bilər. Lakin nə ictimai şərait, nə də uzaqlıq sileyi-rəhm etməmək və valideynə qayğı göstərməmək üçün bəhanə deyil. “İnsanlıq üçün çalışıram, onların haqqına riayət etməsəm də olar” düşüncəsi aldanışdan başqa bir şey deyil. Üstəlik ana-ataya başqa övlad və ya qohum baxır deyə yerdə qalan övladların məsuliyyəti azalmır, olduğu kimi qalır.

Xidmət və hicrət düşüncəsi çox mühüm olsa da, ana-ataya qarşı laqeydliyə səbəb olmamalıdır. Əngin şəfqətlə insanlığın səadəti üçün diyar-diyar gəzib-dolanan sevgi ərənləri ana-atalarını, ailə və qohumlarını da unutmamalıdırlar. Əksinə, hər iki işin öhdəsindən gəlmək üçün şərait və zəmin hazırlamalağa çalışmalıdırlar.

Kaş hər çətinliyə qatlanıb ana-atanızı yanınıza gətirəsiniz. Əgər buna da imkanınız yoxsa, heç olmasa vaxt ayırıb onlara baş çəkəsiniz, əllərindən öpüb könüllərini alasınız, bir neçə gün yanlarında qalıb hal-əhval tutasınız, bəzi işlərini görəsiniz, ehtiyaclarını təmin edəsiniz. Onlara dəyər verəsiniz, hörmət göstərəsiniz, təcrübə və biliklərindən istifadə edəsiniz. İmkan tapıb onları hərdənbir, qısa müddətlik də olsa, evinizə dəvət edəsiniz, xidmət etdiyiniz yerlə, yoldaşlarınızla və həyat tərzinizlə tanış edib onları yolunuzun doğruluğuna inandırasınız.

Bunların heç birini bacarmırsınızsa -halbuki bunlar qeyri-adi şeylər deyil və onlar üçün nə etsəniz, dəyər-, müasir imkanlardan istifadə edib tez-tez zəng edəsiniz, hətta görüntü ötürən telefonlarla və ya internet vasitəsilə görüşəsiniz, siz onların gözəl üzünü görəsiniz, doyasınız, onlar da sizi seyr edələr, həsrətini səngidələr… istər yanınızda qalsınlar, istər qonaq kimi gəlsinlər, istər də sizinlə telefon və internet vasitəsilə görüşsünlər, bütün bunları görülən işlərin böyüklüyünü anlatmaq üçün fürsət bilib dəyərləndirəsiniz. Məfkurəsiz və boş yerə çalışmadığınıza inandırasınız, gördüyünüz işin mahiyyətini, keyfiyyətini izah edib buna vəsilə olduqları üçün onlara da savab yazılacağına, burada çəkilən həsrət və hicranın müqabilində axirətdə əbədi vüsala qovuşacaqlarına inandırıb sevindirəsiniz.

Həftənin duası

Ya Rəbbim! Bizi öndən, arxadan, sağdan və soldan gələn bütün təhlükələrdən qoru… açıq-gizli, böyük-kiçik hər cür şirkdən uzaq et.. bizdən üz çevirmə, bizə şəfqət və rəfətinlə təvəccöh et.. ən gözəl ruzi olan əfvinlə bizi bağışla və xeyirxahlıq düşüncəsindən ayrılmayan saleh qullarından et! Duamızı Sənin uca Həbibinə salatü-salam edərək yekunlaşdırırıq, dualarımızı qəbul buyur, ey Rəbbimiz!

Sözün cövhəri

XX əsrdə ən çox təcrid edilən, soyuq münasibət görən, hətta xor görülüb alçaldılan dəyərlərin başında, təəssüf ki, ana və ata haqqı dayanır. Bunun Qərb aləmində olmasını məntiqli dəlillərlə izah etmək olar, amma İslam dünyasında olmasını açıqlamaq çox çətindir. Əvvəla Quran ana-atanı “valideyn” adlandıraraq hər ikisinə eyni dəyəri verib hüquqlarını Allah və Rəsulunun hüququ ilə bərabər tutmuşdur. Mən şəxsən bu unudulan həqiqətin nəslimizə təkrar xatırlatmağın vacibliyinə inanıram.

[1] Qocalar evi
[2] Təşviq etmə, istək oyandırma
[3] Çəkindirmə, qorxutma

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message