“Fəthullah Gülən Xomeyni kimi qayıdacaq” iddiası Gülənin həyatındakı faktlarla üst-üstə düşmür?

Home » Azəricə (Azərbaycan dili) » Fəthullah Gülənin həyatı‎ » Fəthullah Gülən və Hərəkatı haqqında » “Fəthullah Gülən Xomeyni kimi qayıdacaq” iddiası Gülənin həyatındakı faktlarla üst-üstə düşmür?

Bu sual və ya iddia Fəthullah Gülənin ABŞ-da yaşamasının (öz deyimi ilə məcburi təcrid həyatının) Hərəkatın siyasi məqsədi kimi izah olunmasından qaynaqlanır.

Bu iddiaya cavab vermək üçün həm Xomeyninin qayıdışının mahiyyətini, həm buna əsas təşkil edən siyasi məqsədli Şiə düşüncəsini, həm də Gülənin həyat fəlsəfəsini bilmək lazımdır.

Xomeyni 1964-cü ilin avqust ayında Şah tərəfindən sürgün edildi, 15 ay Bursada qalandan sonra Nəcəfə (İraq) keçib orada 13 il yaşadı. Şah hakimiyyətinin təzyiqləri nəticəsində buradan da Parisə getdi. 16 yanvar 1979-da Şah Tehranı tərk edəndən sonra 1 fevral 1979-cu ildə Tehrana qayıdıb İran İslam İnqilabına zəmin hazırlamağa başladı. Sözügedən iddianı ortaya atanlar Gülənin qayıdışını Xomeyni ilə qarışdırırlar. Hətta ictimaiyyətdə vahimə əmələ gətirmək üçün kimisinə görə komik, kimisinə görə səviyyəsiz iş də gördülər: “Ayətullah Fəthullah” adlı bir CD-də hazırlayıb yaydılar.

Bu qısa məlumatdan sonra Gülən və Xomeyni arasındakı fərqi belə sıralaya bilərik:

1. Bəlkə də, ən mühüm fakt Sünni və Şiə siyasi anlayışın bünövrə fərqidir. Gülənin nə dini və sosial-siyasi anlayışı, nə də “xidmət” fəlsəfəsi Xomeyniyə bənzəyir. Dolayısilə, vətənindən Xomeyni kimi getmədi ki, qayıdşı Xomeyni kimi olsun.

2. Fəthullah Gülən siyasi mübarizə nəticəsində və iqtidarın sürgünü ilə getməyib ki, qayıdışı da intiqam xarakterli olsun. Öz ifadəsi ilə desək: “Mən bu ölkənin övladıyam. İranlı deyiləm ki, Xomeyni olum. Heç vaxt onun kimi iddiam olmayıb ki, Türkiyəyə Xomeyni kimi qayıdım. Həyatımda heç bir yerə gurultulu, səs-küylü gedib-gəlməmişəm. Nə xarakter cəhətdən, nə məzhəb baxımından, nə də ölkə baxımından Xomeyni ilə bir əlaqəm var. Bunu deyənlər bir gün utanacaqlar”.

3. Gülənin ABŞ-a getmə və orada qalma səbəblərini açıqlayan məqalədə də qeyd edildiyi kimi, Onun getməsinin əsas səbəbi səhhətindəki problemlərdi.

4. Gülən həm səhhət problemlərinə görə, həm də siyasi münaqişələrə səbəb olmamaq üçün Türkiyəyə qayıtmır. Öz sözü ilə desək: “Ölkənin daxili asayişinə fərd olaraq mənfi təsir göstərməmək üçün” bu qərarı vermişdir. Əslində müəyyən güclər Güləni 28 Fevral sürəcində başlayıb hələ də davam edən mübarizənin simvoluna çevirmək istəyirlər. Vətəninə qaytımağı səbirsizliklə gözləsə də, Ali Məhkəmə haqqında bəraət qərarı versə də, qayıtmamağa üstünülük verməsinin səbəbi, onun adını istifadə edərək bu cür ictimai bölünmələrin qarşısını almaq, həm də daha kritik mərhələlərin (referendum, konstitusiyahazırlaması və s.) polemikalarla qaynamasına mane olmamaqdır.

5. Gülənin xarakteri onsuz da bu cür qayıdışa imkan verməz. Yəni qayıdışı Xomeyni kimi deyil, Fəthullah Gülən kimi olacaq. Onun sözləri də bunu göstərir: “Türkiyəyə mənə necə yaraşırsa, elə də qayıdaram… Qayıtsam özüm kimi, Ramiz əfəndinin Üç Şərəfəli Məsciddə imamlıq edən oğlu kimi qayıdaram… Bütün səmimiyyətimlə deyirəm bunu. Kəndimdə, babalarımın torpağında tikilən bir mehmanxana var, qayıtsam, orada qalmağı düşünürəm. Doğulduğum, böyüdüyüm kənddə bir kəndli kimi ölməyi arzulayıram”.

6. Gülən bütün bu baş verən hadisələri taleyin təcəllisi və Allahın təqdiri kimi dəyənləndirir. Dolayısilə onun bu düşüncəsi qisasdan uzaqdır.

7. Digər mühüm faktor: Türkiyə ilə İranın sosial şərtləri arasında böyük fərqlər var. 90-cı illərdə siyasi məqsədli dini hakimiyyət istəyənlərin faizi 5-ə enmişdir, mühafizəkar təbəqə get-gedə dünyəviləşir Türkiyədə demokratiya və hüquq günbəgün inkişaf edib kök atır, ölkə addım-addım Avropa Birliyinə irəliləyir. Bu prosesə dəstək verən hərəkatın fikir öndərinin Türkiyəyə Xomeyni kimi qayıdacağını iddia etmək olduqca əsassızdır.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message