Qara qitədə Fəthullah Gülən konfransları davam edir

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » Qara qitədə Fəthullah Gülən konfransları davam edir

Afrika ölkələri Könüllülər Hərəkatı və Fəthullah Gülən mövzulu konfranslara ev sahibliyi etməyə davam edir. Bu yaxınlarda Keniya və Uqandada Fəthullah Gülən Xocaəfəndi və Könüllülər Hərəkatı mövzulu iki ayrı konfrans keçirildi.

Keniyanın paytaxtı Nairobidə İşıq Kollecinin təşkilatçılığı ilə “Dinlərarası Dialoq və Fəthullah Gülən Hərəkatı” adlı konfrans keçirildi. Konfransın məruzəçiləri Corctaun (Georgetown) Universitetindən prof. dr. Tomas Mişel (Tomas Michel) və Dük (Duke) Universitetinin İslam araşdırmalar üzrə həmkarı Abdullah Antəpli idi. Türkiyənin Keniya Səfiri Tuncər Qayaların da iştirak etdiyi və iki alimə hədiyyə təqdim etdiyi tədbirə həmçinin Afrika Birliyinin nümayəndələrindən Conson Mubila (Jonhson Mubila), Keniyanın Müsəlman və Xristian qruplarının dini liderləri, bir çox universitetdən professor, müəllim, tələbə və müxtəlif media qurumaları böyük maraq göstərdi.

Tomas Mişel öz çıxışında “Fəthullah Güləndən müsəlmanların üç böyük düşməni; cəhalət, yoxsulluq və ixtilaf olduğunu öyrəndim. Daha sonra bu üç əsas maddənin təkcə müsəlmanların deyil, biz Xristianların və digər bir çox dinin də ortaq düşməni olduğunu gördüm” – dedi. Bu düşmənlərlə bütün dinlərin bir olub mübarizə aparmağının zəruriliyini vurğulayan Mişel, “Sülhün bərqərarında hamımız iştirak edə bilərik” – dedi. Tomas Mişel 23 ildir tanıdığı Fəthullah Gülənin “Təmiz ürəkli, dürüst və bəşəriyyətin sülhünə çalışan bir insan” olduğunu dedi.

Prof. Abdullah Antəpli isə “Fəthullah Gülənin təlimi XXI əsrin insanının problemlərinin ideal həll yolunun dinlərarası dialoqda olduğunu başa düşməmiyimizi təmin etdi” – dedi. Konfransın axırında hər iki məruzəçi də yerli mətbuatın suallarını cavablandırdı. Tomas Mişel bir suala verdiyi cavabda “Bəli, müəyyən fərqliliklərimiz var, amma bunlar bizim bir-birimizi anlamamıza mane olmamalıdır. Çünki biz bizə tolerantlığı, sülhü və sevginin nə qədər əhəmiyyətli olduğunu öyrədən eyni Tanrıya inanırıq” – dedi.

Qarşılıqlı sual-cavablarla keçən konfrans qonaqlara verilən yeməklə yekunlaşdı.

Universitetdə Xocaəfəndinin kitabı dərs vəsaiti kimi oxudulur

Uqandada bir araya gələn çox sayda alim də Fəthullah Gülən Hərəkatını və Hərəkatın dünya sülhünə töhfəsini müzakirə etdi. Gülən Simpoziumuna qatılan professor Tomas Mişel hərəkatı “Özünü Allaha adamış və gizli planları olmayan sülh dolu bir hərəkat” kimi təqdim etdi.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message