“İrşad Ekseni” İndoneziya İslami Nəşrlər Sərgisində Zirvədə

Home » Azəricə (Azərbaycan dili) » Mətbuat » Xəbərlər » “İrşad Ekseni” İndoneziya İslami Nəşrlər Sərgisində Zirvədə

İndoneziyada hər il mart ayının ortalarında keçirilən İslami Nəşrlər Sərgisi bu il də böyük maraqla qarşılandı. Bu sərgidə Türkiyə üçün əhəmiyyətli hadisə isə Fəthullah Gülən Xocaəfəndinin yeni tərcümə edilib satışa çıxarılan kitabının sərgidə ən çox satılan kitab olmasıdır.

Türk dilində adı “İrşad Ekseni” olan kitab İndoneziyada “Dakwah” adı ilə oxuculara təqdim edildi. Bu kitab sərginin üçüncü günü təqdim edilməsinə baxmayaraq, ən çox maraqla qarşılanan kitab oldu. Oxucular: “”Dakwah” kitabı böyük bir boşluğu dolduracaq” – deyirlər.

“Dakwah” kitabını çap edən nəşriyyatın Müdiri Tüko Çerol Visal (Teuku Chairul Wisal) bu əsərdən əvvəl Möhtərəm Fəthullah Gülənin “Kader” adlı kitabını da tərcümə edib çap etdirdiklərini və “Dakwah”ın ikinci kitab olduğunu bildirərək: “Möhtərəm Fəthullah Gülənin başqa kitablarını da artıq tərcümə etməyə başlamışıq, tezliklə oxuculara təqdim edəcəyik” – dedi. Kitabın redaktəsini də şəxsən özü edən Tüko Çerol Visal: “Möhtərəm Gülənin “Dakwah” əsəri İndoneziyada mühüm bir funksiya yerinə yetirəcəyinə inanıram. Çünki bu gün ən böyük problemimiz dinə xidmətdə işlətdiyimiz yanlış üslub və yanlış məlumatlardır. Möhtərəm Gülən isə Quran və hədis işığında insanın işə ilk öncə öz nəfsini islah etməklə başlamalı olduğunu deyir. Bu isə müasir İslam dünyası üçün, həqiqətən, çox mühüm məsələdir. Möhtərəm Gülənin müasir dünyanı təcrid etməyən mahiyyətcə dini dəyərlərlə bağlı fikirləri yalnız kitab səhifələrində əksini tapan nəzəri məlumatlardan ibarət deyil. Onun fikirlərindən ilham alaraq hərəkət edənlər getdikləri hər yerdə insanların sevgisini qazanır və böyük uğurlara imza atırlar. İndoneziyada fəaliyyət göstərən təhsil müəssisələri buna ən gözəl nümunədir. Bu səmimi və zərif ruhlu insanın səsinə müasir insanının çox ehtiyacı olduğunu düşünürəm” – dedi.

Sərginin girişində “çox əhəmiyyətli” yazısı ilə elan edilən kitabın tezliklə 2-ci dəfə çapa gedəcəyi bildirilir. Cakarta Gülən Kürsüsü rəhbəri Dr. Ali Ünsal isə: “Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin, ümumiyyətlə bütün insanlığı, xüsusilə də Müsəlmanları aydınladan fikirlərinə rəğbət getdikcə artır. Əsərləri dünya dillərinə tərcümə edilir. İndoneziyada da “Republika Yayın Qrupu” Möhtərəm Xocaəfəndinin əsərlərini İndoneziya dilinə tərcümə etmək qərarına gəldi. Müəllif hüquqlarına sahib olan “Kaynak Yayın Qrupu” ilə müqavilə bağlandı, sürətlə tərcümə işinə başladılar. Hələlik iki kitabını çap elədilər. Ramazana qədər də ən azı 7 kitabını tərcümə edib çap etməyi düşünürlər. Bu, bizim üçün də çox sevindirici haldır. Çünki Republika Yayın Qrupu böyük bir qəzetə, 4 televiziya kanalı və radioya malik ölkənin nüfuzlu yayın qrupudur. Ümid edirəm, xeyirli olar” – dedi.

Republika Yayın Qrupunun çap işləri şöbəsinin müdiri olan M. İqbal S. isə, xüsusilə “İrşad Ekseni” əsərinin tərcüməsi olan “Dakwah”ın böyük maraqla qarşılandığını söyləyərək: “Məncə, bütün din alimləri, bütün ustadlar və ölkədə İslam adından danışanlar bu kitabı oxumalıdır. Mövzuları tamamilə elmi əsaslıdır, Quran və Sünnə işığında izah edir, üslubu kimi İslamın mərhəmət yönündən istifadə edir. Məncə, hak-hazırda bu, çox mühümdür” – dedi.

Fəthullah Gülənin İndoneziya dilinə tərcümə edilmiş əsərləri bunlardır: “Sonsuz Nur”, “Əsrin Gətirdiyi Tərəddüdlər”, “İnancın Kölgəsində”, “Qəlbin Zümrüd Təpələrində” və “Ölümdən Sonrakı Həyat”.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message