Dəyişmədən qorunmaq üçün səddi-zərai

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Dəyişmədən qorunmaq üçün səddi-zərai

Sual: 1) “Yağın, balın içinə atsanız, üstünə bir damcı bulaşdırmayan, ləl-cəvahiratla bəzəsəniz, qızılı, gümüşü seçə bilməyən dəyişməz insanlara ehtiyac var” buyurdunuz. Dəyişməməklə bağlı səddi-zərai sayılan xüsuslar nələrdir?

  • “Sədd” sözü “qadağan etmək”, “mane olmaq” deməkdir; “zərai” də “səbəb” və “yol” mənasına gələn “zəriyə” sözünün cəm şəklidir. “Səddi-zərai” isə pisliyə, şərə və günaha aparan yollara sədd çəkmək, haram işləməyə səbəb olan hərəkətlərdən uzaq olmaq deməkdir. Məsələn, zina böyük günahdır. Harama baxmaq da bu günaha aparan bir səbəb olduğu üçün günahdır və qadağan edilmişdir. Buna binaən, Qurani-Kərim, “Zina etməyin”, “Yetim malı yeməyin” əmrini “Zinaya yaxınlaşmayın”, “Yetim malına yaxınlaşmayın” şəklində verərək günaha aparan ab-havadan uzaq olmağa çağırır. (01:01)
  • Fənalıqdan qorunmaq üçün ən möhkəm qala imandır. İmanı güclü olan insan hərdənbir yanılsa da, yolunu tez tapar, bəzən büdrəsə də, dərhal belini dikəldər. (03:45)
  • Həzrəti Ömərin (radiallahu anh) dövründə iffət qəhrəmanı bir gənc bir yerdə azca günaha meyl edincə birdən-birə “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” (“Əraf” surəsi, 7/201) məallı ayəni pıçıldayır. İçində hiss etdiyi o günah meylinin şeytandan gələn bir teyf olduğunu başa düşür, gözü açılır, halına bəsirətlə göz yetirir və Allahı anır, anır və günahdan üz döndərir. Lakin qəlbi, vicdanı günahı işləmə xofuna və ehsan şüuruna zidd davranma əndişəsinə dözə bilməyib elə həmin yerdə canını tapşırır. Sonra… (04:27)
  • Bir xətanı hədislərə istinad edərək nəfsi müdafiə etmək demaqoqluq, günahı iki qat artırmaq və tövbə qapısını bağlamaq deməkdir. Məsələn, bəzi adamların çimərliyə gedib günah işləyəndən sonra “Uşaqlarınıza üzməyi, atıcılığı və miniciliyi öyrədin” hədisini misal gətirib üzməyin fəzilətindən danışmaqla bu qəbahətinə bəhanə uydurması demaqoqluq, günahı iki qat artırmaq və tövbə qapısını bağlamaqdır. (07:40)
  • Haqq Təala belə buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar və örtsünlər. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!” (“Nur” surəsi, 24/30). (09:22)
  • Ustad Həzrətləri “On Dördüncü Nota”nın “Üçüncü Remz”ində insan mahiyyətinə qoyulan mənəvi “cihazlar” və lətifələrin müxtəlifliyindən, bəzilərinin dünyanı da udsa, doymamasından, bəzilərinin isə bir zərrəyə belə tab gətirməməsindən bəhs edir. Bəzi lətifələrin tük qədər bir ağırlığa, yəni qəflət və zəlalətdən doğan kiçik bir halətə dözə bilməyəcəyini deyir və “Madam elədir, özünü qoru, addımını diqqətlə at, batmaqdan qorx. Bir loğmada, bir kəlmədə, bir dənədə, bir ləmada, bir işarədə, bir öpməkdə batma” deyir. (10:08)
  • Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), “Fəna hislər səni xəyallarda yaxalasa, ilk fürsətdə dərhal onlardan qurtulmağa çalış, yoxsa bir müddət sonra səni apardığı yerdən geri qayıda bilməzsən” buyurmuşdur. (Epiktetin da buna çox yaxın bir sözü var.) Bəli, bir şeytani ox xəyalınıza saplandığı an bacarırsınızsa, dərhal geriyə dönməli və zehninizdə açılan yırtığı vaxt itirmədən tikməyə çalışmalısınız. O ox daha da dərinə işləmədən və aldığınız yara ağırlaşıb sizi öldürmədən bir sipərə sığınmalı, əzəli düşməninizin hücumlarından qorunmalısınız. Əks halda, bəzi xəyal dəryalarında yelkən açar, dalğalarında sovrular və sahildən o qədər uzaqlaşarsınız ki, sahilin yolunu tapa bilməzsiniz. Elə isə nə qədər ki yol yaxındır, iradənizin gücü yetir, fəna hiss və fəna ehtiraslardan uzaqlaşmalısınız!.. (11:14)
  • Maddi viruslar daim dəyişdiyi kimi, mənəvi xəstəliklərə səbəb olan viruslar da zaman və şəxsdən asılı olaraq dəyişir. Nur Müəllifi “Hücumatı sittə” adlı məşhur risaləsində şeytanların ən təhlükəli altı hiyləsinə diqqət çəkmiş, “hubbu-cah (şan-şöhrət arzusu), qorxu, tamah, irqçilik, ənaniyyət (eqoizm) və tənpərvərlik” şəklində sadaladığı şeytani hücumlardan müdafiə yollarını göstərmişdir. Bu cür virusların, zəf və boşluqların biri, və ya bir neçəsi hər insanda ola bilər. İnsan onu Allahın rizasına və axirət səadətinə aparan yolun təhlükəsizliyi naminə bu boşluqları tanımalı, fərqinə varmalı və hər addımını diqqətlə atmalıdır. (14:24)

Sual: 2) İmana və Qurana xidmətdə yerinə yetirdiyimiz vəzifələr bizi müəyyən mövqelərə gətirir və haqqımızda hüsnü-zənnə vəsilə olur. Bu mövqe və müsbət düşüncələrin bizdə mənfi dəyişikliyə səbəb olmaması üçün nələrə diqqət yetirməliyik? (20:30)

  • İnsanın könül dünyasını yavaş-yavaş xarab edən, mənəvi mələkələrini bir-bir sıradan çıxaran xəstəliklərdən biri də hər fürsət düşəndə tərif və mədh edilməyi sevməkdir. Daim üstün vəsflərlə anılmaq, mədh-sənalarla yad edilmək və tez-tez yaxşılıq, üstünlük və uğurlarla diqqətə çatdırılmaq arzusu çətin müalicə olunan qəlb mərəzidir. Mədhiyyə yazılmasını, təriflər yağdırılmasını özü üçün arzu edən möminlər də ola bilər, lakin kibr, qürur və eqoizmdən qaynaqlanan təriflənmə istəyi daha çox müşrik və münafiqlərdə müşahidə edilən mənəvi mərəzdir. (20:54)
  • Həqiqi mömin təvəccöh, iltifat və tərifdən xoşlanmamalı, ona mədh-səna ünvanlayanları xəbərdar etməlidir. O, bu mövzuda qərarlı olmalı, hətta mədh edilməyi özünə təhqir saymalıdır. Nəfsin xoşuna gələn, onu sərin meh kimi oxşayan mədh-səna, təqdir-təltif əsintilərini ruhi-mənəvi etirazlarla qarşılamalı, onu girdab, sunami bilib ondan qurtulmağa çalışmalıdır. (22:05).
  • Həzrəti Əbu Bəkir (radiallahu anh) uzadılan bir bardaq soyuq su ilə iftar edir, sonra da gözlərindən qan-yaş axıdır. Elə hönkürür ki, yanında olan insanları da ağladır. Bir qədər sonra dostları “Niyə belə ağlayırsan?” deyə soruşurlar. Deyir ki: “Bir gün Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əli ilə nəyisə itələyir və “Məndən uzaq ol, məndən uzaq ol!” deyirdi. Soruşdum, “Ya Rəsulullah! Kimisə uzaqlaşdırmağa çalışırsınız, amma mən heç kimi görə bilmirəm?!” Buyurdu ki: “Dünya bütün dəbdəbəsi ilə qarşımda təcəssüm etdi və mənə özünü qəbul etdirmək istədi, mən də ona “Məndən uzaq ol!” dedim. O, dönüb gedəndə, “Vallah, sən məndən xilas olsan da, səndən sonra gələnlər əlimdən qaça bilməyəcək. Sənə özümü qəbul etdirə bilmədim, amma sonrakılar arxamca qaçacaqlar” dedi”. “Dünya bu bir bardaq soyuq su ilə özünü mənə qəbul etdirdimi?” deyə əndişələndim və buna görə ağladım. (25:05)
  • İltifatları, təqdirləri, mübaliğəli bəyanları təkərin havası hesab etmək, bir tərəfinə toxunan kimi “fıss” eləyib boşalacaq qədər dəyərsiz saymaq… Bəli, Allahla əlaqəsi olmayan şeylərin qiymət və dəyəri yoxdur. (27:22)
  • Bədiüzzamanın ifadəsi ilə, “Bir dirhəm ixlaslı əməl xalis olmayan batmanlarla (8 kq. yaxın ölçü vahidi) əməldən üstündür”. Onun üçün bu xidmətdə əsas məqsəd birbaşa, yalnız və yalnız Haqq Təalanın rizası olmalı; böyük-kiçik hər bir iş Onun xoşnudluğu üçün yerinə yetirilməlidir. (28:52)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message