Qərbi Afrika ölkəsi Gambiyanın dini lideri Şəriff Məhəmməd Hindora öz ölkəsində də Türk məktəbinin açılmasını istədi.
Gambiyanın dini lideri Hindora rəhbərliyində bir heyət Malaziyanın paytaxtı Kuala Lumpurda təşkil edilən 6-cı Dünya İslami İqtisadiyyat Forumunda iştirak etmək üçün gəldi. Gambiyadan gələn heyət Malayziyada fəaliyyət göstərən Malaziya-Türk Dialoq Dərnəyinə də baş çəkdi. Malaziya-Türk Dialoq Dərnəyinin Rəhbəri Ahmet Kaplanla səmimi söhbət edən Hindora bir çox Afrika ölkəsində Türk məktəbi olduğunu ifadə etdi. Hindora Gambiyada da Türk məktəbinin açılmasını istədiklərini bildirdi: “Afrikanın bir çox ölkəsində Türk məktəbləri var. Bu məktəblərin Afrikadakı müvəffəqiyyətlərindən xəbərimiz var. Gambiyada da Türk məktəbləri görmək istəyirik. Bunun üçün lazım olan hər şeyi etməyə hazırıq” – dedi.
Gambiyada tibbi avadanlıq çatışmazlığı olduğunu deyən Hindora, Türk həkimlərini də ölkəsinə dəvət etdi.
Malaziya-Türk Dialoq Dərnəyinin Rəhbəri Ahmet Kaplan da məmnuniyyətini bildirərək: “Gambiyada Türk məktəbi görmək bizi də sevindirər və bunun üçün birlikdə çalışacağıq” – dedi.








