Müsəlman varlı ola bilməzmi?

Qənaətimcə, kasıblığı, zənginliyi mütləq mənada nemət və ya nikmət şəklində dəyərləndirmək doğru deyil. Çünki tarixdə bir çox kasıb saleh insan olduğu kimi, həyatını Allah yoluna həsr etmiş bir çox zəngin “Allah adamı” var. Dolayısilə, yerinə görə kasıblıq, yerinə görə də zənginlik xeyirli ola bilər… əksinə hər ikisi də həm nemət, həm də nikmət[1] ola bilər.

Rəsuli-Əkrəm (sallallahu əleyhi vəsəlləm) kasıb həyat yaşadı. Lakin Oun kasıblığı iztirari[2] kasıblıqdan çox iradi kasıblıq idi. Bəli, O, kasıb həyat seçdi. İstəsəydi, dünyanın sərvəti xanəyi-səadətinə axardı. Lakin çox yaxşı bilirik ki, sərvət o bərəkətli xanəyə axdığı vaxtlarda belə O (sallallahu əleyhi vəsəlləm) həyatını heç dəyişdirmədi. Məsələn, Həzrəti Xədicə (radıyallahu anha) bütün sərvətini Allah Rəsuluna bağışlamış, O da bunları Allah yolunda sərf etmişdi. Belə ki, bir dəfə Həzrəti Ömərə: “İstəməzsənmi, ey Ömər, dünya onların, axirət də bizim olsun” buyurmuşdu. Peyğəmbərlərdən sonra ən fəzilətli insan Həzrəti Əbu Bəkirin (radıyallahu anh) Sunhdakı evi daxmanı andırırdı. O, uzun müddət qonum-qonşunun qoyunlarını sağaraq dolanışığını təmin edirdi. Həzrəti Ömər (radıyallahu anh) də eyni şəraitdə ömür sürdü. Xəlifəlik dövründə belə
“maili-inhidam”[3] evdə yaşayırdı.

Digər tərəfdən “mütləq xeyir kasıblıqdır” desəniz, peyğəmbərlərdən böyük sərvəti olan Həzrəti Davud və Həzrəti Süleyman (ə.s.); əshabədən Həzrəti Osman və Həzrəti Abdurrahman ibn Afv (radıyallahu anhum əcmain) və övliyadan Şahı-Geylani (quddisə sirruh) kimi şəxsləri nəzərə almamış olarsınız. Həmçinin tarixdə çoxlu xeyirli iş görmüş, məscid, külliyyə[4], bədəstanlar[5] tikdirmiş Osmanlı sultanları və məsələn, comərd və fədakar xanımlardan Məkkədən Ərafata qədər su çəkdirən Harun Rəşidin yoldaşı Zübeydə Xatun… Bunun kimi fani şeyləri baqiləşdirən, biri minə çevirən, Haqqın lütf etdiyi imkanları qullarına sərf edən saysız-hesabsız insan vardır. Dolayısilə, bu qədər insanı və bu qədər gözəlliyi nəzərə almasaq, məsələyə düzgün yanaşmamış olarıq. Ancaq təəssüf ki, kasıblıq zənginlikdən xeyirlidir, mal-mülk insanı yoldan
azdırır və s. kimi düşüncələr inananlar arasında geniş yayılmışdır. Halbuki dinə bir bütöv olaraq baxanda, əmr və qadağaları külli nəzərlə təhlil edəndə aydın görünür ki, sərvətdən imtina etmə, mütləq mənada kasıblığı seçmə düşüncəsi, anlayışı doğru deyildir.

“Bundan sonra Osmana (radıyallahu anh) etdikləri (əməlləri) zərər verməz”

İndi isə dediyimiz bu mücərrəd əsasları müşəxxəs[6] nümunələrlə izah etməyə çalışaq. Yuxarıda da ifadə etdiyimiz kimi Raşid Xəlifələrdən Həzrəti Osman (radıyallahu anh) çox imkanlı insan idi. O, eyni zamanda səmahət[7] və comərdlikdə qəhrəman idi. Belə ki, Həzrəti Osman ileyi-kəlimətullah uğrunda üç yüz, beş yüz dəvəni, üstəlik yükü ilə birlikdə verirdi. Bunu o dövrün imkanları ilə müqayisə etsək, bu gün üç yüz-beş yüz Mersedes markalı maşın deməkdir. Zənnimcə, bu dövrdə xeyirxah, səmahətli bir insan Həzrəti Osmanın (radıyallahu anh) Allah yolunda verdiyinin yüzdə birini versə, onu alqışa tutar, bu səxavətliliyini hər kəsə danışarıq. Ehtimal ki, o şəxs də rica (ümid) ilə “ümid edirəm ki, məni də səhabə ilə birlikdə Cənnətə qoyarlar” deyə düşünməyə başlayar. Bu mülahizəyə görə həmin şəxsə: “Haqqın yoxdur” da deyə
bilməzsiniz, çünki Allahın mərhəməti çox genişdir. Ümid olunar ki, Həzrəti Osmanın yolunda gedən, onun comərdliyini nümunə götürən insanı Cənabi-Haqq Onunla birlikdə həşr edib Onunla birlikdə Cənnətlə sərəfraz edər. Budur Allah Rəsulunun üçüncü xəlifəsi Həzrəti Osman Allah yolunda göstərdiyi səmahət və bundan dolayı Peyğəmbərimizin (əleyhi əkməlüttəhaya): “Bundan sonra artıq Osmana etdikləri zərər verməz” müjdəsi… Bəli, var-dövləti və bu var-dövləti Haqqın yolunda sərf etməsi onu alayi-illiyyinə yüksəltmişdi. Deməli, sərvət Allah yolunda sərf edilərsə, insanı Cənnətə aparan nurlu bir hələzona çevrilər.

“Bu, o qulum üçün daha xeyirlidir”

Digər tərəfdən Qurani-Kərimin əks qütbdə göstərdiyi başqa bir nümunə də Qarundur. Cənabi-Haqq Həzrəti Musanın (əleyhissalam) qövmündən olan Qaruna elə xəzinələr bəxş etmişdi ki, açarlarını güclü-qüvvətli bir birlik belə çətinliklə daşıyırdı. Ancaq o, bu sərvəti öz bacarığı ilə qazandığını iddia edirdi. Allahın ona verdiyi lütf və ehsana şükür edib insanlara yaxşılıq etmək əvəzinə, yaxşılığın Həqiqi Sahibini unutmuş, özünü eqoizmin girdabına atmış və mal-mülklə lovğalanmağa, özü ilə fəxr etməyə, yolundan azmağa başlamışdı. Cənabi-Allah da buna müqabil onu bütün sərvəti ilə birlikdə yerlə-yeksan etmişdi. Beləcə Qarun ülül-əzm[8] peyğəmbərə yaxınlığa layiq ola bilməyib talesiz sərvət sahibi kimi tarix səhifələrində öz yerini almışdır.

Xülasə

  • Kasıblığı, zənginliyi mütləq mənada nemət və ya nikmət şəklində dəyərləndirmək doğru deyil. Rəsuli-Əkrəm (sallallahu əleyhi vəsəlləm) kasıb həyat yaşadı. Lakin Oun kasıblığı iztirari[9] kasıblıqdan çox iradi kasıblıq idi.
  • Ümid olunar ki, Həzrəti Osmanın yolunda gedən, onun comərdliyini nümunə götürən insanı Cənabi-Haqq Onunla birlikdə həşr edib Onunla birlikdə Cənnətlə sərəfraz edər.
  • Qarun ülül-əzm peyğəmbərə yaxınlığa layiq ola bilməyib talesiz sərvət sahibi kimi tarix səhifələrində öz yerini almışdır.

“Mən də yıxıla bilərəm!”

Büdrəyib yıxılmaqla sürüşməyib ayaq üstə qalmaq arasında incə bir pərdə var. Dolayısilə, büdrəyib yıxılana “Niyə yıxıldı?”, yıxılmayana isə “Ayaq üstə necə qaldı?” deyə heyrət etmək lazımdır.

Çünki imanda sabitlik aciz insan oğlunun əlində olmadığı kimi, büdrəyib üzüstə düşmək də onun əlində deyil. Göründüyü kimi, insan yanlış baxış və azacıq inhirafla müvazinətini itirir, Allah qorusun, üzüstə yuvarlanıb gedir.

Bu məqamda “Əraf” surəsində haqqında bəhs edilən Bəlam b. Baura adlı şəxsin faciəvi, ibrətamiz aqibətini nümunə verə bilərik. Sözügedən ayədə məalən Cənabi-Haqq belə buyurur: “(Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu”. Rəvayətlərə görə bu adam Allaha aparan yollara vaqif idi və ismi-əzəmi bilirdi. Ancaq bu səviyyəyə yüksələn bir insan bir yerdə büdrəyib düşmüşdü.

Buna görə, Sahibi-Şəriət Peyğəmbərimizin dilindən (s.ə.s.): “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən” (“Ali İmran” surəsi, 3/8) duası düşməzdi. Çünki aqibətindən qorxmayanın aqibətindən qorxulur. Bəli, “mən də yıxılaram!” deyə əndişələnməyən, Allah qorusun, hər an təhlükə ilə üz-üzədir. Çünki bildiyimiz kimi, Əbu Ləhəbin büdrəyib yıxıldığı yerdə Hz. Həmzə və Hz. Abbas möcüzəvi şəkildə sıçrayıb qurtulmuşdur. Eyni ailənin bir üzvü Peyğəmbərimiz tərəfində, digəri qarşı (düşmən) cəbhədə dayanmışdı.

Deməli, küfrlə iman arasında tük qədər məsafə var. İnsan, sanki, dünyada ip üstündə gəzir. Buna görə də, insan məyəlani-şərin kökünü kəsib məyəlani-xeyirə güc vermək üçün daim dua etməli, Allaha sığınmalı, istiğfarı dilindən düşürməməlidir. Cənabi-Haqq hamımızı pis aqibətdən qorusun!

Sözün cövhəi

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) keçmiş və bundan sonra da gələcək insanlar arasında xəta etməyən yeganə insandır.

Çünki Allah (cəllə cəlalühü) bəşəriyyətə kamil insanlıq yolunu göstərən İnsanlığın İftixarının “insani-əkməl” olmasına mane olan hadisələri məbdədən (başlanğıcdan) aradan qaldırılmışdır, Onu daim xeyirə istiqamətləndirmiş, O da həmişə “insani-əkməl” keyfiyyətini nümayiş etdirmişdir. Əgər belə olmasaydı, Onun açdığı bu müqəddəs yolda kamala gedən ümməti çətinliklərlə üzləşərdi.

Həftənin duası

Ya Rəbbim! Duamızı qəbul et, ümidimizi puç etmə. Nöqsanlarımızı ört.. günahlarımızı bağışla… ixlaslı qullarına lütf etdiyin kimi, bizə də lütf et… bizə (mal-mülkün faydası olmadığı o gündə fayda verən və Sənin xoşnud olmadığın kirli duyğulardan arınmış) bir qəlblə daim doğru danışan sadə dil və Sənin sevginə və Səni sevənlərin sevgisinə layiq olan əməllər nəsib et.


[1] Nemət- lütf, ehsan, səadət. Nikmət- Şiddətli cəza

[2] Əlacsızlıq, çarəsizlik

[3] Uçmağa hazır

[4] Osmanlı dövründə Ərəbistan vilayətlərində bəzi mədrəsələrə universitet mənasınde verilən ad.

[5] Qiymətli parça, silah, ləl-cəvahirat və s. satıldığı üstü örtülü bazar

[6] Konkret

[7] Cömərdlik, əliaçıqlıq

[8] Quranda adı keçən böyük peyğəmbərlər

[9] Əlacsızlıq, çarəsizlik

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message