Bazar-dükandan nəbilər-siddiqlər cərgəsinə

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Kürsü yazıları » Bazar-dükandan nəbilər-siddiqlər cərgəsinə

Mədinənin Gülü, Vaqlığın Özü Peyğəmbərimiz zühd mehvərli qəlb sahibi olduğuna görə fəqirlərdən fəqir həyatı seçmiş və bütün ömrünü zahidanə keçirmişdir.

Çünki O, ümməti, xüsusilə də irşad ərənləri üçün örnək idi. O, bənzərsiz həyat tərzi ilə həm təbliğ və təmsil vəzifəsinin dünyaya alət edilməməsinin zəruriliyini göstərmiş, həm bu uca vəzifədə “Mənim mükafatım ancaq Allah dərgahındadır” deyən bütün peyğəmbərlərin duyğu-düçüncəsini bir daha səsləndirmiş, həm də Quran xadimlərinə bir örnək, bir rəhbər olma məsuliyyətini layiqincə ortaya qoymuşdur. Buna görə ən fəqir ömür sürmüşdür… amma ümmətinin fəqrü-fənasına əsla razı olmamış, əshabələrini çalışıb qazanmağa, güclü bir toplum meydana gətirməyə təşviq etmiş və onları əl açan deyil, əl tutan insanlar olmağa yönəltmişdir.

Zühdün fərdi və ictimai yönlərini bir-birindən ayıra bilməyən, təqvaya dair həqiqətləri və incəlikləri qavraya bilməyən bəzi insanların ticarəti, çox çalışıb çox qazanmağı və zəngin olmağı yersiz, hətta zərərli saymasına müqabil Allah Rəsulu (sallallahu əleyhi vəsəlləm) “Sadiq və etibarlı tacir şəhidlərlə, siddiqlərlə və nəbilərlə birlikdədir”. Bununla da Allahın ən çox sevdiyi bəndələrlə birlikdə həşr olunmaq istəyən ticarət adamlarına dürüst və etibarlı olmağı şərt qoyur.

Bəli, İslamın ticarət əxlaqını əsas götürən bir tacir dürüstlüyü, doğruluğu və etibarlılığı ilə qarşı tərəfdə güvən hissi oyatmalıdır. Müştərinin bilməməsini, qəflətini və ehtiyac içində olmasını sui-istimal etməməli və heç vaxt heç kimi aldatmamalıdır. Hətta yalan danışıb aldatmağı İslam dairəsindən çıxmaq kimi saymalı və belə bir aqibətdən diksinməlidir. Bəli, mömin aldansa da, aldatmaz. Allah Rəsulu bir satıcının islandığına görə çəkidə daha ağır gələn buğdanı satmağa çalışdığını görüb: “Niyə nəmli tərəfini üstə çıxarmadın ki, insanlar görə bilsin?” deyərək xəbırdarlıq etdikdən sonra “Bizi aldadan bizdən deyil” buyurmuş, yararsız malı nöqsanını demədən satmağın müsəlmana yaraşdmadığını və ondan qazanılan pulun da halal olmadığını bildirmişdir.

Məhşərdə nəbilərlə birlikdə olan tacirin birinci xüsusiyyəti sidqdir. Yalan danışmaq, üstəlik yalan yerə and içmək böyük günahlardandır. O biri dünyada Allah-taala azacıq mənfəət xatirinə Onun adından istifadə edənlərin və and-amanla insanları aldadanların üzünə baxmayacaq. Bu həqiqəti dilə gətirən Peyğəmbərimiz “Allah-taalanın paltarını yerdə sürüyüb kibirlə (təkəbbürlə) yeriyən, etdiyi yaxşılığı başa qaxan və yalandan and içərək malını layiq olmadığı, dəyərindən artıq qiymətə satmaq istəyən” insanlarla danışmayacağını, üzlərinə rəhmət nəzəri ilə baxmayacağını və onları dəhşətli əzabla cəzalandıracağını xəbər vermişdir.

Tacirlər üçün ən azı sidq qədər vacib olan etibarlılıq xüsusiyyəti isə alış-verişdə adil davranmaq, çəkidə aldatmamaq və hiylədən uzaq olmaqdır. Qurani-Kərim çəkidə haqsızlıq etməyi qədim qövmlərin tənəzzül və süqut səbəbələrindən biri kimi göstərir. Məsələn, Mədyən və Eykə xalqının – Həzrəti Şüeyb onlara peyğəmbər göndərilmişdi – çəkidə və ölçüdə hiyləgərlik etməsini onların həlak səbəblərindən biri olduğunu diqqətə çatdırır.

Digər tərəfdən, ticarət əqdində iştirak edən tərəflərin aldadılmaması üçün dinimizin əmrləri çərçivəsində müəyyən tədbirlər tövsiyə edilmiş, məsələn, alış-veriş və borc müqavilərinin yazılı aparılması məsləhət görülmüşdür. Həmçinin əmtəənin bahalanması və daha yüksək qiymətə satılması məqsədilə onun satışa çıxarılmasını gecikdirmək mənasına gələn “ehtikar” (möhtəkirlik) və müştərisi olmayan ticarətçinin malını yuxarı qiymətə satmaq üçün müştəriləri qızışdırması anlamını verən “nəcəş” kimi haqsız rəqabət üsulları da qadağan edilmişdir. Dolayısilə, bir tacir sözügedən hədisin halqasına daxil olmaq istəyirsə, ticarətdə bu cür qeyri-qanuni yollardan da uzaq olmalıdır.

İradəni ortaya qoy

Bəli, bəzi insanlar cismani istəklərin və şəhvani hislərinə tab gətirə bilmir və aldanır. Bəziləri rahatlıq, yurd-yuva və ev-eşik və s. dünya işlərindən əl çəkə bilməyib yarı yolda qalır. Bəziləri də dünyaya məftun olurlar; mal-mülkdən, sərvətdən doymur, daha da varlı olmaq istəyir. Bu arzularına çatmaq üçün də hər cür qeyri-qanuni işə əl atmaqdan çəkinmir və dünyaya sərmayə qoya-qoya yavaş-yavaş axirəti itirirlər. Sadiq, doğru-dürüst, iffətli və halal qazanan ticarət adamı isə əksəriyyətinin aldandığı bu məsələlərdə təmkinini əldən vermir, belə “sürüşkən” yerlərdə addımını diqqətli atır və daim axirəti düşünərək hiylədən, yalandan, müştərini aldatmaqdan və haqsız qazancdan uzaq olur. Dükan-bazarda min cür oyundan çıxan şeytanın hücumlarına baxmayaraq, haram-halala riayət edib ticarətini edir, işin başında keçən və keçəcək dəqiqələri də ibadətə çevrilir.

Bu təhlükəli məsələlərdə iradəsini ortaya qoyub mömin kimi hərəkət edən və çətin olsa da, özünü məcbur edib doğruluqdan əl çəkməyən sadiq və etibarlı tacir bu cəhd və səmimi niyyətinin mükafatını nəbilələrlə, siddiqlərlə və şəhidlərlə birlikdə həşr olunmaqla alacaq. Beləliklə, o, ticarətə davam etdiyi və dünyadan əl-ətək çəkmədiyi kimi, axirətinə də lazımi əhəmiyyəti göstərmiş və əbədi xoşbəxtlik vəsiləsi sayılan üxrəvi mükafatını da almış olur. Bu baxımdan sirati-müstəqim bir mənada insanın dünyadan üz çevirmədən özünü və axirətini düşünməsindir.

Xülasə

  • Mədinənin Gülü, Vaqlığın Özü Peyğəmbərimiz zühd mehvərli qəlb sahibi olduğuna görə fəqirlərdən fəqir həyatı seçmiş və bütün ömrünü zahidanə keçirmiş, ancaq ümmətinin fəqrü-fənasına əsla razı olmamışdır.
  • Dünyanı (dünya işlərini) ehmal etmədiyi kimi, axirətinə də lazımi əhəmiyyəti verən doğru və etibarlı tacir şəhidlərlə, siddiqlərlə və nəbilərlə birlikdə həşr olunacaq.
  • Məhşər günü nəbilərlə bərabər həşr olunan tacirin ən əsas xüsusiyyəti doğruluqdur. O biri dünyada Allah-taala azacıq mənfəət xatirinə Onun adından istifadə edənlərin və and-amanla insanları aldadanların üzünə baxmayacaq.
  • Ömər zühdü

    span class=”dropcap”>Mövlanə Şiblinin rəvayətinə görə Həzrəti Ömər (r.a.) düşmənlə hesablaşarkən bir tərəfdən saysız-hesabsız at və dəvələri müharibə meydanlarına göndərir, digər tərəfdən də minlərlə atı müharibəyə hazır vəziyyətdə saxlayırdı.

    Məsələn, Mədinə civarında müharibədə iştirak etməmiş qırx min cins Ərəb atı, Suriya ətrafında da eyni miqdarda at bəslənir və ehtiyatda saxlanılırdı. Xalqının əmin-amanlığı və firavan gələcəyi üçün bu qədər hərbi qüvvəyə və sərvətə sahib olan Hz. Ömər (r.a.) gündə, bəlkə də, ancaq bir dəfə çörəyini zeytun yağı ilə yeyir və bununla qane olurdu.

    Ədalət timsalı Həzrəti Ömər bir gün zövcəsinin saçlarına zeytun yağı çəkdiyini görür. Saça vurulan zeytun yağı nə qədər edər ki?! Lakin Ömər həssaslığı… soruşmadan dayana bilmir “O zeytun yağını hardan aldın?” Həyat yoldaşı “Kasıblara yağ payladığın qazanlardan biri hələ yuyulmamışdı, o qazanın dibində qalan yağdan istifadə etdim” cavabını verir. Həzrəti Ömərin aldığı cavabdan xoşu gəlmir və “Xalqın yağını niyə işlərdirsən, nə haqla saçlarına vurursan?!” deyərək narazılığını bildirir. Millətin malını talan edən çağdaş həramilərin qulağı cingildəsin!

    Tərtəmiz yaşantısı ilə ilk xəlifələrə, xüsusilə də, Həzrəti Ömərə çox bənzəyən ədalət timsalı Ömər bin Əbdüləziz iqtisadi və siyasi sabitliyi pozulmuş bir dövlətə xəlifə seçilir. Allahın izni və köməyi ilə başqalarının otuz ildə görə bilmədiyi işi iki il yarım ərzində həyata keçirir. Onun gördüyü işlər sayəsində Türkiyədən dəfələrlə böyük olan dövlətin xəzinəsi dolub-daşır. Bir gün xəzinədar gəlib “Xəzinəmiz həddindən artıq çoxalıb, xərclərdən çox gəlirimiz var. Bu imkandan necə istifadə edək” deyir. O, “Xalqa zəkat paylayın, bircə nəfər də möhtac qalmasın” deyir. Çox keçmədən xəzinədar yenə gəlib “Demək olar ki, hər kəs zəkat verəcək səviyyəyə gəldi, amma yenə xəzinə doludur, başqa əmriniz varsa, biz hazırıq” deyir. Ömər bin Əbdüləziz “On beş yaşına girmiş, həddi büluğa çatmış hər kəsi evləndirin, cavanların ailə qurmasına kömək edin” deyir. Ancaq ölkəsinin və xalqının rifah səviyyəsini bu qədər yüksəldən bir insan zahidanə həyatı seçir. Xəlifə Vəlidin dövründə on min dinar maaş alan xalasına ayrılmış pulu belə kəsir və “Xala, haqqımız nə qədərdisə, o qədər alaq, artığı bizə haram olar” deyir. Sonra da həmişəki kimi durub boşqabda bir az zeytun yağ və bir az çörək gətirərək: “Xala, buyur yemək yeyək” deyir, çörəyi yağa batırıb yeməyə başlayır. Məhz bunun sayəsində süquta üz tutmuç bir toplumda zühd anlayışını, Məhəmmədi ruha yiyələnmə düşüncəsini cücərdirdi.

    Həftənin duası

    Ey bütün mövcudatı rəhməti ilə bürüyən Rəbbimiz! Bizə və bütün müsəlmanlara mərhəmət et… Bizi Səndən uzaqlıq məhrumiyyətinə düçar etmə… Bizi saleh qullarından ayırma… Halımıza acı və bizi nə nəfsimizlə, nə də Səndən uzaqlaşdıran hər hansı bir şeylə bir göz qırpımı qədər də olsa üz-üzə qoyma… yardım və hifzini əsirgəmə və bizi nüsrətinlə gücləndir. Sən ən gözəl hifz edən və yeganə güc-qüdrət Sahibisən. Amin…

    Sözün cövhəri

    Kamil insanlarda hiss, qəlb, ağıl, məntiq həmişə eyni ölçü və eyni istiqamətdə birləşir. Bəli, hissin qəlb, qəlbin ağıl, ağılın məntiqlə uyumunu görmək istəyənlər kamil insanlara baxsın. Hətta vicdani təcrübələr göstərir ki, belə insanlar hiss tufanı ilə yaşasa və hisləri cağlayanlar kimi axsa da, yenə də ağıl, məntiq və qəlb tarazlığını qoruya bilirlər. Burada nəfsin müdaxilələri, şeytanın vəsvəsələri həmişə marjinal qüvvə kimi qalır və məğlubiyyətlə üzləşir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message