Fədakarlıq “ya Hu”!

Home » Azəricə (Azərbaycan dili) » Xitabət » Bəm teli » Fədakarlıq “ya Hu”!

Sual: Bu yaxınlarda "fədakarlıq, ya Hu!"[1] buyurdunuz, sonra da öz əlinizlə yazdığınız bu cümlə lövhə şəklində divardan asıldı. Sizə bu sözü dedirdən nədir? Fədakarlıq ifadəsi ilə nələri nəzərdə tutursunuz? İmana xidmət yolunda görülən işləri fədakarlıq, yoxsa məsuliyyət kimi dəyərləndirməliyik?

  • Hər mömin iman və İslama görə məsuliyyət daşıyır. İman əsaslarını tam şəkildə mənimsəmək və dinin əmrlərinə tabe olub qadağalarına riayət etmək hər kəsin məsuliyyət dairəsinə daxildir. Lakin hər kəs "ehsan" şüuruna[2] sahib olmaq məsuliyyətini daşımasa belə, verilən imkanlar çərçivəsində bəzi insanlar üçün məsuliyyət kəsb edə bilər. (01:05)
  • Verilən nemətlər artdıqca insanın məsuliyyəti də artır. Dolayısilə, Allah-Təala Peyğəmbər xanəsi ilə şərəflənmiş Əzvaci Tahirata[3] belə buyurur: "(Ya Rəsulum!) Artıq onlardan üz çevir və (Allahın onlara əzab verəcəyi günü) gözlə. Doğrusu, onlar da (sənin ölümünü, başına bir iş gələcəyini və ya sənə qələbə çalacaqlarını) gözləyirlər! (Lakin onlar sənə heç bir şey edə bilməzlər. Sən mütləq zəfər çalacaqsan, çünki Allah səninlədir!) Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq. Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)" (“Əhzab” surəsi, 33/30-32) (02:47)
  • Fədakarlıq məfkurə insanının hər şeyini hətta canını da fəda etməyə hazır olması, hər cür əza və cəfaya sinə gərərək əsas vəzifəsi olan “imanı billah”, “mərifətullah”, “məhəbbətullah” və bunlara bağlı “zövqü-ruhani” yolunda məsafə qət etməyə çalışması və bu uğurda hər halal imkanı dəyərləndirməyə səy göstərməsidir. (06:13)
  • İnsan mərifət nöqteyi-nəzərindən özünü Cənabi-Haqqa çox yaxın hiss edirsə, onun hər hərəkəti “həram dairəsi”nə uyğun olmalıdır. Artıq o küçədə deyil, giriş qapısında deyil, dəhlizdə, ya da gözləmə otağında da deyil, “həram dairəsi”nə girmiş, çadırını sultan sarayının mərkəzində qurmuşdur. Orada oturuş da, duruş da başqa olur, danışığın da, sükutun da keyfiyyəti dəyişir. Həram dairəsində hal və hərəkətlər tamamən özünəxas xüsusiyyətə malikdir. Bu, müəyyən dərəcəyə çatmış insanların Allahla xüsusi bir münasibətidir; bu münasibətə görə də xüsusi mükəlləfiyyət, buna əsasən də xüsusi fədakarlıq tələb olunur. (09.33)
  • Musab bin Umeyr, Abdullah bin Cahş, Sad bin Rəbinin (radiyallahu anhum əcməyin) fədakarlığı… (12:10)
  • Fədakarlıq təmənnası nöqteyi-nəzərindən insanın hədəfi yüksək olmalıdır, lakin Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) Həzrəti Əbu Bəkri bağrına basdığı kimi, zaman-zaman içki içib ağlı başından çıxan insanı qəbul etməsini də unutmamaq lazımdır. (13:40)
  • Həzrəti Ustad maddi-mənəvi füyuzat hislərindən vaz keçmə – fədakarlıq üfüqünü göstərir. Bəli, bir məfkurəyə dilbəstə olmuş və ömrünü ona həsr etmiş insan həm maddi, həm də mənəvi feyzlərdən vaz keçməyi bacarmalıdır. Məqsəd və hədəfi maddi-mənəvi feyzlər olmamalıdır. Bu, insanın davası uğrunda maddi-mənəvi feyzləri qurban verməsi, verməli olduğu şeylər bir tərəfə, vermək məcburiyyətində olmadığı şeyləri belə bu yolda fəda etməsidir. (15:32)
  • Bəzi yerlərdə və bəzi şərtlər altında dini yaşamaq çox çətin ola bilər, lakin din qətiyyən "yaşanmaz" deyildir. Həqiqi möminlər (bəzən vicdanən fədakarlıq göstərsələr də) hər şəraitdə dini yaşamaq üçün bir yol tapmalıdırlar. Bu şüura malik bir nəfərə: "Gəl ibadətlərimizi dəyişək?!. Siz o çətin şəraitdə qıldığınız namazları mənə verin, mən də beş vaxta qırxını da əlavə etdiyim namazlarımı sizə verim!.." demişdim. (19:26)
  • –Həzrəti Əli (r.a.) Həzrəti Əbu Bəkrin fədakarlıq və böyüklüyündən bəhs edərkən: "Əbu Bəkrin Sevr mağarasında keçirdiyi bir gecə Əlinin ömrünə dəyər," – deyir. Bu ondakı haqqpərəstliyin və qədirbilənliyin ifadəsidir. Bəs Həzrəti Əlinin ölümü gözə alıb Rəsuli-Əkrəmin yatağına uzanmasına və Allah Rəsulu üçün ölümlə üz-üzə gəlməsinə nə deyək!.. (25:15)

[1] Ya Hu-ya Allah mənasında deyilmişdir
[2] Allahı görürmüş kimi ona qulluq etmək
[3] Peyğəmbərimizin (s.ə.s.) pak zövcələri (r.anhuma)

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message