İnsanlar içində elələri var ki, onları çox cüzi şeylərlə satın almaq olar.
Elələri də var ki, onları dünyalar qədər qızıl və almazla satın almaq mümkün
deyildir. Onlar bahalı insanlardır. Millətləri məhz bu bahalı insanlar
yüksəldir. Onlar yağış buludu tək yüksək ideal və fəzilətlərlə doludur.
Tanınsalar da, tanınmasalar da, onların ayaq basdığı yerlər yaşıllaşar…
***
Ömər Muxtar italyanlara: "Mən ölürəm; əbədi var olacağam. Lakin sizin
varlığınız ölümlə bitər," deyir. Müsəlman ömrünü çox baha satar; fani ömrü verib
baqi həyatı alar. Bizi dünyaya bağlayan səhhət isə bir neçə günlük gözəl gül
ləçəyinə bənzər. Gül ləçəyi canlı, təravətli olarkən çox diqqət çəkər, solarkən
heç bir qiyməti qalmaz.








